Xüsusi
Rəşad İlyasov İlhamə Quliyevanın SİRRİNİ AÇDI: “Toyumda danışdı ki...” - VİDEOMÜSAHİBƏ
Əməkdar artist Rəşad İlyasov Publika.az-ın “Xüsusi” rubrikasının qonağı olub.
Bu yaxınlarda xarici səfərlərdən qayıdan sənətçi gördüyü işlərdən, yaradıcılıq planlarından, musiqi estetikasının formalaşmasından, həmçinin Xalq artisti İlhamə Quliyeva ilə oxuduğu “Yaşın nə fərqi var ki” mahnısının karyerasındakı yeri haqqında danışıb:
“Azərbaycan musiqisini, onun səviyyəsinə uyğun olaraq təmsil etməyə çalışıram. Çünki musiqimiz sözün əsl mənasında yüksəklərdə dayanır. Ümumiyyətlə, dahi yazıçılarımız da çox olub, odur ki, cılız xalq olmağa birmənalı şəkildə ixtiyarımız yoxdur.
Bu il dövlət başçımız dahi şəxsiyyətimiz Cəfər Cabbarlının 120 illiyinin qeyd olunması haqqında bir sıra sərəncamlar verdi. Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, eyni zamanda Azər-Türk Gənclər Birliyinin sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə Cəfər Cabbarlının 120 illiyi ilə bağlı Helsinkidə keçirilən tədbirə mən də dəvət olunmuşdum. Açığı belə gözləmirdim, bildiyiniz kimi, Skandinaviya ölkələri yetərincə soyuq dövlətlərdir, buna baxmayaraq tədbir çox isti ab-havada gerçəkləşdi. Finlandiyalı gənclərin, yaxın-uzaq soydaşlarımızın iştirak etdiyi tədbirdə dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı da çıxış edirdi. Qonaqlar arasında Norveçdən gələnlər və cənublu qardaşlarımız da var idi. Tədbirin bədii hissəsində sözləri Cəfər Cabbarlıya aid olan nəğmələri, eyni zamanda öz repertuarımdan seçmə mahnıları ifa etdim. Çox gözəl keçdi, könül dolusu gəlmişəm. Müəyyən məqamlarda işlərimdən razı qalmıram, tənqidi yanaşıram, amma bu, bəyəndiyim işlərdən, layihədən biri oldu”.
Əməkdar artist müsahibəsində Türkiyədə çəkdirdiyi yeni klipindən də söz açıb:
“Finlandiyadan qayıtdıqdan sonra yeni klip çəkilişlərinə başladıq. “Kanadı kırık kuş” adlanan yeni mahnımın sözləri və musiqisi Fidan Cəbiyevaya aiddir. Mənə göndərəndə Fidan xanım dedi ki, mahnıda Rəşad İlyasov çalarları var, kanonun da yeri görünür. Odur ki, oxumağa razı oldum. Klipi Türkiyədə Fuad Əlişov lentə alıb. Melodiyanı eşidən kimi gözünüzün önünə boğaz, İstanbulun minarələri, Yeditepe məhəllələri gəlir”.
Bayağı musiqiləri özünə yaraşdırmayan musiqiçi bu prinsiplərinə hər zaman sadiq qalmağa çalışdığını vurğulayıb:
“Repertuar seçimi mənim üçün çox çətindir, özümə də əziyyət verir. Fikirləşirəm ki, bəlkə musiqiçi olmazdım. Müğənni dostlarımız inciməsin, musiqiçi olmaq məsuliyyəti daha da artırır. Sosial şəbəkələrdə mənə tez-tez nə qədər mahnılar göndərirlər. O illərin mahnıları ilə böyümüşəm. Onlara qulaq asanda elə bilirəm ki, bu gün üçün yazılıb, bu günün musiqisidir”.
Rəşad İlyasov musiqi zövqünün formalaşmasında xalası - Xalq artisti Şəfiqə Eyvazova ilə dayısı - tanınmış musiqiçi Yasəf Eyvazovun böyük rolunun olduğunu xüsusi qeyd edib:
“Böyük dayım Yavər Eyvazov isə gözəl ədəbiyyatçı və filoloq, həm də şərqşünas idi. Təəssüf ki, erkən yaşlarda dünyasını dəyişib. Anam jurnalist idi, təqaüd dövrünə qədər Azərbaycan Radiosunda çalışıb. İstər-istəməz burada genetik faktorların və böyüdüyün mühitin təsiri var. Anam jurnalist, xalam musiqiçi olduğundan evdə tez-tez incəsənətdən söz düşərdi, bu mövzuda müzakirələri olardı”.
Xalq artisti İlhamə Quliyeva haqqında da danışan müğənni onunla bağlı xatirələrini yada salıb.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO