Xüsusi
Akif İslamzadə: "Azərbaycanda kişi qıtlığı yoxdur ki, Qarabağda suriyalı döyüşsün"
Akif İslamzadənin Publika.az-a müsahibəsini təqdim edirik.
- Akif bəy, ordumuzun qazandığı uğurlar sizdə hansı təəssüratları doğurdu?
- Əlbəttə ki, sevinc və fərəh hissini yaşadım. Xalqımızı bu qələbələr münasibəti ilə təbrik edirəm, inanıram ki, bu yolda daha böyük zəfərlər bizim olacaq. Vətən varsa, onun uğrunda şəhidləri də olar. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Başımızı uca tutmalıyıq. Dağlıq Qarabağ münaqişəsi çoxdankı problem idi, inşallah gənc nəsil bu problemi həll edəcək, növbəti nəsillərə qalmayacaq. Hər il şəhidlər verməkdənsə, bu məsələni birdəfəlik kökündən həll etmək lazımdır.
Təəssüf ki, problemlər bununla başa çatmır, şər qüvvələr həmişə olub və olacaq. Makron Azərbaycanı danışıqlar masasına dəvət edir, hərbi hücumları dayandırmağa səsləyir. Amerika Prezidenti Donald Tramp da məsələyə şərh bildirir. Bu iki siyasətçinin əxlaqında elə böyük qəbahət var ki, bütün dünya bundan xəbərdardır. Belə adamlar dünyaya rəhbərlik edirlər. Aydın məsələdir ki, ermənilərin mərkəzi ta qədimdən Fransa olub. Minsk Qrupu o vaxt başımızın altına yastıq qoydu. Səmərəsiz danışıqlar və kağız üzərində qalmış bəyanatlar heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir.
- Cəmiyyətdə orduya inam və ruh yüksəkliyini sizin dilinizdən eşitmək istərdik.
- Çox gözəl, hələ gecikmişik. Deyirlər ki, guya Suriyadan muzdlu əsgərlər gətirilib. O qədər bacarıqsız deyilik ki, Suriyadan muzdlu döyüşçülər gətirək. Azərbaycanda kişi qıtlığı yoxdur ki, Qarabağda suriyalı döyüşsün. Azərbaycan Ordusu öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək.
92-ci ildə könüllü şəkildə orduya yazılan igidlərimiz həddən artıq çox idi. 90-cı illərdəki vəziyyətlə hazırkı durumu müqayisə etmək doğru olmaz, amma eyni millətik. İndi də həm orduda, həm də cəmiyyətdə ruh yüksəkliyi var. Bu yolda Prezidenti dəstəkləyirik.
- Ermənistan Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutur.
- Bunu ona görə edirlər ki, Azərbaycan Ordusu da eyni cavabı versin. Bu halda digər dövlətlər münaqişəyə qarışa bilər. Ermənistan hərbi birləşmələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhalini vurmur. Bu, bizim prinsiplərimizə ziddir.
Ümumiyyətlə, dünya 3-cü dünya müharibəsi ərəfəsindədir. SSRİ-nin dağılmağı Dağlıq Qarabağ münaqişəsindən başladı. Çörçil də öz mühazirələrinin birində demişdi ki, SSRİ-ni yalnız xaricdən deyil, daxildən və milli zəmində dağıtmaq da mümkündür. İndi dünyada başqa bir proses gedir, Qərb milli zəmində dağılacaq. Üçüncü mərhələdə isə dini qarşıdurmalar baş verəcək, düyünlər açılacaq. Onda dəccəl və Mehdi ortaya çıxacaq, peyğəmbərlər zühur edəcək. Bu, qiyamət deyil, qiyamətdən əvvəlki axır zamandır. Bütün bunlar hədislərdə yazılıb.
Aytən Məftun
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobil sürməkdən imtina edirlər - ARAŞDIRMA
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
Ekologiya10:15Xilasedicilər 734 meyit tapdılar - 580 əcnəbi itkin düşüb
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu













.png)








.png)












.jpg)
.jpg)