Xüsusi
Omanda yaşayan azərbaycanlı alim: "Paşinyan açıq şəkildə deməsə də..."
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Sultan Qabus Universitetinin müəllimi Vüsalə Yusif Azərbaycan Ordusunun uğurları barədə fikirlərini bölüşüb.
Omanda yaşayan azərbaycanlı alimin Publika.az-a müsahibəsini təqdim edirik:
- Vüsalə xanım, ordumuzun qələbə xəbərləri qürbət ölkədə sizdə hansı duyğuları oyatdı? Necə qarşıladınız bu hadisəni?
- Ordumuzun qələbə xəbərlərini eşitdikcə həm çox duyğulanır, həm də fərəhlənirdik, uçmağa qanadımız yox idi. Zəngilan bölgəsindənəm, Qarabağ hadisələri baş verəndə 12 yaşım var idi, babam, nənəm, bibilərim öz doğma elindən qaçqın düşmüşdü. Bütün bunlar xatirələrimdə ağrılı bir iz qoymuşdu. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev ilə şanlı ordumuza öz təşəkkürümü bildirirəm ki, bizə unudulmaz hisslər yaşadırlar. Ordumuzun qələbəsinə inanıram, bu, bizim haqq işimizdir, gec-tez ədalət öz yerini tutmalı idi. Dünyanın güc dövlətləri də bu yolda bizə mane olmağa çalışmır, əksinə, beynəlxalq təşkilatlar bizi dəstəkləyir. Torpaqlarımızın bir hissəsinin azad olunmasını bayram kimi qəbul edirəm, sona qədər də zəfər bizimdir.
- Ermənistan-Azərbaycan münaqişəsində Oman Sultanlığının rəsmi mövqeyi və münasibəti necədir?
- Oman mətbuatında nə Azərbaycan, nə də Ermənistanın mövqeyi barədə rəsmi xəbər gördüm. Burada çox geniş əlaqələrim var, istər tələbələrimə, istərsə də müəllim kollektivinə bu barədə ətraflı məlumat verdim. Bilirsiniz ki, virtual aləmdə də informasiya müharibəsi gedir, bu mənada sosial şəbəkələrdə də maksimum aktiv olmağa, haqq səsimizi dünyaya çatdırmağa çalışıram, çoxlu xəbərlər paylaşıram. Onlara Alban tarixi, qədim köklərə malik olduğumuz barədə məlumat verir, videolar göndərirəm. Omanlı dostlarımızın dəstəyini qazanmışam. Bilirsiniz ki, Oman Sultanlığında əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Sözsüz ki, bu amil mühüm rol oynayır, bizim haqlı olduğumuza inanırlar.
- Prezidentin çıxışlarını izləyirsinizmi? Bu çıxışlar bir azərbaycanlı kimi sizdə hansı təəssüratlar doğurdu?
- Xüsusilə "Əl-Cəzirə" kanalında ərəb dilində yayımlanan müsahibəsini çox böyük fəxr hissiylə izlədim. Ümumiyyətlə, İlham Əliyev modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirən ölkə başçısıdır. Liderin gücü, nüfuzu həm də onun təsir imkanlarının coğrafi əhatə dairəsi ilə ölçülür. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Sözsüz ki, Azərbaycan dünyada Ermənistandan qat-qat böyük nüfuza malikdir. Həqiqətən şanslıyıq ki, Azərbaycanın İlham Əliyev kimi öz xalqını düşünən, onun maraqlarına xidmət edən qətiyyətli dövlət başçısı var.
- Sizcə, Paşinyan Azərbaycan xalqından üzr istəyəcək və Qarabağ Azərbaycandır deyəcəkmi?
- Paşinyanın Azərbaycan xalqından üzr istəməsi və Qarabağ Azərbaycandır deməsi hər birimizin arzusudur. Hər halda o, bunu açıq şəkildə deməsə də, dolayı yolla deməyə məcbur olacaq, əvvəl-axır razılaşma şərtlərimizi qəbul etməkdən başqa çıxış yolu qalmayacaq. Ermənistanın nə hərbi gücü var, nə də siyasi arenada hörməti. Ümumiyyətlə, Paşinyan intellektual səviyyəsi çox aşağı olan siyasətçidir. Müsahibələrində də görünür ki, onu səciyyələndirən hər hansı keyfiyyəti yoxdur. Onun dolaşıq və məntiqsiz çıxışları məndə yalnız kinayə hissi doğurur. İlham Əliyevin dolğun, məntiqli, tutarlı və səlis cavablarının fonunda Paşinyanın çıxışı bağça uşağının rabitəsiz nitqini xatırladır. Paşinyan nəinki Azərbaycan, demək olar ki, dünya ölkələri üçün olduqca zəif bir fiqurdur. Başqa millətlərin nümayəndələri də deyirlər ki, Paşinyanın çox zəif siyasi rəqib olması göz qarşısındadır.
Əgər biz nahaq olsaydıq, istər Amerika, istər Rusiya, istərsə də özünü hegemon sayan dövlətlər çoxdan öz etiraz səsini qaldırmışdı. Onların müdaxilə etməməsi bir daha göstərir ki, biz sadəcə öz tarixi torpaqlarımızı qaytarmaq istəyirik, başqa dövlətin torpağında gözümüz yoxdur. 30 il gözləməklə çox böyük humanizm nümayiş etdirmişik.
- Azərbaycan xalqının birliyi və iradəsini, cəmiyyətdə hökm sürən ruh yüksəkliyini necə qiymətləndirirsiniz?
- Biz həmişə qorxmaz və mərd xalq olmuşuq. Gənclərimiz axınla adını orduya könüllü yazdırır. Övladları müharibədə iştirak edən bütün anaların əllərindən öpürəm. Şəhid analarının qarşısında isə diz çökürəm... Çox möhkəmik, bu ruh yüksəkliyi ilə bizi yalnız qələbə gözləyir. Azərbaycanın iqtisadi inkişafı ilə bərabər hərbi gücü də kifayət qədərdir.
- Düşmən qüvvələr yaşayış məntəqələrini və dinc sakinləri də hədəfə almaqdan çəkinmir. Sizcə, bununla onlar nəyə nail olmaq istəyir?
- Düşmənin də ən şərəfsizi gəlib bizi tapıb. Ermənilər həmişə terrorçu olub, yaşayış məntəqələrini hədəfə alıblar, yaşlı, qadın, qoca demədən hər kəsə atəş açırlar. Onlar bizi provakasiyaya sürükləmək istəyirlər. Bərdə, Gəncə və Tərtəri vurmaqla bizi də eyni addımı atmağa sövq edirlər ki, müttəfiqləri münaqişəyə cəlb etsinlər. Bu mənada Rusiyanın neytral mövqeyi təqdirəlayiqdir. Putin də son açıqlamasında dedi ki, müharibə Ermənistan ərazisində getmir. Odur ki, Rusiya Qarabağdakı hərbi əməliyyatlara qatılmaq niyyətində deyil. Buradan bir daha aydın olur ki, döyüş planı çox məharətlə hazırlanıb, bizi geri çəkilməyə heç kim məcbur edə bilməz.
- Qarabağın işğaldan azad olunması sizcə, bizə nəyi qazandıracaq?
- 30 illik vətən nisgilinə son qoyulacaq, dinmək bilməyən mənəvi ağrılardan nəhayət ki, xilas olacağıq. Şəhidlərimizin, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün ruhu rahatlıq tapacaq. Bir milyondan çox qaçqınımız öz dədə-baba yurduna qayıdacaq. Regiona sül və əmin-amanlıq qayıdacaq.
Tez-tez beynəlxalq konfranslarda çıxış edirəm, Azərbaycan bəstəkarlarının yaradıcılığını mümkün qədər təbliğ etməyə çalışıram. Bununla belə özümü həmişə məğlub hiss edirdim. Qarabağ azad olunsa, bütöv Azərbaycan olsaq, vətəndaş olaraq daha qürurlu, daha əmin, gələcəyə daha ümidli, birliyimizi və qüdrətimizi dünyaya sübut etmiş bir millət olacağıq. Bu, Azərbaycanın həm mədəni, həm də iqtisadi inkişafına çox ciddi təkan verəcək.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO