Xüsusi
44 günlük savaşda 1600 erməni hərbçisi bir anda necə yox edildi? - ŞOK DETALLAR
Video əlavə olunub.
xxx
10 noyabr bəyanatından 1 ildən artıq vaxt keçib. Bir neçə gün əvvəl Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü baş tutdu. Zəngəzur dəhlizinin, ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması ilə bağlı razılıq əldə olundu.
İndi hər kəsi düşündürən bir məsələ var. Post-müharibə dövrünün 1 ili arxada qaldı, bəs Zəngəzur dəhlizi nə zaman açılacaq?
Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində bu barədə danışıb.
- Qabil müəllim, Zəngəzur dəhlizi hansı tarixdə açıla bilər?
- Mənim zənnimcə, Zəngəzur dəhlizinin açılması gələn ilin ortalarına qədər reallaşdırıla bilər. Bu həftə 3 ölkənin – Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri kommunikasiyaların açılması ilə bağlı qərarlarını elan etməlidirlər. Düşünürəm ki, bu qərarlar elan edildikdən sonra əvvəlcə şose yolunun açılmasına başlanılacaq. Çünki bu barədə artıq bəzi məlumatlar da gəlməkdədir. Həmin məlumatlar göstərir ki, Rusiya bölgədə şose yolunun açılması üçün müəyyən addımlar atmağa başlayıb. Məsələn, yayılan məlumatlara görə, əraziyə inşaat materialları gətirilir. Yollarda yolüstü ölçmə, geodeziya ölçmə əməliyyatları aparılır.
- Bəs dəmir yolunun çəkilişi nə qədər vaxt ala bilər?
- Düşünürəm ki, elə bunun ardınca dəmir yolu xətlərinin çəkilişinə başlanılacaq. Dəmir yolu və şose yollarının əvvəlki – sovet dövründə tikilmiş marşrutlarının müəyyən mühəndis texniki əməliyyatları tamamilə dağıdılmayıb. Məsələn, yolların alt qatının möhkəmləndirmə işləri olduğu kimi qalır. Doğrudur, işğal dövründə və ötən 30 il ərzində ermənilər dəmir yolu xəttinin relslərini söküblər, ondan metallom kimi istifadə ediblər. Amma bütün bunlara baxmayaraq, dəmir yollarının şpalları onsuz da təzələnməli idi. Köhnə şpallar taxtadan, ağac materiallarından idi, indi isə onların hamısı beton məmulatlarından hazırlanan şpallarla əvəzlənəcək.
- Şose yolu ilə bağlı prosesə nə vaxt başlanıla bilər?
- Fikrimcə, şose yolunun hazırlanması ilə bağlı prosesə üzümüzə gələn həftələrdə start verilə bilər. Bu, başqa cür də ola bilməz. Əgər bu məsələ ilə bağlı qərar, razılıq varsa, onu gecikdirməyin mənası yoxdur. Üstəlik, bu proseslərin həyata keçirilməsində Ermənistanın baş naziri Nikol Paşinyanın özü də qərarlıdır. İndiyə qədər ona Ermənistan cəmiyyətindən dəhlizin açılması ilə bağlı böyük təzyiqlər var idi. Bu işlərin başında da “Qarabağ klanı” dayanırdı. Artıq Ermənistanda “Qarabağ klanı”nın hərtərəfli ifşası istiqamətində işlər aparılır. Onların Ermənistanı soyub-talamaları ilə bağlı araşdırmalar həyata keçirilir. Hətta bir erməni blogerin bununla bağlı mətbuata rus dilində verdiyi açıqlamalar adamı heyrətə gətirir. Onun dediyinə görə, erməni ordusundakı ən az 1600 əsgərin ölümü “Qarabağ klanı”nın birbaşa göstərişləri və avantürist hərəkətləri ucbatından baş verib. Bəzən də bunu qəsdən ediblər. Erməni bloger belə söyləyir. İndi Serj Sarkisyan ev dustaqlığındadır. Keçmiş prezident Robert Koçaryanın üzərindəki cinayət işi tədqiq edilir. Koçaryan xüsusi ağır – dövlətlə bağlı cinayətlərdə ittiham olunur. Yəni demək istəyirəm ki, hazırkı baş nazir Nikol Paşinyanın cəmiyyətdəki mövqeyi bir az da güclənib. O, artıq kadr islahatlarını aparmağa başlayıb. Hətta Moskva da ona bu məsələdə dəstək verir.
- Bəs bütün bunlar öz nəticələrini nə zaman göstərəcək?
- Bütün bunların fonunda hesab edirəm ki, regionda kommunikasiya xətlərinin açılması öz nəticələrini dərhal göstərəcək. Məsələn, Ermənistan 44 günlük müharibədən sonra milli gəlirlərin artmasını qeyri-izafi rəqəmlərlə göstərir. Amma kommunikasiya xətlərinin açılmasından sonra milli gəlirlərin artım sürəti yüksəldikcə erməni əhalisi Nikol Paşinyanın atdığı addımların nəticəsini görməyə başlayacaq. Mənə belə gəlir ki, bundan sonra demarkasiya və delimitasiya prosesi istiqamətində konkret addımlara start veriləcək. Bölgədə sülhyaratma prosesləri bəlkə də daha əngəlsiz və sürətli şəkildə gerçəkləşəcək. Mən bu istiqamətlərdə görüləcək işlərlə bağlı zaman məsələsini bir az uzaq vaxtla götürürəm. Hər halda bu kimi məsələlərə ehtiyatla yanaşmağın zəruri olduğunu bilirəm. Nə olursa olsun, gələn ilin ortalarına doğru hər iki xəttin – həm dəmir yolu, həm də şose yolunun açılacağı qənaətindəyəm. Hətta şose yolu gələn ilin mart ayına qədər açıla bilər. Dəmir yolu xəttinin açılmasının 1-2 ay gecikməsi mümkündür. Gec-tez həmin yolların istifadəyə veriləcəyini düşünürəm. Çünki ermənilər bilə-bilə, qəsdən bu prosesi yönləndirirdilər.
- Bu yönləndirmənin, gecikmənin səbəbi nə idi?
- Bilirsiniz, onların özləri də yaxşı başa düşürlər ki, bu xəttin çəkilməsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki onlar dünyaya açılırlar. Onlar Avropaya, Asiyaya dəmir yolu ilə çıxış imkanı qazanırlar. Rusiya da öz strateji maraqlarını həyata keçirmək üçün bu dəhlizin açılmasında çox maraqlıdır. Rusiya bu dəhliz vasitəsi ilə Yaxın Şərqə doğru genişlənməsini davam etdirəcək. Üstəlik, bölgədə Azərbaycanla, Ermənistanla onun iri ticarət əlaqələri mövcuddur. Hətta Rusiya indiki şəraitdə Gürcüstana da müəyyən mənada təsir göstərə bilir. Bölgədə yollar açıldıqdan sonra onun nəticələri Rusiyanın geostrateji planlarına kömək edəcək. Bu baş verdikcə düşünürəm ki, proseslər dönməz xarakter alacaq.
Tural Turan
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...