Xüsusi
Əgər yatanda xoruldayır və ağzınızdan su gəlirsə... - Həkimdən ŞOK XƏBƏRDARLIQ (VİDEOMÜSAHİBƏ)
İnsan həyatının keyfiyyətini aşağı salan faktorlardan biri də burun və boğazda olan normadan artıq ətdir. Kimi erkən yaşda əməliyyat etdirib, yaxa qurtarmağa çalışırsa, kimi bunun mənasız olduğunu düşünür. Bəs, burun əti kəsilməlidir, ya yox? “Adenoid (burun əti) sonradan qulaq şikayətlərinə, zəif eşitməyə, nitqin inkişafının pozulmasına belə gətirib çıxara bilər. Əgər uşaq xoruldayırsa, narahat yatırsa, ağzı ilə nəfəs alırsa və s. bu, birmənalı əməliyyata göstərişdir. Çünki uşaq öz şikayətini ifadə edə bilmir”.
Bu sözləri “Publikanın həkimi” layihəsinin qonağı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının LOR şöbəsinin müdiri, uzman doktor Murad Şıxəliyev deyib. Şıxəliyevin sözlərinə görə, boğazdakı artıq ət vaxtında götürülməzsə, müəyyən fəsadlara gətirib çıxara bilər: “Boğaz əti (tonsil) ilə burun ətinin əsas fərqi budur ki, burun əti əsasən iltihabı olmayan bir törəmədir, hansı ki, müalicə etmək lazımdır, boğaz əti isə boğazın xroniki iltihabi prosesidir. Artıq müəyyən müddətdən sonra bakteriyalar üçün tuluğa çevrilir. Bu da oynaq xəstəliklərinə, revmatizmə, ürək qapağının qüsurları və s. ağırlaşmalara səbəb ola bilər”.
Şıxəliyev bildirib ki, tonsilləri 4 yaşdan aşağı əməliyyat edilməsi məqsədəuyğun hesab edilmir: “Çalışırıq hər şeyi edək ki, boğaz ətini 4 yaşdan aşağı əməliyyat etməyək. Çünki 4 yaşa qədər bədənimizin, immun sistemimizin formalaşması üçün tonsillərə ehtiyacımız var. Amma ildə 4-5 dəfə tonsil olursa boğaz ətinin kəsilməsi məsləhət görülür. Çünki artıq bədən üçün infeksiya mənbəyi sayılır. Ağırlaşmalara səbəb ola bilər”.
Sevinc Xanqızı
-
İdman02:00Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
-
Qoroskop00:00Günün ULDUZ FALI - Qazanc üçn əla fürsət yaxalaya bilərsiniz
-
İdman16 İyul 23:00Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
Magazin116 İyul 22:12Ayanın İstanbuldakı evi - VİDEO
-
Hadisə16 İyul 21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial16 İyul 20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
Nəqliyyat16 İyul 20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial16 İyul 19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq







































