Xüsusi
Norveçin baş nazirliyinə namizəd göstərilən gənc türklə MÜSAHİBƏ: Başlıca amalım...
Bu günlərdə Norveç mətbuatında maraqlı xəbər yayılıb. Belə ki, Norveç parlamentinə keçiriləcək seçkilərin ən gənc namizədi bəlli olub.
Publika.az xəbər verir ki, parlamentin ən gənc namizədi türk əsilli Mehmet Kaan İnandır. Gənc siyasətçi ilə Norveçdəki fəaliyyətilə bağlı həmsöhbət olduq.
- Mehmet bəy, Norveçdə fəaliyyəti ilə tanış olduğum ikinci əcnəbi siyasətçisiniz. Əminəm ki, bunun üçün münbit sahə var.
- Bilirsiniz, Avropada siyasətə qatılan yeniyetmələrin sayı az deyil. Məsələn, mən 13 yaşımdan Norveç siyasətinin ən gənc nümayəndələrindən olmuşam. Bu addım əsasən gənclərin düzgün formalaşmağına xidmət göstərir. Eyni zamanda, ətrafımızdakı gənclərin inkişafına təkan vermək, onları mənfi vərdişlərdən uzaqlaşdırmaq, yaşamaq üçün daha gözəl cəmiyyət inşa etməyə çalışırıq. Uşaqlıqdan bir arzum olub - insanlara yardım etmək, dəstəkləmək. Sevinirəm ki, yavaş-yavaş istəyimə nail oluram. Həmçinin ehtiyacı olan ailəyə yardım edirik.
- Norveçdə islamofobiya problemi ilə mübarizə hansı mərhələdədir?
- Sevindirici haldır ki, bu gün Norveçdə islamofobiya digər Avropa ölkələri ilə müqayisədə çox böyük problem deyil. Yəqin xatırlayırsınız, 2011-ci ildə irqçi terrorist 77 müsəlman vətəndaşı vəhşicəsinə qətlə yetirdi. 2019-cu ildə də ölkə məscidlərinin birinə basqın oldu. Xoşbəxtlikdən bu cəhd uğursuz nəticələndi. Məsciddə namaz qılanlar həmin terrorçunu zərərsizləşdirməyə nail oldular. Yəni ara-sıra belə çətinliklərlə üzləşirik. Amma qlobal təhlükə artıq sovuşub.
- Yəqin ki, bu həm də müsəlman xalqlarının, türklərin Norveç toplumuna inteqrasiyasının nəticəsidir.
- Əlbəttə. Türklərin Norveç cəmiyyətinə inteqrasiyası uğurla davam edir. Məni ən çox sevindirən fakt odur ki, son illər türk qızlarının təhsil sahəsindəki uğurları durmadan artır. Qadınların təhsilli və savadlı olmağı cəmiyyətin təməlinin gücündən xəbər verir. Ümumiyyətlə, Norveç dünyanın ən çox inkişaf etmiş ölkələrindən sayılır. Hər bir ailənin övladı eyni səviyyədə təhsil almalıdır. Burada təhsil ödənişsizdir. Hətta imkansız tələbələr təhsil müddətində universitetdən kredit ala bilərlər. Təhsil ocağını yüksək nəticə ilə bitirəndə isə dövlət həmin kredit borcunu avtomatik silir. Bu o deməkdir ki, təhsilinizin keyfiyyəti ailənizin maddi durumundan asılı deyil. Digər maraqlı faktı da nəzərinizə çatdırım ki, təhsil aldığınız məktəbdən, universitetdən kredit götürmək üçün ailənizin maddi durumunun önəmi yoxdur. Yəni təminatlı ailələrin övladları da öz ayaqları üzərində durmaq, dövlətin hesabına vicdanlı təhsil almaq istəyərsə, onlara heç kim mane ola bilməz.
- Bir az da özünüzdən, ailənizdən danışaq lütfən...
- Ailəm illər öncə Türkiyənin Bingöl şəhərindən Norveçə köçüb. Osloda doğulub böyümüşəm. Hazırda iqtidarın mühafizəkar sağ partiyası Höyre yayda keçiriləcək Bələdiyyə Məclis üzvlüyünə məni namizəd göstərib. Onu da deyim ki, ən gənc namizəd mənəm. Xüsusən də türk olmağım ikiqat qürurdur. Bundan əlavə, məclisdə siyasi məsləhətçiyəm. Düşünürəm ki, bu, partiyamın mənə göstərdiyi sevgi və etimaddır. Seçkilərə az qalıb, artıq siyasi platformam üçün hazırlıqlara başlamışıq.
- Bildiyimə görə, Norveçin Baş naziri Erna Solberq gələcəkdə onun yerini tuta biləcəyinizi vurğulayıb.
- Doğrudur. Bir müddət öncə Norveçin Baş naziri Erna Solberq ailəmi ziyarət etdi. Görüş zamanı gələcəkdə onun yerinə vəzifəyə keçə biləcəyimi vurğuladı. Təbii ki, bu, mənim üçün hədsiz qürurdur. Hansı vəzifəyə yüksələcəyimdən asılı olmayaraq, başlıca amalım kimsəsiz uşaqları qorumaq, onları dəstəkləməkdir. Mən onların səsi olmağa söz vermişəm.
Leyla Sarabi
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla