Xüsusi
Xaricdə böyük uğur qazanan soydaşımız: Məqsədim insanların həyatını dəyişməkdir
Həmvətənimiz Adam Seymurun elmi araşdırması dünyanın nüfuzlu “International journal of Technology Management” dərgisində nəşr olunub.
Fransada yaşayan gənc alim həm elmi araşdırması, həm də fəaliyyəti ilə bağlı Publika.az-a danışıb.
- Hazırda Fransanın İCN Biznes Məktəbinin doktorantıyam. Elmi karyerama Bostonda informatika və səhiyyə sahəsi üzrə magistratura təhsili alanda başladım. Məni bu yolda ilhamlandıran isə müəllimim olub. Harvard Hospitalının informasiya texnologiyaları üzrə direktoru idi. Yəqin ki, müəllimimin dəstəyi olmasaydı, səhiyyə sahəsində təhsilimi uğurla davam etdirə bilməzdim.
- Elmi araşdırmanızı yazmağa ruhlandıran əsas məqam nə oldu?
- Hesab edirəm ki, bu gün istənilən sahədə yanaşma, texnika kasadlığı yaşanır. Halbuki potensialdan kifayət qədər istifadə edib, maksimal nəticə əldə edə bilərik. Bu, həmçinin dünya tibbinin inkişafına töhfədir. Əsas istəyim, məqsədim insanların həyatını müsbətə doğru dəyişmək, xidmətin keyfiyyətini yaxşılaşdırmaqdır. Məhz bu səbəbdən təhsilimi tamamladıqdan sonra Fransaya köçdüm. 2017-ci ildə Avstriyanın İnnsbruk şəhərində innovasiyalara həsr olunmuş konfransda iştirak etdim. Ümumiyyətlə, beynəlxalq konfransları xüsusilə sevirəm. Çünki bu tədbirlərdə sizinlə eyni düşüncədə olub, oxşar istiqamətdə fəaliyyət göstərən onlarla həmkarınızla tanış olmaq şansı əldə edirsiniz. Hər çıxışçının nəzəriyyəsi yeni ideyalara yelkən aça bilər. Elə “Makerspace” ideyamın bünövrəsi də növbəti konfransların birində qoyuldu. Bu təhsil mühiti bacarıqlarını və layihələrini öz aralarında bölüşüb, fikir mübadiləsi aparmaq üçün əvəzsizdir. Bugünədək əsasən yaşlı təbəqənin nəyi necə etməyi öyrətmək həvəsi ilə deyil, gənclərin cəmiyyətin taleyini dəyişmək yolunda layihələri, yenilikləri layihənin ideya etikasıdır. Xüsusi vurğulamaq istədiyim bir məqam da var. Düşünürəm ki, 21-ci əsrdə təcrübi təhsil elmə daha böyük töfhə verə bilər. Tələbələr uzun müddətə qazanacaqları biliyə daha tez sahiblənirlər.

"Makerspace" konsepsiyasına dərindən təzahür etdikcə bu anlayışın səhiyyədə necə istifadə olunacağı haqda düşünməyə başladım və bu mövzunu kifayət qədər araşdırıdım. Tibb bacılarının gündəlik təhlükəsizliyin, rahatlığın və xidmətin səmərəliliyini artırmaq üçün ərsəyə gətirdikləri mühit üzərində tədqiqatlara rast gəldim.
- Hansı nəticəni əldə etdiniz?
- Növbəti il Nansi şəhərində daha bir konfransda iştirak etdim və orada Lorren Universitetində cərrahiyə əsaslı simulyasiya təlim mərkəzinin qurucusu ilə tanış oldum. O, mənə səhiyyə sahəsində aviasiya biliklərindən istifadə edərək robotlaşdırılmış cərrahiyəni təkmilləşdirdikləri haqda geniş məlumat verdi. Bu yanaşma marağımı cəlb etdi. Elə həmin məqamda məndə belə bir hipotiz yarandı ki, "makerspace" konsepsiyası, robotik cərrahiyə və aviasiya mühitini sintez etmək mümkündür.
Sahə araşdırması aparıb, robot cərrahiyyə seanslarını sənədləşdirdikdən və cərrahlarla görüşdükdən sonra, "makerspace" anlayışının robotların cərrahi simulyasiyasını öyrətməyə necə töhfə verə biləcəyini bilmək üçün kodlaşdırma prosesinə başladım. Bir il öncə tədqiqatımı araşdırma jurnalına təqdim etdim. Bu il məqaləm nəhayət “International journal of Technology Management” jurnalında dərc olundu. Düşünürəm ki, bu Azərbaycan elmi üçün böyük uğurdur. Bundan əlavə yeni kitabım da işıq üzü gözüb. Onun haqda da yaxın zamanlarda məlumat verəcəm.
Leyla Sarabi
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı






















.jpg)











.jpg)

.jpg)