Xüsusi
Qarabağa gedəcəyim günü həvəslə gözləyirəm - Neha İkramla ÖZƏL SÖHBƏT
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Norveçin, eləcə də digər dövlətlərin nüfuzlu siyasi və ictimai xadimləri sərgini dərin maraqla izləyirlər.
BMT-nin Gənclər üzrə nümayəndəsi Neha İkram tədbir haqda fikirlərini Publika.az-la bölüşüb.
- Neha, 44 günlük Vətən müharibəmizdə Azərbaycana dəstək olan dostlarımızdan biri də siz oldunuz. Sərgi ilə bağlı təəssüratınızı da bilmək istərdim...
- Fəaliyyətimin əsas hissəsi xalqlar, mədəniyyətlər arasında körpü yaratmaqdır. Dəb, tarix və sənəti birləşdirib belə maraqlı sərgi ərsəyə gətirmək çox böyük uğurdur. Bunun üçün də Norveç və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində daim yorulmadan çalışan Şervin Nəcəfpurun əməyini xüsusi qeyd etmək lazımdır. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı mədəniyyəti və tolerantlığı bir araya gətirməyi bacarır.
- Siyasət, yoxsa mədəniyyət?
- Düşünürəm ki, bu gün mədəni körpülər qurmaq, əməkdaşlıq etmək siyasətdən daha önəmlidir. Çünki siyasət insanları cəbhələrə bölürsə, mədəniyyət əksinə, birləşdirir. Fərqli xalqların ədəbiyyatı, təsviri sənəti, musiqisi, milli geyimləri ilə tanışlıq imkanı qazanırsan. Odur ki, bu ənənəni yaymaq lazımdır.
- Neha, Norveçdə qardaş Pakistanı təmsil edirsiniz. Bu iki mədəniyyəti bir araya sığdırmaq nə dərəcədə mümkündür?
- Doğrudur, əslən pakistanlıyam. Mənim ölkəmdə demək olar ki, əksər xanımlar və bəylər milli geyimdə gəzirlər. Lakin sən öz xalqının dəyəri olan milli libasları Norveç kimi Avropa ölkəsində geyinəndə özünü daha güvənli, özəl hiss edirsən. Çünki tarixini, mədəniyyətini üzərində gəzdirirsən. Xalqını təmsil edirsən.
- Sərginin əsas məqsədi Tur Heyerdalın izi ilə getmək, onun dünyaya ötürdüyü mesajı bir daha xatırlatmaqdır. Sizcə, təşkilatçılar buna nail ola bildilər?
- Ümumiyyətlə, Tur Heyerdalın dünyaya ötürdüyü sülh mesajını heç bir dərslik aşılaya bilməz. O, nəinki bənzər xalqların, eləcə də uzaq ölkələrin oxşarlıqlarını tapıb üzə çıxarmağa nail olurdu. Azərbaycan və Norveç arasında münasibətlərin möhkəmlənməsində böyük işlər görüb. Heyerdal tək xalqları deyil, insanları da birləşdirməyi qarşısına məqsəd qoymuşdu. Bu baxımdan sərginin Tur Heyerdalla bağlılığı heç də təsadüfi deyil. Hətta deyərdim ki, çox simvolik xarakter daşıyır.
- Düşünürəm ki, bizi həm də qardaş xalqın nümayəndəsi olmağımız birləşdirir.
- Əlbəttə. Həm türklərin, həm də pakistanlıların Norveçə mühacirəti əsasən 50-60 il öncəyə təsadüf edir. Bizim xalqlarımızın sevdiyim üstünlükləri odur ki, hara gedirlərsə, mədəniyyətlərini də özləri ilə aparırlar. Yeni ölkəyə adaptə olarkən keçmişlərini, mənliklərini unutmurlar. Bizi bir-birimizə bağlayan əsas səbəb yəqin ki, budur. Əmin olun ki, öz dəyərlərinə hörmətlə yanaşmayan kimsə digər xalqa sayğı ilə yanaşa bilməz. Bu xalqlar münaqişəyə də meyl etmirlər.
- Azərbaycana səfəriniz gözlənilir?
- Azərbaycanda olmamışam. Amma bu ölkə doğma Pakistan kimi ürəyimdə yaşayır. Mütləq səfər edəcəm. Xüsusən də Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edəndən sonra bu şəhəri araşdırmışam. İndi Qarabağa gedəcəyim günü ikiqat həvəslə gözləyirəm. Azərbaycan xalqı müharibə dövründə çox itki verdi. Həmin dövrdə biz də sizinlə birgə kədərləndik. Amma bu gün ölkəniz bütöv və azaddır. Bu gözəl mənzərəyə şahidlik etmək arzumdur.
Leyla Sarabi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO