Xüsusi
Fransada Azərbaycan həqiqətlərinin carçısı olan QAZİ OĞLU: Heç kim mənimlə gəlmədi ki...
44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində döyüşən fəal gənclərimizdən biri də Fransada yaşayıb Lion Lumiere Universitetində təhsil alan İsgəndər Əskərovdur.
Publika.az-ın həmsöhbəti İsgəndər Əskərovdur.
- İsgəndər, uzun müdətdir ki, Fransada təhsil alırsınız. Həmçinin Fransadakı diasporumuzun fəal üzvüsünüz…
- Ümumiyyətlə, uşaqlıqdan Fransaya qarşı xüsusi münasibət bəsləmişəm. 2015-ci ildə Azərbaycan Dillər Universitetinin fransız dili və tərcümə ixtisasını bitirdikdən sonra Fransanın Lion şəhərində təhsilimi davam etdirməyə yollandım. Hazırda turizm sahəsi üzrə təhsil alıram. Lakin 44 günlük Vətən müharibəsi dövründə bir reallığın şahidi oldum. Tarixə olan sevgim və müharibənin gedişatı gələcəyimlə bağlı planlarımı kökündən dəyişdi. Beynəlxalq münasibətlər, diplomatiya siyasət üzrə təhsilimi davam etdirməyə qərar verdim. Buna bir səbəb də xaricdə yaşayan həmvətənlərimiz arasında kadrların azlığı oldu. Bu yolda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fəaliyyətindən ilhamlandım. Siyasi diplomatiya sahəsində təhsil almağım üçün mənə stimul verdi.

- Parisdə bir neçə dəfə tək başına aksiyalar keçirmisiniz. Bu cəsur addımınız haqqında danışmağınızı istərdim.
- Diaspor nümayəndələri olaraq əlimizdən gələn və gəlməyən hər şeyi etməyə çalışdıq. Parisdə iki fərdi aksiya keçirmişəm. Birinci aksiya Eyfel qülləsinin önündə baş tutub. Bildiyiniz kimi, Fransa ermənilərin sıx yaşadığı ölkədir. Xüsusən də Parisin mərkəzində, Eyfel qülləsinin qarşısında plakat açıb, Azərbaycan həqiqətlərini təbliğ etmək riskli addım idi. Nəinki mənimlə birgə aksiya keçirmək, hətta fotolarımı çəkmək üçün heç kim getmək istəmədi. Çətinliklə də olsa, aksiya baş tutdu. Yoldan ötən fransızlara Azərbaycan və Qarabağ haqqında doğru məlumat verdim. Növbəti tək nəfərlik aksiyanı isə Fransa Parlamentinin qarşısında keçirdim. Doğrudur, mən çox xırda işlər görürəm. Amma hələ ki, əlimdən bu gəlir. Hazırda Fransa və Kanadanın bir sıra nüfuzlu təhsil ocaqlarında təhsil almaq üçün imtahanlardan uğurla keçmişəm. Sadəcə maddi vəsaitim kifayət etmir. Amma ümidimi itirmirəm. Fransada təhsilimi beynəlxalq diplomatiya peşəsi üzrə davam etdirmək istədiyim universitetin məzunları ölkənin siyasi taleyində söz sahibidirlər, tanınmış şəxslərdir.

- Qazi övladınız.
- Bəli. Atam birinci Qarabağ müharibəsi başlayandan bitənə qədər döyüşüb. Vətənpərvər ailədə böyüdüyüm üçün çox xoşbəxtəm. Sevinirəm ki, bir zamanlar atamın uğrunda döyüşdüyü torpaqlarda artıq qürurla gəzə biləcəm. Həm təhsilim, həm də fəaliyyətimlə Azərbaycan naminə hər zaman vicdanla çalışacam.
Leyla Sarabi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!












.jpg)


.jpg)



.jpg)

















