Xüsusi
Hansı hallarda süd vəzini xilas etmək olmur? - Tanınmış həkimdən SOS SİQNALI
Mammoloq-radioloq Günel Qəmbərova pandemiya dövründə süd vəzi xəstəliklərinin artdığını, karantindən dolayı bir çox xəstənin müalicəsinin gecikdiyini deyib.
Publika.az-a müsahibə verən həkim süd vəzi xəstəliklərinin yaranma səbəbləri və müalicəsi haqqında ətraflı danışıb.
- Süd vəzi xəstəlikləri neçə yaşından və zaman meydana gəlir? Qadınların hansı kateqoriyasının xüsusilə diqqətli olması lazımdır?
- Əvvəla onu qeyd etmək istərdim ki, bütün dünya gözəgörünməz bir virusla savaşdadır. Fürsətdən istifadə edib səngərdə savaşan bütün həkim kolleqalarımı alqışlayır və bu virusla mübarizə aparan hər kəsə tanrıdan şəfa diləyirəm.
Üzərində dayandığımız mövzu – süd vəzi xəstəlikləri çox təəsssüf ki, bəşər tarixində ən qorxulu, qadın ölümləri içində birinci yerdə dayanan problemlərdir. Bütün xəstəliklər kimi, süd vəzi də xəstəlikləri də cavanlaşır və heç bir pandemiya, heç bir tarixi problem bu xəstəlikləri ikinci plana atmamalıdır.
Süd vəzi xəstəlikləri üçün konkret yaş göstərişi yoxdur, az öncə qeyd etdiyim kimi, bu xəstəliklər də cavanlaşır, bu gün məktəblilər arasında belə müxtəlif xəstəliklərin yayılmasının şahidi oluruq. Fəqət, süd vəzi xərçəngi üçün ən geniş yaş qrupu 39-69-dur desək yanılmarıq.
- Günel həkim, mastopatiyanın olmasına işarə edən əlamətlər nələrdir və təhlükələri nələrdir?
- Mastopatiya hansısa hormonal pozuntu fonunda süd vəzində əmələ gələn dəyişiklikdir. Bu dəyişikliklər çox cüzi fondan çox ciddi fona qədər rastımıza çıxa bilər. Ancaq bəzən süd vəzi ağrıları içində çox ciddi problemlər gizlənə bilər. Kistlər belə iltihablanma, böyümə ilə nəticələnə və müalicə tələb edə bilər. Bəzən kistlər o qədər böyük ola bilər ki, süd vəzində maye toplana, həmin kistin divararxası fonunda başqa kütlə əmələ gələr və müayinədə o kütlələri gözdən qaçırmış olarıq. Odur ki, hər bir qadın ilk olaraq özü öz süd vəzisinin tanımalı və ildə bir dəfə həkim kontroluna gəlməlidir ki, həkim keçmiş müayinə analizləri ilə birgə yeni müayinə nəticələrini tam diqqətlə izləyə və əmələ gələn ciddi patoloji dəyişikliyi tez görə bilsin. Təəssüflə qeyd edirəm ki, qadınlar müayinəyə gəlməyə yubanır. 50+yaş qrupunda olan ilk dəfə müayinə gələn xəstələrimiz olur.
- Bədxassəli süd vəzi xərçənginin müalicəsində xəstəliyin genetik ötülürməsi və ya xarici faktorların olması arasında hər hansı fərq varmı?
- Əlbəttə ki, bədxassəli şişlərin ötürülməsində ailə anemnezinin rolu çox önəmlidir. Əgər qadının anası, xalası, bibisi və ya nənəsində, əsasən birinci nəsil şəcərəsində süd vəzi xərçəngi varsa, 30 yaşdan sonra mammoqrafiya müayinəsinə getməlidir. Çünki onların xəstəliyə tutulma ehtmalı daha yüksəkdir. Genetik amillər varsa, qanda genlər yoxlanılır. Genlərdə olan mutasiyalar 8-10 faizdirsə, xəstənin bədxassəli şişə yoluxma ehtimalınının yüksək olduğunu göstərir.
Bildiyimiz kimi, dünya şöhrətli aktrisa Ancelina Colinin anası və nənəsi süd vəzi xərçəngindən vəfat etmişdi. Yumurtalıq və uşaqlıq boynu xərçəngi olduğundan aktrisa analiz verir və analizlər göstərir ki, genlərdə mutasiya yüksəkdir. Bundan sonra o, süd vəzilərinin və uşaqlığının tamamilə əməliyyatla götürülməsinə qərar verir. Bu gün bu analizləri Bakıda da vermək mümkündür.
- Süd vəzi xərçəngindən ölüm riski neçə faizdir? Azərbaycanda xəstəliyin statistikası haqqında nə deyə bilərsiniz?
- Dünya statistikasına əsasən dünyada hər səkkiz qadından birində süd vəzi xərçənginə rast gəlinir. Bu rəqəmlər Azərbaycan üçün də keçərlidir, hətta hər 100 insandan biri kişilərin payına düşür. Təəssüflə qeyd etməliyəm ki, xəstələrin çoxu gecikmiş mərhələdə həkimə müraciət edir, bu da onların yaşamaq şansını aşağı salır.
- Hansı hallarda qadının süd vəzisini xilas etmək olmur və əməliyyatla kəsilməsinə qərar verilir?
- Bu suala birbaşa cavab vermək düzgün deyil. Burda bir çox amillər böyük rol oynayır: xanımın yaşı, rast gəlinən süd vəzi xərçənginin ölçüsü, xərçəngin növü və xərçəngin hormonal statusu, repistor öyrənilməsi, xərçəngin hansı fazada olması, xərçəngin süd vəzində hansı lokalizatorda yerləşməsi. Eyni zamanda qonşu üzvlərdə - qoltuqaltı limfa düyünü, ağciyərlər, sümüklər, uşaqlıq boynu ən çox zədələnən orqanlardır. Bu orqanlarda yayılma olub-olmadığı yoxlanılır, yalnız bu göstəriciləri əldə etdikdən sonra əməliyyata qərar verilə bilər.
Tam müalicə ancaq birinci mərhələdə mümkündür, geridə qalan hallarda əməliyyat qaçılmazdır. Xəstələrin çoxu əməliyyatdan qorxur, onlara deyirəm dua edin ki, əməliyyatla xəstəliyin yayılmasını dayandırmaq mümkün olsun. Vay o gündən ki, xəstə əməliyyata da geciksin... Metastaz olarsa, əməliyyat mümkün deyil və risklidir.
- Orqanizmdə hormonal balansın pozulması süd vəzi xəstəliklərinə gətirib çıxara bilərmi?
- Süd vəzi hormonların harmoniyası olan üzv sayılır. Bütün hormonlar mütləq ki, süd vəzinə təsir edir. Təsir edən əsas hormonlardan biri qalxanvari vəzi və yumurtalıqlardır. Bu iki orqanın ifraz etdiyi hormonlar süd vəzində cəmlənmiş olur, hətta qaraciyərdə estrogenlərin utilizasiyası zamanı meydana gələn problemlər süd vəzinə təsirsiz ötüşmür. Qaraciyər xəstəliklərində estrogenlərin utilizasiyası baş verə bilmirsə, tam sovrulmursa, estrogenlər çoxsaylı halda süd vəzində toplanır və xərçəng yaratmış olur.
Hormonal disbalansın pozulması qadınlarda mastopatiya dəyişikliyin yaranmasına səbəb olur. Mestopatiya uzun müddət müalicə olunmayanda, nəzarətsiz qalanda, xəstə daha ağır fəsadlarla qarşılaşır.
- Büstqalter seçimi və ya stressin süd vəzi xərçənginə səbəb ola bilərmi?
- Stress faktoru süd vəzi xərçəngində 4-10 faiz hallarda rol oynayır. Ümumiyyətlə stress nəinki süd vəzi xərçənginə, digər orqanlarda da xərçəng hüceyrələrinin artmasına kömək edir. Xüsusilə indiki karantin dövründə hər kəsi stressdən mümkün qədər uzaq olmağa çağırırıq. Qorxu, təşviş hissi, həyəcan və stress bir çox xəstəliklərin meydana gəlməsinə yol açır.
Büstqalter seçiminin də təsirini danmaq olmaz. Köhnə ədəbiyyatlar dar büstqalterlərin süd vəzi xərçənginə yol açdığını deyirdisə, müasir ədəbiyyatlar bunun xərçənglə əlaqəsi olmadığı deyir. Buna baxmayaraq, hər bir xanıma evə gələndə və gecə yatanda büstqalteri çıxarmağı tövsiyə edirəm. Bu, süd vəzisinin və damarların sıxılmasına, təzyiq altında qalmasına və ağrıya səbəb olur ki, bu da hər hansı patalogiya ilə qarışdırmağımıza gətirib çıxara bilər.
- Bir çox qadın mamoqrafiyadan ehtiyatlanır, çünki bu rentgen diaqnostik metodudur ... USM və mammoqrafiya, həmçinin radioloji müayinələrinin hər hansı əks təsirləri varmı?
- Xanımların çoxu tərəddüd etsə də, deməliyəm ki, bu qorxu əbəsdir. Radioloji müayinənin insanlara əks göstərişi yoxdur. Ultrasəs tam zərərsiz müayinə üsuludur, istənilən qadın bu müayinədən keçə bilər.
Amma söhbət mammoqrafiyadan gedirsə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Radioloqlar Cəmiyyətinin qərarına əsasən 40 yaşından yuxarı hər bir qadın ildə bir dəfə mammoqrafiyadan keçməlidir. Süd vəzində mammoqrafiyanın verdiyi informasiyanı heç bir müayinə verə bilmir. Şüa yükündən danışsaq, əlbəttə ki, rentgenoloji müayinə üsuludur. Ancaq alınan şüa yükü loru dildə desək, Bakıdan İstanbula gedərkən aldığımız şüa yükünə bərabərdir. Odur ki, burda şüalanmadan qorxmağa dəyməz. Sadəcə ildə bir dəfə mammoqrafiya müayinəsi kifayət edir ki, həkimlər hər hansı diaqnoz təyin edə bilsin.
- Xanımlarımız səhhətinə nə dərəcədə diqqətlidir?
- Əvvəlki illərlə müqayisədə daha çox maariflənmə var, daha çox araşdırma aparırlar, həkimlərin tövsiyələrini izləyirlər. Buna baxmayaraq, yenə də həkimdən qorxanlar, qeyri-peşəkarlara müraciət edən xəstələr də az deyil.
- Qadınlara nə tövsiyə edərdiniz: özlərinə necə qulluq etməlidir ki, döşləri uzun illər sağlam qalsın?
- Qadınlar bilməlidir ki, sağlamlıqları öz əllərindədir. İldə bir dəfə ultrasəs və mammoqrafiyadan keçsinlər, hər ay güzgü qarşısında, yarıuzanmış, ya oturmuş vəziyyətdə süd vəzilərini yoxlasınlar. Hər hansı dəyişiklik yaranırsa, əllərinə kütlə gəlirsə, döşdə damarlanma, dərinin portağal qabığına bənzər simptomları, hətta heç vaxt görmədiyi ləkələr varsa, mütləq şəkildə xanımlar həkimlərə müraciət etsinlər.
- Pandemiya ilə bağlı vəziyyət süd vəzi xəstəliklərinin artmasına təsir edə bilərmi?
- Dünya çox ağır bir il yaşayır, eyni zamanda Azərbaycan. Şəxsən mən iki ay xəstə qəbul etmədim, tələbələrə onlayn dərsimiz var idi. İki ay sonra klinikalara müraciət etdik və xəstələri qəbul etməyə başladıq. Karantin müddətində həm xəstə sayının artdığını gördük, həm də gecikmiş mərhələdə gələn xəstələri qəbul etdik. Karantin şərtlərindən dolayı rayondan yaşayan xəstələr müayinəyə gələ bilmirdi. Bu baxımdan xəstələrimiz yubanırdı... Pandemiya yavaş-yavaş ötüşəcək, amma digər xəstəliklərdən əziyyət çəkən insanların taleyi məni bir həkim kimi çox narahat edir. Ümid edək ki, qarşıdakı günlərdə karantin şərtləri yumşaldılacaq və bu virusun yayılması dayanacaq. İnsanlar yalnız profilaktik məqsədlə həkimə gələcək və ya gecikmiş mərhələdə müraciət etməyəcəklər...
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...