Xüsusi
Metyu Brayzanın xanımı: Peyvənd vurdurmaqdan imtina edən şəxslər...
Hazırkı durum Amerika azadlığı deyib ümidlə gələcəyə baxan insanları ikiqat kədərləndirir.
Bu sözləri Publika.az-a Türkiyənin məşhur araşdırmaçı alimi, eləcə də amerikalı diplomat, bir neçə il öncə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran müsahibəsində bildirib.
- Zeyno xanım, qardaş Türkiyədə baş vermiş yanğın hamımızı çox üzdü. Məhv olan ağacların təsviri, son nəfəsdə oxuyan quşların çarəsizliyi yaddaşımıza yazıldı.
- Öncə azərbaycanlı qardaş və bacılarımıza yanğın müddətində dəstək olduqları üçün ürəkdən təşəkkür edirəm. Sizin dəstəyinizi bilmək ən çətin anımızda yaramıza məlhəm oldu. Həm sel, həm yanğın insanlarımızı mənən məhv etdi. Bildiyiniz kimi həyat koçu kimi fəaliyyət göstərirəm. Birgə çalışdığım insanlarla ünsiyyət zamanı hamı bir sözü deyirdi: “Sanki yanğın içimizdədir, ürəyimiz göynəyir”.
Bəzilərində hətta nəfəs darlığı problemi yaşandı. Ağaclar, quşlar yanıb məhv olduqca, sanki biz də dəfələrlə ölüb, dirildik. Bu faciəni dayandırmaq üçün əlimizdən heç nə gəlmirdi, amma, bir yandan da müsbət tərəfləri görməyə başladıq. İnsanlar həmrəy oldular, sanki bir ailəyə çevrildik. Maddi vəsaiti hesabına helikopter kirayə götürüb, əhalini təhlükəsiz bölgələrə çatdıranlar, əlindən heç nə gəlməsə də, yanğına su töküb, təbiətə yardım edənlər həqiqətən birliyimizin örnəyi idi.
Mən həm də amerikalıyam. Odur ki, orada baş verən iqlim dəyişikliyi, yanğınlara da çox üzülürəm. Bu hal hər il artan şəkildə davam edir. Doğrudur, yanğın sönəndə sevinirik, amma növbəti il daha ağır faciə baş verir. Buna çarə tapmaq məcburiyyətindəyik. Yetərincə tədbirli deyilik. Məsələyə iki tabloda baxmalıyıq. Böyük tabloda təbiət qarşısında acizlik, kiçik tabloda isə əlimizdən gələni etməliyik və edirik.
- Bir yandan pandemiya, həm də baş verən sellər, yanğınlar sübut etdi ki, hələ də dünya elmi kifayət qədər mükəmməlləşməyib. Hər gün ölüm xəbərləri, təbii fəlakətlər insanların psixoloji durumuna da mənfi təsir edir. Bu durumda nə etməliyik? Ruhumuzu necə sağaltmalıyıq?
- Pandemiya bizə çox şey öyrətdi. Azadlğımızdan, rahatlığımızdan da vacib cəmiyyət qarşısında məsuliyyətimizdir. Bəziləri koronavirusa yoluxub, xəstəliyi simptomsuz keçirdiyi üçün özünü evə təcrid etmir, ətrafdakıları da yoluxdurur. Bəli maskadan istifadə, peyvənd olunma şəxsi qərarımızdır. Amma bu qərar ətrafımızdakı insanların sağlamlığını, ən pis halda canını alırsa, günahkarıq. Bir sıra xroniki xəstəliyi olan insanlar var ki, onlara vaksin qadağandır. Belə həssas məqamları nəzərə almaq məcburiyyətindəyik. Haqqım, azadığım və məsuliyyətim bir-birini tamamlamırsa, dəstəkləmirsə, yanğını daha çox alovlandırıram. Bir gəminin içərisindəyik. Hamımızın öhdəlikləri var. Birimizin etdiyindən digərimiz zərər görə bilərik. Odur ki, qlobal düşünməliyik. Böyük tablonu unutmadan, kiçik tabloda vəzifəmizi yerinə yetirməyə davam etməliyik. Eqoist olmayaq, plastik qablardan, sudan itifadənin miqdarını azaltmalıyıq.
- İncə məqama toxundunuz. Demək azad olmaq tək özünün deyil, digərlərinin də taleyini düşünməkdir. Etinasız insan azad ruha sahib ola bilməz.
- Əlbəttə. Xüsusən də hazırda hadisələr çox qarışıb. Əfqanıstanda baş verənlər, pandemiya şəraiti hamımıza təsir edir. Amerika kimi nəhəng dövlətdə insanlar iki qütbə ayrılıb, ümidsizliyə qapılıb. Bir-birini günahlandırır. Artıq Florida və Texasda insanlar qapalı məkanlarda maska taxmaqdan imtina ediblər. Bu da ərtafa mənfi təsir deməkdir və gərginlik yaradır. Şəxsi gigienaya riayət etməyən insanların, peyvənd olunmaq istəməyən səhiyyə işçilərinin yaşadığı nəhəng ölkədə yaranan fikir ayrılığı münaqişələrə səbəb olur. Bu durum Amerika azadlığı deyib ümidlə gələcəyə baxan insanları ikiqat kədərləndirir.
- Bu qolbal ümdisizliyin içərisində işıq gələn səmti necə tapmalıyıq?
- Bütün bu acılarla paralel olaraq həyatımızda balaca da olsa mübət, təşəkkür edəcəyimiz hadisələr baş verir. Onların fərqinə varıb, minnət duyğusu hiss edə bilərik. Səhər oyanmısınız, sağlamsınız, dostunuzla xoş vaxt keçirmisiniz, işinizdə gözəl hadisə baş verib. İnancınız nədirsə - Allah, Tanrı, Enerji, Kainatla gözəl ünsiyyət qurun. Ən acı hadisələrdə müsbət məqamları da görməyə çalışın. Hazırda var olduğunuz məqam, zaman üçün təşəkkür halına köklənin. Türkiyədə, elə məncə, Azərbaycanda da kədərli musiqlər dinləmək, özünü dərin duyğularda boğmaq adəti var. Enerjinizi yüksəldən, əhvalınıza müsbət təsir edən əyləncəli musiqilər dinləməyə başlayın. Mənim də siyahımda belə mahnılar var. Gözəl şeylərin fərqinə varıb, ruhumuzu bəsləməliyik. Güllər əkib, onları böyüdə bilərsiniz, idmanla, yürüşlə məşğul ola bilərsiniz. Ümid edirəm, oxucularımıza faydamız toxunacaq. Azərbaycana çoxlu sevgilər göndərirəm.
Leyla Sarabi
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər