Xüsusi
Nail Kəmərlidən ŞOK SÖZLƏR: “Gəncləri bu üsullarla yoldan çıxarırlar” – VİDEO
Yutub kanalında yayımladığı videoları ilə böyük maraq oyadan, eyni zamanda cəmiyyətin diqqətini narkomaniya kimi bir bəlaya yönəldən yutuber Nail Kəmərli gənclərin bu tələyə necə salınmasından söz açıb.
Publika.az-ın qonağı olan Nail Kəmərli gəncləri ayıq-sayıq olmağa çağırıb. Müharibə iştirakçılarından da müsahibələr alıb vətən sevgisini təbliğ edən yutuber müsahiblərdən bəzilərinin hadisələri şişirtdiyini, lakin bundan sonradan xəbər tutduğunu dilə gətirib.
Yutub sevir ki, sənin öz məhsulun və bir istiqamətin olsun. Qarmaqarışıq olanda yutub bilmir ki, bunu kimə önərsin.
İlk videom 53 il həbsxana həyatı yaşamış Abdulla babam haqqında olub. Babam hələ müharibədən əvvəl ermənilərə qan uddurub.
Bariqalar ermənilərdir, narkomaniyadan ayrıla bilməyən narkomanlar isə erməniyə uduzanlardır. Bu da bir müharibədir, gənclərimizi silahsız qırırlar.
Narkomanların 80-85 faizi çox saf və təmiz insanlar olub. Özlərinə arxayın olublar ki, bir-iki istifadədən sonra onu tərgidəcəklər, amma elə olmur. Gözüaçıq insan narkotikə qurşanmır. Narkomaniya ilə mübarizə aparmalıyıq ki, bütün gənclərin gözü açılsın, fəsadlarını bilsinlər.
Yasamalda yaşayıram, ora elə bir yerdir ki, narkotik istifadə edənlərin günü-gündən çoxaldığını görürəm.
Narkomanların nə telefonu, nə də qohum-əqrəbası olur. Saatlarla qapılarında gözləyirəm ki, gəlsinlər və gedim onları çəkim. Uzun müddət söhbət aparandan sonra müsahibəyə razı sala bilirəm.
Narkomanların böyük əksəriyyəti pul əldə etmək üçün yalan danışırlar. Sağalanların çoxunun səmimiyyətinə tam inanmıram.
Kaş bizim ölkəmizdə də Belarusdakı kimi reabilitasiya mərkəzləri olardı.
Müsahibələrimdə müharibə iştirakçılarından bəzilərinin yalan danışdığını döyüş yoldaşları və komandirləri bilir. Video yayımlandıqdan sonra mənimlə əlaqə saxlayırlar və bildirirlər ki, filankəs yalan deyir. Onlarla adam yığanda bilirəm ki, hadisələri şişirdərək danışıblar.
Aytən Məftun
Video: Röyal Adıgözəlov
Montaj: Ramazan Vəliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
