Xüsusi
Hərbçilərimizi həyata qaytaran israilli həkim MARAQLI DETALLARI AÇDI: Qazilərin hamısı...
"YAŞAT" Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində vətənimizdədir.
Ölkəmizdə olduqları 5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
Publika.az-ın müsahibi israilli oftalmoloq-cərrah Yişay Falikdir.
- Doktor, ölkəmizə xoş gəlmisiniz. Qazilərimizin sağlamlığı naminə etdikləriniz üçün minnətdarıq.
- Azərbaycan haqq savaşında qalib gəldi. Cəsur ordunuz öz üzərinə düşən ağır və şərəfli missiyanın öhdəsindən uğurla gəldi. 8 nəfərlik həkim heyətimizlə İkinci Qarabağ müharibəsi müddətində gözünü itirən vətənpərvər qardaşlarımıza yardıma gəlmişik. Həmçinin azərbaycanlı həmkarlarımız da əməliyyatlar və müalicələr boyu bizi müşayiət edirlər. Pasiyentlərimiz arasında hər iki gözünü itirənlər də var. Onların görmə qabiliyyətlərini maksimum bacardığımız qədər stabilləşdirməyə çalışırıq. Elə bu gün gerçəkləşdirilən əməliyyatlardan biri 5 saata yaxın davam etdi. Mütəxəssislərimiz əllərindən gələnin ən yaxşısını etmək üçün buradadırlar. Xüsusi qeyd etmək istəyirəm ki, əməliyyatlar uğurla nəticələnir. Vətəni azad edib, geri dönən qardaşlarımızın hamısı çox cəsurdurlar. Ağlamırlar, qorxmurlar, sızlamırlar. Yeni görünüşlərindən özləri də zövq alırlar. Artıq bir çox qazini uğurla əməliyyat edib, İsraildə istehsal olunan protez gözlərlə təmin etmişik.
- Qazimiz Arif Hacıyevin uğurlu əməliyyatları barədə də danışmağınızı istərdim. Həmçinin bu böyük uğura imza atdığınız üçün hamınızı ürəkdən təbrik edirəm.
- Təşəkkür edirəm. Bəli, Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. Biz Arif üzərində üçqat prosedur əməliyyatı gerçəkləşdirdik. Onun gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb. Əməliyyatdan öncə Arifin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Sevinirik ki, Arif artıq sükan arxasında əyləşib, maşın da idarə edə biləcək.
- Gerçək etdiyiniz onlarla möcüzənin şahidi olmaq çox gözəldir. Doktor, ölkəmizə ilk səfərinizdir? Paytaxtımızı gəzmək imkanınız olub?
- Bəli, ilk dəfədir. Gün ərzində əməliyyatlar arasında zamanımız olmadığından Bakını gecələr hotelə qayıdanda görmək şansımız olur. Elə dünən gecə Alov qüllələrini gördüm. Möhtəşəmdir.
- Növbəti səfərinizdə şəhərimizi gəzməyə daha çox zamanınız olacaq.
- Bakının memarlığı, binaları, küçələri məni valeh etdi. Növbəti səfərimdə bu gözəl şəhərdə daha çox zaman keçirmək arzusundayam. Bilirsiniz, bu layihə ölkələrimiz, xalqlarımız arasında münasibətlərin inkişafına, həmrəyliyimizin günbəgün möhkəmlənəcəyinə təkan verəcək. Ümumiyyətlə, Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyi hamıya məlumdur. Xalqınıza aydın səma və sülh arzu edirəm. "YAŞAT" Fonduna isə təşkilatçılığa görə dərin təşəkkürümüzü bildiririk.
Leyla Sarabi,
Foto: Ceyhun Rəhimov
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?