Xüsusi
Peyğəmbər "olub" küçələri gəzən, yüzlərlə qadınla eşq yaşayan, anası pornoulduz olan YƏHUDİ OĞLU
Rep deyəndə ağlınıza kimlər gəlir? Damarında qan yerinə kokain dövr edən, dilindən küçə söyüşləri düşməyən qaradərililərin klanı? İndi təsəvvür edin ki, o qaradərilinin anası yəhudidir. Təbii ki, çox oxumaqdan gözlərini optik şüşələr bəzəyəcək. Təbii ki, musiqi ilə yanaşı ehtiyat peşələri də olacaq. Təbii ki, pullarını yığmağa çuval tapmayacaq. Təbii ki, adı Dreyk olacaq.
Publika.az dünyaca məşhur reperlə bağlı yazını təqdim edir:
Dreyki bütün hip-hop tarixinin ən uğurlu reperi adlandırırlar. Bilirsiniz də, uğur artdıqca düşmənlərin, rəqiblərin də sayı çoxalır. Qəhrəmanımı sevməyən reperlər iddia edirlər ki, mahnılarını da, sözlərini də özü yazmır. Ona ən çox tikan batıran isə Pusha T adlı repçidir. Bu iki şəxs arasında odlu savaş gedir. Pusha dəfələrlə sosial hesabında Dreykə “duel” elan edib. Məsələn, yeniyetmə vaxtı üzünə qara rəng sürtüb çəkdirdiyi fotonu paylaşaraq reperi irqçilikdə günahlandırmışdı. Dreyk isə cavab olaraq öz atasının da qaradərili olduğunu və bu şəkili çəkdirərkən gənc afroamerikalıların üzləşdiyi problemlərə diqqət yönəltmək istədiyini bildirmişdi. Qarşı tərəf bununla da sakitləşməyib musiqiçinin fransalı pornoaktrisadan nikahdan kənar oğlunun olduğunu yazır, hətta qızla evlənməyi tələb edirdi (soruşan lazımdır, əmin qızıdır?)
Xülasə, ilk günlər Dreyk Sofi Brüsso adlı halal süd əmməmiş pornoaktrisanı aborta vadar etsə də, bir müddət sonra körpəni qəbul edir. Amma 1 ildən çox Adonis adlı varisini hər kəsdən gizlədir. Sonra isə publikaya açıqlama verərək, atalığın çox gözəl duyğu olduğunu bildirir. Sadəcə əvvəllər anasının bu hadisəyə bildirəcəyi mövqedən ehtiyat etdiyini deyir.
"Anam həyatımdakı bütün qızları şəxsən tanıyıb. Təbii ki, onların birinin mənə övlad bəxş etməsini çox istəyər. Problem odur ki, Sofi ilə şəxsi tanışlığı yoxdur. Oğlum çox gözəldir, onun mavi gözləri var. Artıq üzməyə də başlayıb. Ata olandan sonra hər iki valideynimin əziyyətini daha yaxşı anlamağa başlamışam. Övladımın anasına da böyük sevgi və hörmət bəsləyirəm. Amma oğlumun mənimlə yaşamasını istərdim".
1986-cı ilin 24 oktyabrında Kanadanın Toronto şəhərində afroamerikalı Dennis Qremlə yəhudi Sandra Şerin mulat körpəsi doğulur. Adını Obri Dreyk qoyurlar. Dennis dövrünün bir çox əfsanələri ilə əməkdaşlıq etmiş musiqiçi idi, amma... Təəccüblü deyil ki, onu gözləyən parlaq karyerasını narkotikə qurban verib həbs edilir.
Zindandan qayıdandan sonra həyat yoldaşına bu halın təkrarlanmayacağına dair söz versə də andına sadiq qalmır. Azadlıqda olduğu müddət ərzində oğlunun yaradıcı inkişafını öz üzərinə götürür, elmi tədrisi ilə isə Sandra məşğul olur. Sandra özü ingilis dili müəllimi idi, oğlunu Torontonun ən qədim yəhudi məktəbinə vermişdi. Üstəlik dini ayinləri gerçəkləşdirməsi üçün də böyük səy göstərirdi.
Ərinin narkotikə olan sevgisi Sandranın tək ruhunu yox, sümüklərini də incidirdi. Əsəb və stressdən revmatoid artrit xəstəliyinə tutulan qadının bəzən ayaqları sızıldayır, hətta hərəkət edə bilmirdi.
5 yaşına çatanda valideynləri boşanır. Dennis yenidən bir müddət zon həyatına qayıdır. Sandra isə oğlu ilə birgə xırda biznesi olan qardaşının yanına köçür. Müdrik ana oğlunun xarakterinə və bacarığına tam əmin idi. Onu ən yaxşı məktəblərə, dərnəklərə yazdırırdı. xokkey, step, baletlə də məşğul olurdu. Anası övladının iradəsinə də güvənirdi. Odur ki, yay tətillərini atası ilə birgə Memfisdə keçirməyinə mane olmurdu. Sandra bilirdi ki, Dennisin "ağ ölüm" vərdişi Dreykə təsir edə bilməz. Memfis tətilləri Obrinin notlar üzərində yazılan gələcəyini çizirdi. Atası oğluna musiqi məhəbbəti, sənət sevgisi aşılayırdı. Dreykin yaradıcılıq ocağı Dennisin yanında alovlanırdı.
Təhsil müddətində Obri həm irqi, həm də dini mənsubiyyətinə görə dəfələrlə bullinq qurbanı olub. Hətta bu səbəbdən dəfələrlə məktəb dəyişib. Sonda təngə gəlib təhsillə vidalaşıb. Mənəvi terrora məruz qalan Dreyk yalnız 2012-ci ildə təhsilini tamamlaya bilib.
Dreyk yaradıcılıq yoluna aktyor kimi başlayıb. 15 yaşı olanda dostunun atası ilə tanış olub, seriallarda rol almağa başlayır. İdman karyerası isə bir güllənin qurbanı olur. Məktəb toplantılarının birində sinif yoldaşı odlu silahdan kürəyinə atəş açır. Onurğa sütunu elə zədələnir ki, əlil arabası ayaqlarına çevrilir. Həkimlər artıq gəzməyəcəyini desələr də, möcüzə baş verir. Görünür, Dreyk bütün dinlərdən uzaq Tanrının planlarını gerçəkləşdirmək üçün ona ayaq üstə lazım idi.
Oğlu sağalandan sonra Sandra ayaqlarından əlini üzür. Obri bütün serial təkliflərini qəbul edərək, evə pul gətirmək məcburiyyətində idi. Odur ki, öz sözlərinə görə aktyorluq fəaliyyətini yaradıcılıq saymaq doğru olmazdı.
Dreyk deyir ki, musiqi onun qanındadır. Atası Cerri Li kimi əfsanə ilə birgə çalışıb. Nənəsi isə soul ulduzu Areta Franklinin dayəsi olub.
Atasının tövsiyəsinə əməl edən Dreyk 2006-cı ildə musiqi karyerasına başlayır. Bir az zərif, hətta lirik təbiətli nə ağ, nə də qara gənc rep söyləməkdən çox oxumağa önəm verirdi. O, sənətlə özbaşınalıq arasındakı incə sərhədi çox gözəl duyur və keçməməyə çalışırdı.
2006-cı ildə Jay Z-nin replərindən ilhamlanan Dreyk bir-birinin ardınca kompozisiyalar yazdırır. Disk hazır olandan sonra ilk müddətdə 6 min nüsxəsi satılır.
Dreykin kolleksiyasında dünyaya səs salan onlarla kompozisiya var. Qremmini dəfələrlə cibinə qoyub. Amma son vaxtlar ən aktual iki hiti barədə məlumat vermək istəyirəm.
1 “God plans”
Klip boyu peyğəmbər siması alıb bütün Mayamini gəzir, fanatlarının arzularını gerçəkləşdirir. Kiminə maşın alır, kiminin müalicə xərcini, bir başqalarının bazarlıq pulunu ödəyir. Hələ təhsil və müalicə xərclərindən danışmıram. Beləcə 996 min dolları xeyriyyə işlərinə xərcləyib maraqlı ekran işi ərsəyə gətirir.
2 “Kiki, do you love me”
Hamımızı avtomobildən endirən o zəhlətökən çelenc mövzusu. Sən demə, Dreyk bu mahnını ayrıldığı sevgisinə həsr edib. Kiki adlı eks sevgilisini geri qaytarmaq üçün fanatları onun dadına çatır. Maşından düşüb Kikini geri səsləyərək videolar hazırlayırlar. Bəli, əzizlərim, bütün yay boyu bir Kiki ucbatından minlərlə insan yol hərəkəti qaydalarını pozdu, özünün və ətrafındakıların həyatını təhlükəyə atdı. Dəydimi sizcə? Məncə, yox! Çünki Dreyk səhralara düşən Məcnun tipi deyil. İndi sizə həyatından gəlmiş-keçmiş qadınlardan danışacam. Sizin də maşınınıza heyfiniz gələcək.
Sirr deyil ki, Obri qadın həvəskarıdır. Eşq hekayələri ən az hitləri qədər məşhurdur. Uzun müddət Niki Minajla sevgili olub. Gizlətməyə çalışsalar da, Rianna ilə alovlu məhəbbət macərası yaşayıb. Uzun müddət boyunlarını qaçırsalar da, 2016-cı ildə musiqi mükafatının təqdimat mərasimində Dreyk minlərlə insanın qarşısında sevgisini etiraf edir. Ertəsi günü Rianna reperin şərəfinə bədəninə akula təsviri döydürür. Təəccüblü deyil ki, başgicəlləndirən cütlük ayrılandan sonra Dreyk xəstəhal olmuşdu.
Təsəvvür edirsiniz, hətta Cey Lo ilə də yüngülvarı eşq hekayəsi yazıb. Ən maraqlısı isə pop kraliça Madonna ilə münasibətidir. 2015-ci ildə Madonna və Dreyk birgə səhnəyə çıxmışdılar. Kraliça qəfildən ehtirasla reperin dodağından öpür. Madonnanın öpüşünə qəribə reaksiya göstərən Obri tez dodağını silir. Bu da mediada bir mənalı qarşılanmır. Elə həmin gün sosial hesabında pop mədəniyyətinin kraliçası ilə öpüşməyin bir kişi üçün ən böyük həzz ola biləcəyini etiraf edən reper reaksiyasının sadəcə heyrətdən doğulduğunu bildirir.
Dreyk bu günədək onlarla, yüzlərlə qadınla nağıl yaşayıb, nağıl yaşadıb. Qaynar hekayələrindən birinin də qəhrəmanı Bella Hadiddir. Amma oğlunun pornoulduz anası daxil heç bir qadınla ailə qurmaq cəsarəti tapmayıb. Deyilənə görə, ulduzun “Birkin” çantalarından ibarət kolleksiyası var. Həmin kolleksiyanı da ancaq həyat yoldaşı üçün saxlayır. Elə burada simic yəhudi qanı öz sözünün deyir. Bəlkə də evlənməməyinin tək səbəbi sərvətə bərabər çantalardır.
Amma hələlik həyatının ən dəyərli qadını anası Sandradır. Bu gedişlə də yəhudi anasının üzərinə gül qoxlamaq istəməyəcək. Sandra çox gözəl qadındır. Dreyk anasına Torontoda böyük iqamətgah alıb. Tez-tez Kanadaya gedib anası ilə birgə zaman keçirir. Atası ilə də çox isti münasibəti var. Özü isə Kaliforniyada yaşayır.
Qədim qalaları xatırladan ərazidə reperin saray deməyə dilim gəlməyən cənnət məkanı şəlaləsi, parkı belə var.
Hələ kasıb vaxtlarında ən böyük arzusu kiçik hovuza sahib olmaq idi. İndi isə göl boyda hovuzuna bəzən gözünün ucu ilə də baxmır. Sağ əli başınıza, ay kasıblar!
Dreyk imarətini YOLO (“your only live once”, yəni cəmi bir dəfə yaşayırsan) adlandırıb. Varlığa nə darlıq. Dreyk mahnıları, səs-küyü ilə qonşularını müvəqqəti narahat etməmək üçün onların da villalarını satın alır.
Bu gün Dreyk həm musiqiçi, həm də geyim dizayneri kimi fəaliyyət göstərir.
Hip-hop aləmində xüsusi çəkisi var. Pulları bank hesablarına ağırlıq edir. Amma kasıb həyatın qırıntıları hələ də mədəsində qalıb. "Mak Donalds"ın fast fudu üçün ürəyi gedir. Bəlkə də bir gün şəhərcik evində "Mak Donalds" da tikdirdi, nə bilmək olar?!
Mənsə Dreykə bir tərif verirəm: Anan yəhudidirsə, narkoman ata ilə də Dreyk ola bilərsən. Atan sənətdən doğulubsa, yəhudi ana ilə də reper olacaqsan.
Leyla Sarabi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...