Xüsusi
Bu, sonsuz xoşbəxtlikdir - Uitni Hyuston, Maykl Ceksonla çalışan məşhur amerikalı müğənni ilə MÜSAHİBƏ
O, özünü musiqi aləminin ən xoşbəxtlərindən sayır. Düşünürəm ki, buna tam haqqı çatır.
Səbəbini birgə öyrənək.
Publika.az-ın müsahibi tanınmış müğənni Della Maylsdır (Della Miles).
- Əziz Della, gəlin, tanış olaq...
- 6 uşaqlı ailənin ən kiçik üzvüyəm. Valideynlərim musiqini çox sevirdilər. Demək olar ki, musiqi ilə əhatələnmişdik. Universiteti bitirəndən sonra anladım ki, gələcəyimi musiqi ilə qurmaq istəyirəm. Texası tərk edib, Los-Ancelesə köçdüm. Los-Anceles mənim doğuluşum oldu. Çünki orada Uitni Hyuston, Maykl Cekson kimi əfsanələrlə tanış olub, çalışmaq imkanı qazandım. Sonra Amerikaya sığmadığımın fərqinə varıb, Avropaya, daha dəqiq desəm, Türkiyəyə köçdüm. İndi yaradıcılığımı Şərq və Qərb arasında bölmüşəm. Bu təcrübə mənim üçün çox maraqlıdır.
- Dünya musiqisinin iki əfsanəsi ilə çalışmısınız. Zənnimcə, böyük xoşbəxtlikdir.
- Karyeramın başlanğıcında idim. Uitni məni öz komandasına vokalçı dəvət etdi. Uitni mənim üçün nəhəng ulduz idi. Bu təklif gələndə çox təəccüblənmişdim. Milyonların bir dəfə də olsa uzaqdan görmək istədikləri ulduzun yanında olmaq, hər gün ünsiyyət qurmaq, ən əsası, birgə mahnılar ərsəyə gətirmək sonsuz xoşbəxtlikdir. Uitni çox mehriban qadın idi. Mayklla isə çox ünsiyyətdə olmamışam. Mən onun prodüseri olduğu layihələrə ifaçı kimi dəvət almışdım. Məşqlərə hər gəlişi mənim üçün bayrama çevrilirdi. İndi həmin vaxtları xatırladıqca eyni sevinc, həyəcan yenə qəlbimə dolur.
- Hazırda türk bəstəkar Turqay Evrənlə planet, insanlıq adına çox maraqlı layihələr üzərində çalışırsınız. Bura həmçinin Qarabağa həsr olunmuş kompozisiya da daxildir.
- Turqay bəyin layihələrinin bir parçası olmaq məni sevindirir. Bildiyiniz kimi, dünyanı haqsızlıq önündə ayağa qaldıran əsərlərinin sözləri də özünə məxsusdur. Musiqisində insanlığa, ədalətə sevgi duyulur. Turqay bəylə söhbətin özü də təmiz hava ilə nəfəs almaq kimidir.
- Amerikadan Türkiyəyə köçməyin asan qərar olmadığını təxmin edirəm.
- Uşaqlıqdan anama deyirdim ki, mən Amerikada yaşamayacağam. Tanrı həyatımın pilotudur. Bütün arzularımı gerçəkləşdirir. Məni Türkiyə adlı gözəl ölkəyə layiq gördüyü üçün ona sonsuz minnətdaram. Doğrudur, ailəm, sevdiklərim Amerikadadır, amma yenə də yerimdən məmnunam.
Leyla Sarabi
-
Elm və təhsil22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var
-
Ekologiya19:36Kür və bəzi dağ çaylarında vəziyyət necədir?
-
Sosial19:24Bu xanıma yüksək vəzifə verildi
-
İKT19:00Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı
-
Səhiyyə18:48Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ
-
MDB17:21Çörək pulu istəyirdi: Qadın 6 yaşlı oğlunu satmaq istəyərkən saxlanıldı







































