Xüsusi
Azərbaycandan getdiyim ilk gündən bilirdim ki... - Tanınmış həkimlə MÜSAHİBƏ
Publika.az">Publika.az Türkiyənin Hacettepe Universitetindən məzun olmuş anestezioloq-reanimatoloq Turanə Rəsulova ilə müsahibənin ikinci hissəsini təqdim edir.
Birinci hissəni buradan oxuya bilərsiniz.
- Qardaş Türkiyə də daxil, xaricdə təhsil almağa yollanan gənclərimiz əksər hallarda vətənə qayıtmırlar. Azərbaycana qayıtmağınızın səbəbilə maraqlanıram.
- Bilirsiniz, dünyada heç bir şey mütləq yaxşı və ya mütləq pis deyil. Bəzi dəyərlər var ki, onlar bu yaxşı-pis ayırımına tabe tutulmamalıdır, mənim fikrimcə. Onların başında vətən gəlir. Populizmdən uzaq, vətən məfhumunun arxasında gizlənən biri kimi demirəm bunu... Bu gün dünyanın bir çox yerində işimi layiqincə yerinə yetirə bilərəm. Problemlərin fərqindəyəm, Azərbaycandan getdiyim ilk gündən bilirdim ki, qayıdacam, amma daha güclü, daha peşəkar, daha faydalı kadr kimi. Çünki ölkəmin səhiyyəsinin peşəkarlara ehtiyacı, vətəndaşının yüksək tibbi xidmət almağa haqqı var. Bu prosesin bir yerində, bir şəkildə iştirak edə bilmək, harda olacamsa, orda insanlar üçün faydalı ola bilmək üçün qayıtdım. Öz işini sevərək görən insan da vətənə ən böyük xidməti etmiş olur, zənnimcə. Bu torpaq üçün əziz canından keçən Polad Həşimovlar varsa, insanına xidmət etmək də bizim borcumuzdur. Öz insanımın həkimi olmaq istəyirəm. Hər bir azərbaycanlı doğmadır mənə, bunu uzaqda olanda daha yaxşı anladım.
- Dövlət xəstəxanasında işləyəcəksiniz, yoxsa özəl xəstəxanada?
- Mən televiziyaya müsahibəmdə demişdim ki, xaricdə ixtisaslaşmış uzman həkimlərin özəl sektorda işləməyi Azərbaycan səhiyyəsi üçün üz qarasıdır. Əlbəttə, bunu düşünən və mediada səsləndirməyin məsuliyyətini dərk edən biri kimi mən səmimi şəkildə dövlət xəstəxanasında işləmək istədiyimi ifadə edirəm. Bunu görüşdüyüm dövlət səhiyyəsi rəsmiləri qarşısında da, özəl tibb müəssisələri idarəçiləri önündə də səsləndirmişəm. Müəyyən sənədləşmə işləri tamamlanmalıdır ki, dövlətdə işə başlaya bilim. Həmin tələblər olmasaydı, elə bu gün başlayardım. Amma təəssüf ki, bəzən ədalət və qanun məfhumları eyni şeyi ifadə etmir. İndi mənim sənədlərimin hazırlanması kimi bürokratik məsələlər öz həllini tapmadan işə başlamağım bəlkə qanuni deyil, amma ədalətli olardı. Çünki burdayam, istədiyim hazıra nazir işləyib daha çox pul qazanmaq yox, hamı üçün əlçatan olan dövlət səhiyyəsində daha çox əmək sərf etməkdir. İstəyim rasionaldırmı, sual altındadır. Amma "yaxşı"ya xidmət edən hər şey rasional olmaq məcburiyyətində deyil. REACT- C19 layihəsi çərçivəsində 4 aylıq körpəmi qucağıma alıb ölkəmdə COVID-lə mübarizəyə gələndə də rasional deyildim bəlkə, amma "Vətən çağırırsa, getməlisən" prinsipimə sadiq idim, bu gün də eləcə. Vətənə xidmət şərəfdir.
- Sizcə, səhiyyəmiz və tibb təhsilimizdə vəziyyət necədir?
- Hələ yeni qayıtmışam və detallı təhlil etmək üçün yetərincə vaxtım olmayıb. Amma Tibb Universitetinin Tədris şöbəsinin müdiri Samir Cavadovla görüşdüm, yeni ixtisaslar açıblar, yeni kafedralar qururlar, bütün tədris planını dəyişib ən müasir standartlara uyğunlaşdırmağa çalışırlar. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə layihələr həyata keçirirlər - tələbələrə praktik vərdişlər qazandırmaq üçün regionlarda təlimlər keçirlər, TOT-lar təşkil edirlər.
- Problemler yoxdurmu?
- Var, zənnimcə, çoxdur. Çünki tibb təhsilindəki bütün islahatların uğuru işlək icbari tibbi sığortadan asılıdır. Bütün mənalarda yenilik komfort zonasından çıxmaqdır, çətindir. Cavadzadə adına dövlət xəstəxanasının baş həkimi Pərviz Hacıyevlə görüşdüm, Emin Məmmədovla tanış oldum. Bu insanlar böyük dəyərdirlər və onların Azərbaycan tibb təhsilində, dövlət səhiyyəsində olmağı mənim fikrimcə, işıqdır, uğurdur, yaxşı gələcəyə ümiddir. Çünki onlar əllərini daşın altına qoymağı seçənlərdir və bu seçimi edənləri yüksək qiymətləndirməliyik. İnanıram ki, yaxşı olacaq. Bilirsiniz, tənqid içərisində qurucu və problem həlledici və ya "yaxşılaşdırıcı" komponent olanda əvəzolunmazdır, faydalıdır, hətta gərəklidir. Tənqid içərisində alçaldıcı və "düzəlməz" komponent olanda yıxıcıdır, bölücüdür, zərərlidir. Bizim şüurumuz bir həkim kimi bu ardıcıl düşüncəyə alışıb - etiologiya (problemin yaranma səbəbi), patogenez (inkişaf etmə mexanizmi), klinika (özünü büruzə verən əlamətlər), müalicə (həlli yolları) və profilaktika (problemin olmasını önləmə tədbirləri). "Bu ardıcıllığın hər hansı biri gözardı edilərsə, vəziyyət pisləşər" də deyə bilərdim, amma "Bu ardıcıllığı diqqətlə analiz edib, hər bir komponentin üzərində işləsək, yaxşı olacaq" deyirəm. Pozitiv görünməyimin səbəbi budur.
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
-
Kriminal6 Oktyabr 23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin16 Oktyabr 22:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU