Ermənilər orada çoxmərtəbəli bina tikib ki... - Türk araşdırmaçı ilə SENSASİON VİDEOMÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Ermənilər orada çoxmərtəbəli bina tikib ki... - Türk araşdırmaçı ilə SENSASİON VİDEOMÜSAHİBƏ

Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Derya Akdemir Publika.az-a müsahibə verib.

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən D.Akdemir “Anka” Azərbaycan Mədəniyyət, Rəqs və Sənət Klubunun rəhbəridir. O, İğdırda doğulsa da, Qarabağ kökənlidir. Babaları erməni qətliamından, Ermənistanın etnik təmizləmə siyasəti ucbatından İğdıra sığınıb.

Azərbaycan onun üçün müqəddəs ölkədir. O, illərdir türk dünyası üçün çalışır. Qarabağa aid marşın söz və musiqisini yazıb. Derya xanım rəhbəri olduğu “Anka” klubunda mədəniyyət və incəsənətimizi təbliğ edir, o cümlədən Azərbaycan rəqslərini gələcək nəsillərə öyrədir. İllərdir Azərbaycan mədəniyyətini beynəlxalq arenalarda təmsil edir. Həqiqətlərimizi dünyaya çatdıran D.Akdemir erməni faşizmini ifşa edib, onlara qarşı doğru mövqe ortaya qoyub. Bundan qıcıqlanan ermənilər araşdırmaçı yazara hədə-qorxu gəliblər, fəaliyyətini əngəlləməyə çalışıblar.

Derya Akdemir yazdığı şeirlərində Qarabağ dərdindən, həsrətindən bəhs edib. Bundan sonra isə qələbəmizdən yazmaq istəyir. Türkiyə-Azərbaycan əlaqələrindən danışan Akdemir diaspor fəaliyyətimizin yüksək səviyyədə qurulduğuna diqqət çəkib.

Akdemirlə baş tutan müsahibədən bəzi maraqlı hissələri təqdim edirik:

“Uşaqlıqdan onların mənə anlatdıqları erməni vəhşiliklərini dinlədikcə bunun nağıl olduğunu düşünürdüm, çünki çox qorxunc idi...”

“İğdırda elə bir ev yoxdur ki, erməni soyqırımından nəsibini almasın”.

“Azərbaycan Ordusuna könüllü yazılmışdım ki, Qarabağ üçün savaşım. Arzum şəhid olmaq idi, çünki o torpaqlar mənim üçün çox müqəddəsdir”.

“Ermənilər utanmadan hələ də türk izlərini silməyə çalışırlar. Onlar sildikcə, torpaq türk izlərini yenidən qaytarır”.

“Vətən müharibəsində zəfər qazandığımızı eşidəndə hönkür-hönkür ağlamışdım”.

“Söz vermişdim ki, Qarabağ geri alınsa, “Azərbaycan qızıyam” mahnısına Şuşada rəqs edəcəm”.

“Bir qadın istərsə, ana olar, bir qadın istərsə, Vətən olar, bir qadın istərsə, şəhid olar”.

“Əgər ermənilər sülh istəyirlərsə, İrəvanı da boşaltsınlar. Çünki ora türk torpağıdır”.

“Zəngəzur İrəvanın qızıl açarıdır. Bunu düzgün dəyərləndirməliyik”.

“Ermənilər Ağrı dağı bizimdir deyirlər. Oradan bu dağı izləmək üçün böyük bina tikiblər. Ancaq təbii ki, izləmək üçün... Onlar sadəcə türk torpağı olaraq oranı izləyəcəklər”.

“Biz əgər dəyərlərimizə sahib çıxmasaq, başqaları gəlib bunu alıb, bəzəyib, boyayıb bizə satarlar”.

“Hər kəsin ən azı bir Qarabağ kitabı olmalıdır”.

“Azərbaycanın haqq səsini çatdırdığım üçün ermənilər mənə hədə-qorxu gəldilər. Sosial media hesabımı dəfələrlə əngəllədilər”.

“Mənə irqçisən deyib qınadılar. Ancaq mən qatı milliyyətçiyəm. Ermənilər irqçi deyil də, mənmi irqçi oldum?! Atatürk kimi dəyərə sahib çıxmağım məni irqçi edirsə, ən böyük irqçi mənəm”.

“Böyük bir türk birliyi yaradılmalıdır”.

“Hər kəs bütün türklərin bir araya gələcəyindən qorxur. Kim böyük gücdən qorxmaz ki?!”

“Babamın köçmək məcburiyyətində qaldığı Füzuli rayonunun Alxanlı kəndini və Şuşanı ziyarət etmək istəyirəm”.

“Prezident İlham Əliyev böyük gücünü və dəmir yumruğunu o qədər gözəl hiss etdirdi ki. Onunla görüşmək, ürəkdən təbrik etmək istəyirəm”.

“Türkiyə mənim doğma vətənim, Azərbaycan isə müqəddəs vətənimdir”.

“Evimizdə Azərbaycan yeməkləri hazırlayıram”.

Derya Akdemirlə söhbətimizlə videomaterialda tanış ola bilərsiniz:

Akqabay Mıradov

Fotolar: Pərviz Həşimi

Video: Röyal Adıgözəlov

Montaj: Ramazan Vəliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm