Xüsusi
Məmmədyarovadan MARAQLI ETİRAFLAR: Ailəmlə işim arasında seçim qarşısında qalsam... - VİDEO
2011-2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, 2003-cü ildə 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülən beynəlxalq dərəcəli qrossmeyster Türkan Məmmədyarova “Publika TV”də yayımlanan “İdmanın qadınları” rubrikasının qonağı olub.
Dünyaca məşhur 3 beynəlxalq dərəcəli qrossmeyster yetişdirən və bu sahədə ilki həyata keçirən Məmmədyarovlar ailəsinin ən kiçik üzvü olan Türkan karyerasına başlamasından ailə həyatına qədər bir çox mövzularda sualları cavablandırıb.
Məmmədyarova “seçim qarşısında qalsaydınız, ailənizi, yoxsa şahmatı seçərdiniz” sualına belə cavab verib: “Ailə qurana kimi həyatını bağlayacağın insanı müəyyən qədər tanıyırsan. Fikirlərinə isə ilk tanışlıqdan bələd ola bilirsən. Həyat yoldaşımın şahmata marağını və mənə bu sahədə dəstəyini görmüşəm. Ona görə də nə zamansa belə seçim qarşısında qala biləcəyimi düşünməmişəm. Amma hər halda, şahmatdan vaz keçməzdim”.
Türkan Məmmədyarovanın müsahibəsi ilə yutub kanalımızda tanış ola bilərsiniz:
Zümrüd Kərimova
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
















.jpg)
.jpg)



















