Ekspertlərdən SENSASİON AÇIQLAMA - Pandemiyadan kimlər qazanır, vaksin niyə gecikir?
Bizi izləyin

Xüsusi

Ekspertlərdən SENSASİON AÇIQLAMA - Pandemiyadan kimlər qazanır, vaksin niyə gecikir?

COViD-19-a qarşı terapiya dərmanlarının istehsalı çətindir və yalnız bir neçə ölkədə insanları yeni qaydalar əsasında müalicə edirlər. Dünyada COVİD-19 pandemiyasını tez bir zamanda aradan qaldırmaq cəhdləri bəşəriyyətin müasir tarixində analoqu olmayan bir sıra tədbirlərin seriyasına gətirib çıxardı. Əsas çətinlik mövcud olan bütün antiviral dərmanların yeni növ koronavirusa qarşı effektivliyinin araşdırılmaması idi. Bundan sonra dünyanın əczaçılıq nəhəngləri və əsas tədqiqat şirkətləri optimal müalicə rejimini axtarmağa başladılar.

Üstəlik, onilliklər ərzində öyrənilmiş HİV, Ebola virusu və digər patogenlərdən əldə edilən təcrübə yeni virusla mübarizədə qismən uyğun idi.

Publika.az xəbər verir ki, rusiyalı tibb mütəxəssisi və “Həkimin əl kitabı”nın müəllifi Konstantin Xomanov vaksin axtarışlarının tezliklə başa çatmayacağını deyib. O, buna misal olaraq artıq elmə məlum olan virus infeksiyalarını göstərib və bildirib ki, onların da müalicəsi qısa müddətdə aşkarlanmayıb.

“Ebola virusunu bu qədər tez məğlub etmədik. İlk yoluxma ötən əsrin yetmişinci illərində qeydə alınıb və bu xəstəliyə qarşı peyvənd yalnız 2019-cu ildə ictimaiyyətə təqdim edilib”, - Konstantin Xomanov bildirib.

Həkimlər və virusoloqlar qeyd edirlər ki, pandemiya artıq dünyanın çox hissəsində yayılıb və insanların sağlamlığı heç vaxt əvvəlki kimi olmayacaq. Məsələn, xəstəliyin ilk yayıldığı - Çindən olan elm adamları bildirib ki, sağaldıqdan 11 həftə sonra da COVİD-19 xəstələnənlərin qanında limfositlərin səviyyəsi normaya çatmayıb. Tədqiqatçılar qeyd edirlər ki, bu, xüsusiyyətlərinə görə, yeni növ koronavirus infeksiyası HİV virusu ilə oxşar simptomlara malikdir. Belə ki, planetdə yalnız HİV virusu immun hüceyrələrə xroniki ziyan vurur.

Peyvənd dərman şirkətlərinin varlanmasına səbəb olacaq, ancaq sağaltmayacaq...

ABŞ ÜST-dən çıxandan sonra yeni növ infeksiyaya qarşı peyvəndin hazırlanması ilə hər bir ölkə ayrıca məşğul olacaq. Bununla yanaşı, burada tibbi mütəxəssislər və tədqiqatçılar təmkinli nikbinlik ifadə edirlər, çünki silah yarışından fərqli olaraq, koronavirusa qarşı peyvənd yarışında pis bir şey yoxdur. Səhiyyə mütəxəssisi Konstantin Xomanov sözlərinə onu da əlavə edib ki, dünyada vaksinlərə tələbat çox olduğundan “koronadan” qorunmaq çox pul tələb edəcəkdir.

“Əczaçılıq nəhəngləri peyvənd yaratmaqda maraqlıdırlar, lakin tədqiqatların bütün mərhələləri çox uzundur, qısaldıla bilməz. Çünki tədqiqat zamanı bəzi vacib fəsadlar gözdən qaçarsa, on minlərlə insana ziyan vura bilər ki, by da dərman şirkətlərinin bütün nüfuz və etibarının sarsılmasına gətirib çıxarar”, deyə, ekspert bildirib.

Peyvənd milli peyvəndləmə cədvəlinə əlavə olunarsa, avtomatik olaraq kütləvi olacaq. Ancaq indi bu barədə danışmaq tezdir. Ən yaxın nümunə üçün uzağa getmək lazım deyil. ABŞ-da bir neçə növ koronavirus peyvəndi hazırlanır. COVİD-19 terapiyası üçün ilk dərmanlardan biri olan Remdesivir də daxil olmaqla Amerikanın özəl şirkətləri tərəfindən hazırlanıb.

Honq-Konq Politexnik Universitetinin tədqiqatçısı Viktor Kanın sözlərinə görə, peyvəndlənmə xəstəliyin müalicəsi demək deyil, infeksiyadan qorunmaq üçün zəmanətdir:

“Bir çoxu nədənsə peyvənd və terapiyanı qarışdırır. Terapiya indi bütün dünyada həkimlərin həyata keçirdiyi müalicədir. İndi ilk növbədə ölüm səviyyəsinin azaldılmasına çalışırıq. Sonra peyvənd haqqında danışa bilərik. Peyvənd stabil yüksək nəticələrə və stabil əks təsirlər tələb edir, xarici dərmanlar isə hələ də zəif immun reaksiyası verir. Yeri gəlmişkən, Rusiya bu istiqamətdə ən mütərəqqi yanaşmaya malikdir: hərbi, mülki qurumlar və özəl şirkətlər peyvənd üzərində işləyir və bütün səviyyələrdə məlumatlar mübadiləsi aparılır. Yəni bunun üzərində pul qazanmaq üçün heç bir məqsədin olmadığı göz qabağındadır. Qərb ölkələrində vəziyyət əksinədir, onlar həm terapiya, həm də peyvənddən pul qazanmaq niyyətindədirlər”.

Kanın fikrincə, əczaçılıq biznesi “daha çox xəstəlik = daha çox pul deməkdir” fikri üzərində qurulub, odur ki, xarici şirkətlərin planlarına xəstəliyin sürətlə məhv edilməsi daxil edilə bilməz.

Peyvənd nə zaman hər kəs üçün əlçatan olacaq?

Planetdəki bütün əsas hadisələrdə olduğu kimi, COVİD-19-a qarşı mübarizənin də öz nəzarət orqanı olmalıdır. Hər bir ölkədə mövcud olan milli səhiyyə nazirliklərindən əlavə, məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatı (BMT) izləyir. Ancaq bu qurumlar əsasən bir ölkənin - Amerika Birləşmiş Ştatlarının göstərişləri ilə hərəkət edir. Amerika Birləşmiş Ştatlarının ən yüksək yoluxma sayına sahib olmasına, demək olar ki, ən yüksək ölüm göstəricilərinə baxmayaraq, epidemioloqlar məyusedici proqnozlar verirlər –Amerikanın COVİD-19-a qarşı peyvənd istehsalı texnologiyasını bölüşmək üçün heç bir planı yoxdur - ən azı yaxın gələcəkdə.

Molekulyar bioloq Vladimir Portnıxın qənaətincə, ənənəvi antiviral dərmanlar işləməyə bilər, odur ki, ABŞ məsləhət almaq üçün digər ölkələrə müraciət etmək məcburiyyətində qalacaq.

“Amerikanın dərman sənayesi çox güclü inkişaf edib. Lakin COVİD-19 haqqında çox sayda məlumat toplanmasına baxmayaraq, genetik və bioloqların bir çox səyləri puça çıxır.

Məsələn, koronavirusu müalicə etmək üçün dəyişdirilmiş mövsümi qrip əleyhinə dərmanlardan istifadə edilən Yaponiyada artıq bu qənaətə gəliblər ki, infeksiyanın öhdəsindən gələ bilmirlər. Yaponiya indi çətin vəziyyətdədir: əhalinin sıxlığı yüksəkdir, virusun ötürülmə sürəti də yüksəkdir və dərmanların, hətta adi xəstəxana müalicəsinin də təsiri hər gün azalır” , - Molekulyar bioloq Vladimir Portnıx Rusiya mətbuatına açıqlamasında bildirib.

Alimin fikrincə, yaponlar “Favipiravir” adlı dərmana böyük ümidlər bəsləsə də, tədqiqat zamanı antiviral dərmanın COVİD-19-a təsiri olmadığı aşkarlanıb. Koronavirusun yeni növünün müalicəsində Qərbdə istifadəsi təsdiqlənən yeganə dərman Amerikanın “Remdesivir” preparatıdır və hələ alternativi yoxdur.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün üç dərmanı – “Avifavir”, “Areplivir” və “Coronavir”i rəsmi olaraq təsdiqləyib. Eyni zamanda əvvəllər Rusiyada HİV, hepatit və digər virus infeksiyalarını müalicə etmək üçün istifadə edilən antiviral dərmanlar pandemiyanın ilk günlərindən gələn xəstələrində müalicəində uğurla istifadə edilir.

Qamaleya Milli Araşdırma Mərkəzi və Müdafiə Nazirliyi tərəfindən könüllülər üzərində aparılan COVİD-19 əleyhinə iki komponentli peyvənd sınaqları başa çatmaq üzrədir. Ötən həftədən artıq könüllüləri xəstəxanadan evə buraxmağa başlayıblar. Alimlərin əldə etdiyi məlumatlarda birinci və ikinci qrup könüllülərdə COVİD-19 əleyhinə peyvəndin immun reaksiyasının formalaşdığını göstərib. Rusiyalı eskpertlər iddia edir ki, peyvənd işləyir və bədənin koronavirusa qarşı “silahlanmasına” kömək edir.

Mütəxəssislər rus koronavirus vaksininin dünyada ən əlverişli vasitələrdən biri olacağını proqnozlaşdırırlar. Peyvəndləmə məsələlərinin hökumət səviyyəsində həll olunacağından əlavə, ilk proqnoza görə, vaksinin kommersiyası mövsümi qrip peyvəndindən baha olmayacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm