“Böyük qayıdış”ın yeni mərhələsi: Ağdam və Şuşa turu
Bizi izləyin

Xüsusi

“Böyük qayıdış”ın yeni mərhələsi: Ağdam və Şuşa turu

6.3.7 İşğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış”

30 ildən sonra Azərbaycan xalqı işğal altındakı torpaqlara qayıtmağa başladı. Əvvəlcə 30 il öncə bələkdə, qundaqda doğma torpaqlarından çıxan körpələr tank belində, BTR, PDM üstündə qayıtdılar. Bu qayıdış cəmi 44 gün ərzində yekunlaşdı. Sonra həmin əsgərlərin, hərbçilərimizin valideynləri, yəni bütünlüklə keçmiş məcburi köçkünlərimizin Böyük qayıdışı prosesinə sürətli şəkildə başlanıldı. Bunun üçün ilk olaraq işğaldan qurtulan torpaqlarda yenidənqurma, bərpa işlərinə start verildi. Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ağıllı kəndlayihələrinə başlanıldı. Bu, 30 illik möhnət və nisgilin mükafatı olan Böyük qayıdışın ilk qaranquşu, müjdəsi idi.

src="/storage/files/upload/09c87547c250d1fbf6a601cb5889e2bb59139384.jpg" style="width: 585px; height: 382.38px;" class="fr-fic fr-dib fr-fil">

Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya Vaqif poeziya festivalı, Xarıbülbülbeynəlxalq musiqi festivalı qayıtdı.

Bunun ardınca isə dövlətimiz tərəfindən daha möhtəşəm addım atıldı. Belə ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verildi. Bu, sözün əsl mənasında Böyük qayıdışnümunəsidir. Yəni, təkcə məcburi köçkünlərimiz deyil, Azərbaycanın bütün vətəndaşları, ölkəmizin qonaqları, eləcə də turistlər Şuşaya, Ağdama ayaq basa biləcəklər. Əvvəlcə hər kəs üçün ildə 1 dəfə nəzərdə tutulan bu müqəddəs ziyarətə aid limit aradan qaldırıldı. Belə ki, yanvarın 31-də vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş 1 dəfə səfər etmək məhdudiyyəti aradan qaldırıldı. Bir sözlə, artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Bütün bu işlərin başlıca məqsədi Böyük qayıdış”ın təmin edilməsidir. Artıq görülən işlər həmin ərazilərə sərnişindaşımaya da imkan verir. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 AZN, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edir. Onu da deyək ki, Ağdama və Şuşaya səfər etmək istəyənlər “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Diqqətçəkən məqamlardan biri də odur ki, şəhid ailələri üzvləri, vətən müharibəsi iştirakçıları, milli qəhrəmanlar üçün gedişlər ödənişsiz olacaq. Bilet satışları ilə bağlı xüsusi imtiyazlı şəxslərə 10% güzəştlər tətbiq edilir.

src="/storage/files/upload/40bdcdf36204094721f636d3c237144c945f9623.jpg" style="width: 574px; height: 323.353px;" class="fr-fic fr-dib fr-fil">

Bu da hamısı deyil. Sərnişinlərin COVID pasportu da yoxlanılacaq. Qarabağ istiqamətinə marşrut xətti üçün nəzərdə tutulan avtobusların texniki göstərişlərinə ciddi diqqət yetirilir. Xüsusilə Şuşa istiqamətində yolları nəzərə alaraq əyləc sistemi güclü olan avtobusların seçilməsinə üstünlük verilir. Bir sözlə, dövlət Şuşa və Ağdama təhlükəsiz gediş-gəlişimiz üçün əlindən gələn hər şeyi edir. Bizə qalan isə Allaha və dövlətə, onun Ali Baş Komandanına - bu xoş günləri bizə göstərənlərə şükür edib yola düşməkdir.

Yazımın bura qədər olan hissəsi rəsmi idi. İndi keçək bədii hissəyə...

Düşünün ki, 30 ildən sonra Şuşaya və Ağdama getmək nəsib olub. 2 il əvvəl ağlımızın ucundan da keçməzdi ki, bu arzumuz qısa müddətdə reallaşacaq. İşğaldan azad olunan ərazilərə ildə ən azı 1 dəfə səfər etmək... Bilirsiniz, bu nə deməkdir?

Artıq Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ən müasir avtobuslar Ağdama və Şuşaya yol almaqdadır. 30 il həsrətində olduğumuz ərazilərə ayaq basa biləcəyik. İstədiyimiz vaxt oraların havasını ciyərimizə, suyunu köksümüzə çəkəcəyik.

src="/storage/files/upload/5fb81b8800e89911862c0dfd5e4cef7a8537a344.jpg" style="width: 575px; height: 417.833px;" class="fr-fic fr-dib fr-fil">

Səhər dan yeri yaşmağını ağzından açmamış Bakıdan çıxırsan, Günəş günortanın belinə qalxanda Şuşaya çatırsan. Cıdır düzündə qəddini düzəldirsən, oradan boyu Şuşanın boyundan qat-qat aşağıda dayanan Xankəndidəki ermənilərə göz vurub Molla Pənah Vaqifin cəmi 7 aya yenidən qurulan məqbərəsinə pərvazlanırsan. Ardınca Yuxarı və Aşağı Gövhərağa məscidlərində bu günləri bizə göstərdiyinə görə ulu Yaradana dua edirsən. Sonra vəhşi qəbilə sürüsü tərəfindən güllələnmiş abidələrin başına dolanırsan.

Xan qızı Natəvanın ev muzeyinə baş çəkirsən, avtobus yoldaşlarınla ayaqüstü “Məclisi-üns” təşkil edirsən. Sonra Xan qızı bulağından Zəmzəm suyu qədər müqəddəs bulaqdan göz yaşı qədər dumduru suyu içinə çəkirsən. Ardınca əsgərlərimizin fəth etdiyi Şuşa qalasından qara donlu kafirlərə “Xanın varisləri qayıtdı, Xanın Kəndinə də dönəcəyik” - ismarışını göndərirsən. Yuxu deyil, özünüzü çimdikləyin. Özü də “yel qanadlı illər”in həsrət şələsini kürəyimizdən açaraq, uça-uça, qaça-qaça...

src="/storage/files/upload/e1724c64f4481f27d99564f0131103e7289d16ce.jpg" style="width: 579px; height: 386px;" class="fr-fic fr-dib fr-fil">

Şuşaya və Ağdama qayıtmaq Vətən həsrətinin son nəfəsinin verməsinin əlamətidir. Şuşaya və Ağdama qayıtmaq 30 illik nisgilin ayaqlarımızın altında can verməsidir. Şuşaya və Ağdama qayıtmaq dəmir yumruğumuzun dəmir addımlara, ipək yerişlərə çevrilməsidir. Şuşaya və Ağdama ildə 1 dəfə də olsa getmək sağ ikən Tanrının cənnətinə ayaq basmaqdır.

Şuşaya və Ağdama getmək həm də Böyük qayıdış”ın işartısıdır. Eyni zamanda, Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millət olaraq təhlükəsizliyimizin göstəricisidir. Bu dəfə Şuşaya, Ağdama gedişimizə dövlətimiz, Tanrımız, ən əsası, azad olunan torpaqlarımız izn verir. Bir sözlə, gözünüz aydın olsun!

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.


src="/storage/files/upload/23eaf680d5efa45431668b075d623bf5e84d06a3.jpg" style="width: 561px; height: 349.69px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm