Xüsusi
Xudayarın silahdaşları DANIŞDI: Son döyüşündə dedi ki... - FOTO/VİDEO
Vətənimizin qəhrəman oğulları 30 ildir həsrətində olduğumuz torpaqlarımızın hər qarışını əsarətdən azad etdikcə sevinirdik, illərdir bu anı gözləyən 10 milyon ürək sevincdən az qaldı yerindən çıxsın, qürurdan ürəyimizin döyüntüləri də artırdı, ancaq hər gün neçə ürəyin buna görə döyüntüsü kəsildi. Yüzlərlə can, arzu torpaq oldu. Onlar mərdlik nümayiş etdirib, tarix yazdılar, şəhid oldular. Qarabağ boyda igidlər başlarını əymədən, gülərək, oxuyaraq, bir-birlərini ruhlandırıb, Vətəni səsləyərək mərdcəsinə yeridilər ölümün üstünə. Əlində silah, dilində vətən nəğməsi, ürəyində Azərbaycanı deyib getdilər əsirlikdə qalan Vətəni xilas etməyə...
Belə oğullarımızdan biri də ölümü ilə bütün Azərbaycana səs salan, məlahətli ifası ürəkləri titrədən şəhid gizir Xudayar Yusifzadədir.
Xudayarın anası Radə Qurbanova oğlu ilə bağlı xatirələrini Publika.az-la bölüşüb.
Şəhidimizin anası deyir ki, oğlum yuxularıma gəlir, oyanmaq istəmirəm Xudayarlı yuxulardan.
Dastana çevrilən şəhidimizin döyüş yoldaşları isə deyir ki, o, təkcə döyüşmürdü, həm də onları ruhlandırırdı, haqq savaşına, mübarizəyə səsləyirdi. Xudayarın silahdaşları onun iştirak etdiyi son döyüşü və şəhidimizin orada dediyi son istəyini Publika.az-a danışıblar və şəhidimizin döyüş bölgəsində çəkilən, heç yerdə olmayan fotolarını saytımızla bölüşüblər.
Qeyd edək ki, ötən il oktyabrın 21-də Xudayar şəhid olub. Bu gün isə dəfn olunduğu gündür.
Ətraflı videomaterialda tanış ola bilərsiniz:
Akqabay Mıradov
(2020.12.09)
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı





















.png)

















