Xüsusi
Araz Musayev SİRLƏRİ AÇDI: Mənə pul təklif etdilər ki, erməni ilə... - VİDEO
Budəfəki “Cümə söhbəti”ndəki həmsöhbətimiz kikboks üzrə dünya, 3 qat Avropa çempionu, Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenantı Araz Musayevdir.
Kikboks üzrə 9 qat dünya çempionu PUBLİKA TV-yə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərindən, erməni diaspor nümayəndələrinin dünyaca məşhur kanalının yayımını Araz Musayevə görə dayandırmasından danışıb.
Doqquzqat dünya, üçqat Avropa çempionu Araz Musayevin PUBLİKA TV-yə müsahibəsini təqdim edirik:
- Türkiyədə baş verən yanğınlar və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin qardaş ölkədə göstərdikləri fədakarlıqlar bir daha Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi idi. Türkiyə 44 günlük Vətən Müharibəsində də Azərbaycanın yanında idi. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə qardaşlığının dünyada anoloqu yoxdur. Mən də yanğınların ikinci günündən son gününə qədər Türkiyədəki yanğınların söndürülməsində iştirak etdim.
-Bir çox ölkələrdə yanğınsöndürənlər birinci, ikinci dərəcəli xüsusi peşəkarlığa malik döyüşçülər kimi qəbul olunurlar. Mən həmişə demişəm ki, yanğınsöndürənlər də bir döyüşçüdürlər. Mən bir idmançı kimi deyə bilərəm ki, yanğınsöndürənlərin normativləri peşəkar idmançıların normativlərindən də yüksəkdir. Söhbət döyüşçü yanğınsöndürənlərdən gedir.
- Mən Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə görüşmüşəm. Hətta cənab prezidentin mənə 2007-2008-ci illərdə bağışladığı evləri satıb Azərbaycan-Türkiyə qardaşlığı naminə, birliyimizin davamlı olması üçün eləcə də, cümhuriyyətimizin yüz illiyi ilə əlaqədar olaraq qurbanlar kəsmişdim.
- Mən həmişə Türkiyəyə bağlı bir insan olmuşam. Biz türkük. Mənim atam da türk tarixi üzrə araşdırmaçı alimdir. Bu bağlılıq bir türk olaraq bizim içimizdən gəlir. Azərbaycan və Türkiyənin birliyi, bərabərliyi təkcə bu günün məsələsi deyil, biz həmişə, tarix boyu bir olmuşuq.
- 9 dəfə dünya çempionu olmuşam. Ən azından 5-6 dəfə ermənilərlə yarımfinalda, finalda qarşılaşmışam. Məni ermənilərin qənimi kimi tanıyırdılar. Həmişə onları nakautla məğıub etmişəm. Hətta bir dəfə ermənilərlə döyüşə çıxmayım deyə mənə pul da təklif etdilər. Amma mən çıxdım və ilk raunddaca rəqibimi yerə sərdim. Hətta dünyaca məşhur “Eurosport” telekanalının yayımını dayandırdılar ki, ermənilər öz idmançılarının rüsvayçı məğlubiyyətlərini görüb pis olmasınlar.
Tural Turan,
Video: Röyal Adıgözəlov,
Foto: Pərviz Həşimi,
Montaj: Ramazan Vəliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
