Yaşlanmanı ləngidən ƏN EFFEKTLİ ÜSUL: kök hüceyrə müalicəsi - Məşhur türk professor SİRLƏRİ AÇDI
Bizi izləyin

Xüsusi

Yaşlanmanı ləngidən ƏN EFFEKTLİ ÜSUL: kök hüceyrə müalicəsi - Məşhur türk professor SİRLƏRİ AÇDI

İlk müsahibəmizdə kök hüceyrələrin necə və hansı şəraitdə hazırlanması barədə məlumat verən professor, rekonstrik, estetik və plastik cərrah Gürsel Turqut kök hüceyrələrin yaşlanmanı ləngidən və dayandıran ən effektiv üsul olduğunu bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Publika.az-a müsahibəsində həkim deyib ki, kök hüceyrə diz ağrıları, diabetik pəncə və otoimmun xəstəliklərdə müsbət nəticələr göstərir.

Məlumat üçün bildirək ki, 23-25 avqust tarixlərində Türkiyədən dəvət olunmuş Estetik, Plastik və Rekonstruktiv Cərrah , kök hüceyrəsi transplantasiyası üzrə mütəxəssis, Genkord – kök hüceyrə bankının sahibi və Tibbi Direktoru Prof. Dr. Gürsel Turqut “Leyla Medical Center”-də xəstələri qəbul edəcək və kök hüceyrəsi transplantasiyası əməliyyatını həyata keçirəcək.

- Gürsel doktor, ilk müsahibəmizdə kök hüceyrə haqqında geniş məlumat verdiniz. Bu dəfə kök hüceyrənin hansı xəstəliklərin müalicəsində istifadə olunmasından danışmağınızı istərdim.

- İnsan bədənindəki bütün quruluşların mənşəyini meydana gətirən özünü yeniləyən kök hüceyrələr bir çox xəstəliyin müalicəsində istifadə olunur. Xəstənin zədələnmiş yaralarını və orqanlarını bərpa etmək üçün istifadə edilən bir müalicə üsuludur. Kök hüceyrə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Öncəki müsahibəmizdə dediyimiz kimi, kök hüceyrə bəlli yerlərdən - uşaq kordon toxumasından, yağlardan, sümük iliyindən alınaraq hazırlanır. Bu hüceyrələr GMP laboratoriyalarında qapalı sistemlərdən keçərək əldə edilir. Bunun xaricində əldə edilən hüceyrələr kök hüceyrələri deyil.
Kordon qanından əldə edilən kök hüceyrə müalicəsi əsasən talassemiya xəstələrində tətbiq edilir. Eyni zamanda kovid, revmatizm, autoimmun, parkinson, sümük iliyi kimi xəstəliklərdə, diz içi oynaq və əzələ yaralanmalarında kök hüceyrələr geniş şəkildə istifadə edilməkdədir.

- Diabet xəstəliyinin müalicəsində kök hüceyrələrin rolu haqqında nə deyə bilərsiniz?

- Diabet bu gün dünya səhiyyəsini narahat edən əsas xəstəliklərdən biridir. Diabet bir metabolik pozğunluğu xəstəliyidir. Metabolik xəstəliklə bağlı olaraq bədəndə xüsusilə damarlar, beyin, böyrək və ayaqlar təsirlənir. Şəkər xəstəliyi ortaya çıxdığı zaman ilk gördüyü iş damarları tıxamaqdır. Bu xəstəliyin müalicəsində iki üsul tətbiq olunur. Birincisi, mədəaltı vəzdə hüceyrə zədələnməsini azaltmaq, mümkün qədər hüceyrələri qorumaq və daha çox insulin ifraz etməsinin təmin etməkdir. Beləcə, damar tıxanması ilə əlaqəli qanda şəkərin səviyyəsinin oynamasının qarşısı alınır.

Bu gün yara müalicəsi üçün hüceyrə terapiyası yeni və ən təsirli bir üsuldur. Yara müalicəsində əməliyyat bölgəsinə tətbiq olunan regenerativ hüceyrələr sayəsində diabetik ayaq yaralarını müalicə etmək mümkündür. Hüceyrəvi terapiyanın xroniki və ya kəskin yaralarda, eləcə də diabetik yara müalicəsində istifadə olunması onun ciddi bir potensiala sahib olduğunu göstərir.

Ən çox istifadə edilən müalicə insanın göbək nahiyəsindən alınan yağ toxumasından ayrılan kök hüceyrələridir. Buna əlavə olaraq, xəstənin sümük iliyindən alınan kök hüceyrələr və yeni doğulmuş körpənin göbək kordonundan alınan kök hüceyrələr də bu məqsədlə istifadə olunur. Bütün bu müalicənin əsas məqsədi kök hüceyrələrin yeni damar əmələ gətirmə qabiliyyətinin və bəzi molekullarla zədələnmiş toxumaları bərpa etmə qabiliyyətindən istifadə etməkdir. Bu üsullar yalnız diabetik ayaq zədələnmələrində deyil, həm də ayaqları bəsləyən damarların zədələndiyi bir çox xəstəliklərdə, hətta xroniki yataq xəstələrində tez -tez müşahidə edilən yaralarda çox yaxşı nəticələr verir.

- Autoimmun xəstəliklərdə kök hüceyrə müalicəsi necə həyata keçirilir?

- Hematopoetik kök hüceyrə transplantasiyası bəzi hematoloji xəstəliklərin və solid şişlərin müalicəsində geniş istifadə edilən bir müalicə üsuludur. Son illərdə ağır autoimmün xəstəliyi olan bəzi seçilmiş xəstələrə hematopoetik kök hüceyrə transplantasiyası həyata keçirilir. Bu müalicə üsulu orqanı zədələnmədən, ağır autoimmün xəstəliyi olan xəstələrdə təsirli bir müalicə variantı ola bilər.
Kök hüceyrə terapiyası ilə autoimmun xəstəliklərin də gedişatını yavaşlatmaq, geriləmək və ya tamamilə dayandırmaq olar. Müalicənin müvəffəqiyyət dərəcəsi xəstənin yaşı, xəstəliyin müddəti və xəstənin vəziyyəti ilə mütənasibdir. Autoimmün xəstəliklərin kök hüceyrələri ilə müalicəsi dünya alimlərinin üzərində çalışdığı yeni bir üsul olaraq qəbul edilir. Veriləcək hüceyrələrin sayı xəstənin yaşı və çəkisi ilə müəyyən edilir. Xəstənin öz yağ toxumasından və ya sümük iliyindən əldə edilir. Hansı müalicənin tətbiq ediləcəyi xəstənin vəziyyətinə görə təyin olunur.

- Hər xəstəliyin müalicə kursu fərqlidir?

- Bəli, ən uzun müalicə kursu diabetdədir, hər birinin protokolları fərqlidir. Əgər bədəndə olan bütün xəstəlikləri müalicə etmək lazım gəlirsə, bu halda hər kq çəkiyə 1-5 milyon arası kök hüceyrə və ən az 3 seans müalicə lazım gəlir. Bundan aşağı istifadə edilən kök hüceyrələr yetərsizdir.
Məsələn, antibiotik və başqa dərmanlar qəbul edirsinizsə, gündə minimum 2 qram istifadə etməlisiniz. Bunu 3-ə, 4-ə və 5-ə qədər çıxarda bilərsiniz. Lakin 500 mg (0,5 qram) almaqla xəstəliyin müalicə olunmasını gözləyə bilməzsiniz. Əksinə mikrob o antibiotiki tanıyır. Yenidən onu qəbul etdiyiniz zaman heç bir effekt verməyəcək. Odur ki, kök hüceyrə də doğru hüceyrə tipləri, doğru dozada, miqdarda istifadə edilməlidir. Müalicə 3 ay və ya 3 həftə fasilələrlə 3 dəfə təkrarlanmalıdır.

- Həkim, hansı problemlərin müalicəsində kök hüceyrələr daha effektiv nəticələr göstərir?

- Əsasən diabetik yaralarda. Amma hər xəstəni vəziyyətinə görə dəyərləndirmək lazımdır. 30 ildir ciddi bir xəstəliyi olan insana kök hüceyrə köçürüb və effektiv nəticə gözləmək çox utopik yanaşmadır. Nə qədər erkən dönəmdə müdaxilə etsəniz, bir o qədər böyük uğur əldə edərsiniz.

- Dizdə yaranan problemlərin aradan qaldırılmasında kök hüceyrə necə tətbiq edilir?

- Günümüzdə ən böyük problemlərdən biri də diz artritidir. Diz oynaqları insan bədəninin ən hərəkətli və yük daşıyan hissələridir. Gündəlik həyatımızda, pilləkənlərlə yuxarı qalxmaq, oturmaq, gəzmək və qaçmaq, əyilmək kimi vəziyyətlərdə yükü artırır və bu da oynağın zədələnməsinə səbəb olur. Yaş irəlilədikcə kalsifikasiya ilə oynaqların yağlanması, qığırdaq istehsalı azalır və sümük quruluşunun pozulması diz oynaqlarında ağrı və hərəkətin məhdudlaşmasına səbəb olur. Diz ağrısı erkən dövrdə asanlıqla müalicə edilə bilər. Kök hüceyrənin istifadə edildiyi sahələrdən biri də diz oynaqları ilə bağlıdır. Diz oynaqlarına kök hüceyrə inyeksiya edirik. Hər diz oynağına bəlli miqdarda kök hüceyrə ayrılır.
Amma unutmayın ki, dizə edilən PRP müalicəsi kök hüceyrə deyil. PRP başqa bir metoddur. Kök hüceyrələr yağlardan alınır, 4-6 həftə qapalı sistemlərdən keçirilir və sonda çoxaldılır. PRP isə insanın öz qanının plazmasından sadəcə trombositlərin ayrılması deməkdir. Buna kök hüceyrə müalicəsi deyə bilmərik.

- Kök hüceyrənin cavanlaşdırıcı və ya yaşlanmanı ləngitmə özəlliyi varmı?

- Bəli, bunun üçün hər kəsə özəl müalicə üsulları yazılır. Fərdi müalicə üsullarında kök hüceyrənin rolu və təsir gücü böyükdür. Yaşlanma prosesini ləngitmək üçün inyeksiya yolu ilə köçürülən kök hüceyrələr bədəndə zədələnən yerləri bərpa edir. Stress altındasınızsa və ya depressiyyadasınızsa, hüceyrələr öz funksiyasını yaxşı yerinə yetirə bilməyəcək. Kök hüceyrələr yaraların göndərdiyi siqnallara əsasən zədələnmiş yerə çatır və oranı sağaldır.
Hər bir insanın bioloji saatı 125-dir. İnsanın ölümünü sürətləndirən ən önəmli faktorlardan biri də xərçəng xəstəliyidir. Xərçəng bədəndə yarandıqdan 8 ay sonra təsbit edilir. Xərçəng hüceyrələrinin yayıldığı bölgə uzun müddət bərpa olunmadan qalarsa, oradakı hüceyrələr “müstəqilliyini elan edir”. Bundan sonra bu hüceyrələr sürətlə çoxalmağa və bədənə yayılmağa başlayır. Odur ki, önləyici məqsədlə kök hüceyrələr klinik olaraq ortaya çıxmamış xərçəngin qarşısının alınmasında da təsirli ola bilər. Beləliklə yaşlanma prosesini ləngidir və yaşam müddətini uzatmaq mümkün olur. Odur ki, anti-aging məqsədilə kök hüceyrə müalicəsi dünyada ən populyar və ən yeni müalicələrdən biridir.

- Kök hüceyrənin bir çox xəstəliklərdə istifadə edildiyi barədə ətraflı məlumat verdiniz. Bəs kök hüceyrə müalicəsinin effektinin uzun müddət qalması üçün nə etməliyik?

- Hər bir xəstəni durumuna görə qiymətləndirməliyik. Məsələn, diabet kimi metobolik bir xəstəlikdə bir dəfə kök hüceyrə müalicəni kursunu həyata keçirməklə iş bitmir. Bu xəstələrə müəyyən fasilələrlə kök hüceyrə müalicəsini davam etdirmək və təkrarlamaq lazımdır. Bəzi xəstələrə ömür boyu kök hüceyrə köçürmək laızm gələ bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm