Xüsusi
Tanrını sevən insan qadına qarşı qəddar davranırsa... - Talha Ali Kuşvaha ilə MÜSAHİBƏ
"Tanrıya olan sevgisini iddia edən insan qadına qarşı qəddar davranırsa, onun səmimiyyəti yalandır".
Bu sözləri Publika.az-a müsahibəsində ötən günlərdə "Nizami İli" çərçivəsində təşkil olunan beynəlxalq forumun iştirakçısı Pakistan Milli Folklor və Mədəni İrs İnstitutunun icraçı direktoru Talha Ali Kuşvaha bildirib.
Nizami irsinin tədqiqatçısı ilə özəl müsahibəni təqdim edirik.
- Cənab Kuşvaha, Nizami ilə nə vaxt tanış olmusunuz? Ümumiyyətlə, bu tanışlığın yaşı olmalıdırmı?
- Pakistan xalqı poeziyanı çox sevir. İstər klassiklər olsun, istərsə də müasir şairləri oxuyuruq. Xüsusən də Nizami kimi dahinin irsini öyrənməmək çox böyük itkidir. Odur ki, tarix boyu onun əsərləri urdu dilinə mükəmməl şəkildə tərcümə olunub.
- Nizaminin əsərlərini uşaqlıqdan öyrənirsiniz?
- Səmimi etiraf edəcəm. Nizami, Rumi və bir çox dahilər var ki, onların əsərlərini erkən yaşda oxumaq doğru deyil. Necə ki, erkən dövrdə fiziki cəhətdən daha cılız və kövrək oluruq, eləcə də zehnimiz o sehri anlamaq üçün böyük yük altına girməlidir. Nizamini öyrənməyin öz yaşı var. Mən buna yetkinlik, müdriklik dövrü deyirəm. Çünki insan öncə dünyəvi, mənəvi eşqi tapmalıdır ki, ilahi sevgiyə də yüksəlsin.

- Bəs mənəvi eşqlə ilahi sevginin fərqi nədir?
- Düşünürəm ki, qadını sevməyi bacarmayan şəxs ilahi sevgiyə yüksələ bilməz. Tanrıya olan sevgisini iddia edən insan qadına qarşı qəddar davranırsa, onun səmimiyyəti yalandır. Ümumiyyətlə, sevgi təşəkkür deməkdir. İnsan sevgini dadmasa, mənəvi zənginliyə yüksələ bilməz. Bu da sufizmin açmasıdır.
- Özünüzü sufi sayırsınız?
- Bəli, mən bu dünyanın bir parçasıyam. Amma özümə sufi demək çox böyük məsuliyyətdir ki, üzərimə götürmək istəmirəm.
- Bir cümlə ilə sufizmi təsvir edə bilərsiniz?
- Sevginin, sülhün tərifini mürəkkəblə deyil, əməllərinlə yazmaqdır sufilik. Tələbələrimə də hər zaman bunu deyirəm. Nizami də eynən belə dəyərdir. Əsrlər öncə yaşayıb, amma bu gün də müxtəlif dinlərdən, dillərdən olan xalqları bir yerə toplamağı, sülhə dəvət etməyi bacarır.
Bilirsiniz, dövr çox dəyişib. Sanki həyat sosial şəbəkələrə köçüb. İnsanlar öz mənəvi dünyalarını yox, internetdəki həyatlarını zənginləşdirmək üçün çalışır. Ən gözəl fotolarını paylaşır. Bəs daxilimiz? Belə materialist düşüncə ilə dolub-daşan vaxtda "Nizami ili"nin qeyd olunması o qədər vacibdir ki, içimizə geri dönməyə bəhanəmiz yaranır.

- Ölkəmizə ilk dəfə gəlirsiniz?
- Azərbaycan bizim qardaş ölkəmizdir. Təəssüf ki, illər öncə bəzilərimiz Azərbaycanı Fransanın, Amerikanın təsvir etdiyi yöndə tanıyırdıq. Amma indi üçüncü tərəf olmadan ünsiyyətdə olub, qardaşlığımızı möhkəmləndiririk. Bəli, ölkənizə ilk səfərimdir. İnanın, ürəkdən deyirəm, çox qonaqpərvər xalqsınız. Dilinizdə sadəcə bir neçə kəlmə anlasam da, özümü evimdəki kimi hiss edirəm.
- Sizcə, dünya liderləri sülhün formulunu dərk etmək üçün Nizamini oxumalıdırlar?
- Məncə, həyatın mənasını, doğru yolun açarını axtaran hər kəs Nizamini oxumalıdır. Bəli, sevgi hekayələrini hamımız uydura bilərik, pafoslu cümlələr qurarıq. Amma bu hekayənin sonunda ətrafımız həm zövq alıb, həm də ruhən təmizlənmirsə, demək heç kimə fayda verməmişik. Nizamini bizdən fərqləndirən əsas üstünlük də budur. Dünyaya sevgi bəxş etmək.
Leyla Sarabi
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama



































.jpg)

