Xüsusi
Türkiyə Əfqanıstana girəcəkmi? - Ağar DETALLARI AÇDI
“Əfqanıstanda baş verənləri və məcburi köçkün, qaçqın problemlərini yerindəcə həll etmək lazımdır. Hər şey Talibanın hərəkətlərinə hansı formada təsir etməkdən asılıdır. Çünki zaman sürətlə axır. Bu isə güclü konsentrasiya və ciddi səy tələb edir”.
Bunu Publika.az-a açıqlamasında Əfqanıstanda baş verən hadisələrdən və proseslərə Türkiyənin müdaxilə imkanlarından danışarkən terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert bildirib ki, ən pisi odur ki, Əfqanıstandan qaçqın və köçkün axını Türkiyənin siyasi təsir dairəsinin kənarında baş verir:
“Hazırda Ankaranın hadisələrə müdaxilə etməmək riski çox yüksəkdir. Fikrimcə, problem elə Əfqanıstan ərazisində həll edilməlidir. Ən böyük risk də proseslərə müdaxilə edə bilməməyimizdir. Çünki Əfqanıstan İraq və Suriya kimi sərhəd qonşumuz deyil. Təhlükəsiz bölgə qurmaq imkanları da məhduddur. Əgər milyonlarla insan Əfqanıstandan Türkiyəyə axın etsə, o zaman Ankara heç nə edə bilməyəcək. Əli-qolu bağlı qalacaq”.
Abdullah Ağarın fikrincə, elə ona görə də Əfqanıstan öz sabitliyinə özü gün ağlamalıdır:
“Bir sözlə Kabil bunu problemə qarışan qüvvələr, beynəlxalq güclər və digərləri ilə həll etməyə çalışmalıdır. İşin içərisində qəribə bir durum da var; belə ki, daha əvvəllər Əfqanıstandan İŞİD və Talibanın basqılarından qaçaraq gələnlər şiələr idi. Amma budəfəki qaçqınların çoxu türksoylular və sünnilərdir. Üstəlik, Əfqanıstanın öz problemini öz sərhədində həll etmək üçün yetərincə gücü və resursları yoxdur. Son üç ildə Türkiyəyə 372 mindən çox əfqan gəlib. Bu da beynəlxalq statistikaya əsaslanan rəqəmlərdir. Deməli, son 3 ildə Suriydan daha çox Əfqanıstandan qaçqın qəbul etmişik”.
Ekspert xatırladıb ki, son bir həftədə isə Əfqanıstanı 30 min əfqan tərk edib:
“Təbii ki, Talibanın son addımlarından sonra qaçqın sayı da artıb. Problemi yerində həll etmək üçün Ankara elə durduğu yerdən addım atmalıdır. Bunun üçün orada olmaq lazım deyil. Çünki əks halda nəzarət edilə bilməyən bir köç dalğası ilə üz-üzə qala bilərik. İran da bu istiqamətdə çox hiyləgər bir mövqe tutub və miqrantlar üçün Türkiyəyə doğru “yol, dəhliz” açır”.
Tural Turan
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam































.jpg)

