Xüsusi
"Bayraktar"ların hazırlandığı zavodda oldum və... - Araz Musayevlə CÜMƏ SÖHBƏTİ
Türkiyə Cümhuriyyətinin elan olunmasından 98 il ötür. Eyni zamanda bu həftə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan limana eniş edən ilk xarici ölkə başçısı kimi tarixə düşdü. Türkiyə lideri ilə ölkə başçısı İlham Əliyev Qarabağın hava qapısı sayılan Füzulidən bütün dünyaya mesajlar verdilər.
Həftənin digər əsas məqamlarından biri də 44 günlük Vətən müharibəsində önəmli rol oynayan "Bayraktar" PUA-larının yaradıcısı, Selçuk Bayraktarın atası Özdemir Bayraktarın dünyasını dəyişməsi oldu.
Azərbaycanın və türk dünyası idmanının fəxri simalarından olan 9 qat dünya və 3 qat Avropa çempionu, Əməkdar və Beynəlxalq dərəcəli idman ustası Araz Musayevlə həftənin gündəm mövzularını Publika TV-nin "Cümə söhbəti"ndə müzakirə etdik:
- İstanbulun Sarıyer bölgəsinə getdik. Özdemir Bayraktarın ata-babaları orada yaşayıb-yaradıblar.
- İstanbula çatanda hava limanında məni böyük bir izdiham qarşıladı. Türkiyə ictimaiyyətinin önəmli adamları, hətta millət vəkilləri də məni qarşılamağa gəlmişdilər.
- "Bayraktar"ların yığıldığı zavodda oldum. Orada üzümüzə gələn illərdə istehsal olunacaq PUA-ların hazırlanma prosesi ilə bağlı mənə məlumatlar verdilər. Mərhum Özdemir Bayraktarın iş otağına da baş çəkdim. Bayraktar bütün ömrünü orada keçirib, orada işləyib. Hətta əməliyyatdan çıxandan sonra da evinə yox, həmin iş otağına gələrək işinin başında olub. Bu barədə mənə onun böyük oğlu Haluk Bayraktar məlumat verdi.
- Bu gün Türkiyə dünyanın aparıcı, öndə gedən ölkələrindəndir.
- Avropanın arxasınca getməkdənsə, Türkiyə türk dünyasının önündə getməyi daha məqsədəuyğun hesab etdi.
- Biz tək deyilik, Türkiyə kimi qardaşımız var.
Artıq türk birliyi qurulub. Bu proses davam etməkdədir.
Araz Musayevin Publika TV-yə müsahibəsini təqdim edirik:
Tural Turan
Operator: Röyal Adıgözəlov
Montaj: Ramazan Vəliyev
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

