Xüsusi
Müharibədən əvvəl Kiyevdə klip çəkdirən azərbaycanlı: “Heç kim əksini iddia etməyə çalışmasın”
Bu yaxınlarda “İllərin həsrəti” adlı yeni mahnısını təqdim edən “Space Səhər” proqramının aparıcısı Fariz İlyas hesab edir ki, onu gözü götürməyənlər çoxdur və əksəriyyəti qəlbində ona böyük heyranlıq duyur. Ukraynada müharibə başlamazdan əvvəl yeni klipini Kiyevdə xarici rejissorlara çəkdirən Fariz İlyas həm də olduqca iddialıdır. Aparıcı onu da bildirib ki, müharibənin davam etməsi və şəhərlərin dağıdılmasını ürək ağrısı ilə izləyir. Fariz onu da əlavə edib ki, heç kim öz işini bu layihə ilə müqayisə etməyə və ya əksini iddia etməyə çalışmasın.
Publika.az Fariz İlyasla müsahibəni təqdim edir:
- Özünü bir çox sahələrdə sınamış unikal bir aparıcısan. Başqa bilmədiyimiz gizli bir istedadın var?
- Daha nələr var, nələr... Amma adı üstündə, gizli olduğu üçün paylaşmayım. Gizlilik hər zaman çəkicidir.
- Efirə ilk çıxan və bugünkü Fariz arasında nə kimi fərqlər var? Efir və məşhurluq səni çox dəyişib?
- Efirə ilk dəfə 2012-ci ildə universitet tələbəsi ikən çıxmışam. Yəni, televiziya fəaliyyətim o zaman başladı. Nəzərə alsaq ki, olduqca konservativ ailədə böyümüşəm, ona görə həyat təcrübəm az olduğu üçün çox saf idim. Hər deyilənə inanır, qarşımdakı insanın səmimiyyətinə aldana bilirdim. Amma hədəfləri böyük və potensialının fərqində olan bir gənc idim. Bu gün də safam, həm də daha ağıllı və təcrübəliyəm. Hər bir insana zaman tanımağı öyrənmişəm. Zaman bütün həqiqətləri ortaya çıxarmaq kimi güclü bir xüsusiyyətə malikdir. O ki qaldı efir və məşhurluğun mənə təsirinə, düşünmürəm ki, efir və ya məşhurluq insanı dəyişsin. Məni dəyişən həyatda yaşadıqlarım, qazandığım təcrübələr, oxuduğum kitablar, keçdiyim sınaqlar və onlardan çıxardığım nəticələrdir. Sadaladığım hər bir şey mənim daha güclü və daha maraqlı bir şəxs olmağımda rol oynayıb.
- Qabiliyyətlərin sənə istədiyin qazancı gətirir?
- Məqsədim böyük qazanclar əldə etmək olsaydı, gətirərdi. Həmişə arzularımı gerçəkləşdirmək üçün çalışmışam və buna nail olmuşam. Bu sualın cavabını bir neçə il sonra cavablamaq istərdim, çünki hazırkı hədəfim məhz ən çox qazanan sənətçi olmaqdır.
src="/storage/files/upload/acd1cd25a9aea8e2e5d8f7080c625ed537f4aa64.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Səni kimlərin gözü götürmür və onlara nə demək istərdin?
- Məni gözü götürməyənlərin əksəriyyəti qəlbində mənə böyük heyranlıq duyan və məni çox bəyənən insanlardır. Bu anlamda həqiqətən çox şanssızam. Yoluma əngəl qoymağa çalışan, uğurlarımı görməzdən gələn və yox olmağımı arzulayan insanlar əslində sahib olduğum keyfiyyətlərin arzusunda olan heyranlarımdır. Üzücü məqam odur ki, onlar bu keyfiyyətləri məndə bəyənib özlərində görməyi arzulayır. Buna nail olmadıqda parlamağımdan narahat olmağa başlayırlar.
- Ağlınla, ya duyğularınla qərar verməyi sevirsən?
- Duyğularım da ağıllıdır mənim. Ona görə ağıllı duyğularımla qərar verirəm. (gülür)
- Hansı ağrının eşidilməsini istəmirsən?
- Yaşanılan ağrılar insanı gücləndirmək üçün yaşanır. Hər şey keçicidir. Bu gün elə bir ağrım yoxdur, amma eşilməyini istəmədiyim mövzu ola bilər. O da artıq gərəksiz olduğu üçün...
- İnsanların sənin rahatlığını və sevincini poza bilməyəcək qədər güclü olmağı bacarırsan?
- Bacarmıram. İnsanlarla münasibətlərimə çox diqqət edirəm. Ətrafımda, həyatımda olan, görüşdüyüm, çalışdığım, ünsiyyətdə olduğum insanlardan gələn ən kiçik diqqətsizlik, hörmətsizlik belə əhvalıma çox pis təsir göstərə bilər. Güclü olmaq ətrafında yaşanan heç nədən təsirlənməmək, mənəvi keyfiyyətlərini itirməkdirsə, bu, mənə lazım deyil.
- Yeni klipindən danışaq. Niyə çəkiliş üçün ukraynalı mütəxəssisləri seçdin?
- Klip üçün həm ölkəmizdən, həm Türkiyədən, həm də Ukraynadan rejissorlarla danışıqlar aparıldı. Mənə bir neçə variantda ssenarilər göndərildi. Amma ukraynalı rejissor Rosslanenin ideyası və izlədiyim əvvəlki işləri məni Bakıdan çıxarıb Kiyevə apardı.
Ukraynada 2 gün 2 gecə fasiləsiz çəkilişlər etdik. Nə gəzmək, nə də istirahət etmək imkanım oldu. Hər gün canlı efirdə olduğum üçün gecə ilə qayıtmalı oldum. Təəssüf edirəm ki, bu ecazkar ölkə çox çətin günlər yaşayır, müharibənin gedişini ürək ağrısı ilə izləyirəm...
- Bu layihədə nə ilə seçilmək istədin? Öz fərqini ortaya qoya bildin?
- İfa etdiyim mahnı “İllərin həsrəti” çox təsirli və dərin mahnıdır. İlk dinləmədən musiqisi, sözləri və aranjemanı ilə insanı içinə çəkən sehirli bir qüvvəyə sahibdir. Mahnını dərindən hiss edərək oxudum. Nəticə göz qabağındadır. “Sheyh Ree” imzası daşıyan mahnını “Flaminque records” komandası ilə hazırladım. Bu mahnı belə bir klipə layiq idi. Klipdəki obrazımın üzərində Hollivud ulduzlarına obrazlar hazırlayan “Mystix Space” qrim komandası çalışıb. Mahnı da, klip də keyfiyyəti ilə ölkəmizdə yayımlanan işlərdən 10 addım öndədir. Bu layihə ilə A liqində yarışıram. Heç kim öz işini bu layihə ilə müqayisə etməyə və ya əksini iddia etməyə çalışmasın.
- Qısqanclıq böhranları baş verir?
- Xanımım fəaliyyətimə dəstəkdir, çünki işimi necə sevdiyimi və işimə necə diqqətlə yanaşdığımı bilir. Çətin anlarımda dəstək olur və yanımda olduğunu hiss etdirir. Bu, mənə güc verir. Amma bir az qısqancdır. Əkizlər bürcüdür. Bəzən heç gözləmədiyim halda qısqanclıq damarı tutur. (gülür)
- “Space” ətrafında müzakirələr bitmir. Hazırkı vəziyyəti və yeni rəhbərliyin işini necə qiymətləndirmək olar?
- “Space”i kanal siyahısından silmiş biri kimi, bu kanalda çalışmağa başlamağım yəqin ki, böyük bir paradoksdur. Yeni mövsümdə kanalı yenidən axtarışa verərək siyahıda birinci sıraya yerləşdirdim. Bağlanmaq təhlükəsi ilə üz-üzə qalmış, borc bataqlığında boğulan, ruhsuz bir kanala rəng qatıb onu dirçəldərək ölkənin ən reytinqli 3 kanalından biri etmək yalnız Müşfiq Hətəmovun işi ola bilərdi. Müşfiq bəyin kanalda yaratdığı yaradıcı mühit, işçilərinə olan diqqət və münasibəti, eyni zamanda qəbul etdiyi çox önəmli strateji qərarlar onu bu işin içindən qalib kimi çıxardı. Bu gün “Space” HD yayımla tamaşaçılara bir-birindən maraqlı və keyfiyyətli verilişlər yayımlayır. Əslində, bu sualın cavabını “Space”də olmayan birindən eşitmək daha maraqlı olardı. Çünki bizi izləyib müsbət təəssüratlarını paylaşan insanlar olduqca çoxdur.
src="/storage/files/upload/28624b568e641477b5b34227746dee7f6fb594e1.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Hər zaman formadasan. Bizə ideal formada qalmağın sirrini də açasan bəlkə.
- İdeal formada qalmağın sirri özünə və vücuduna olan sevgidən, hörmətdən başlayır. Bədəninə zərərli olan qidaları, vərdişləri özündən uzaq tutduğun zaman, düzgün və həddində qidalandığın, idmanla mütəmadi məşğul olduğun zaman arzuladığın formada olursan. Bunu qazanmaq çətindir, bəli, ideal forma güclü iradə və əzm tələb edir. Çoxları onları xoşbəxt edən şirniyyatları və yeməkləri bəh-bəhlə yeyərkən mən o təamlardan imtina etməli oluram. Çoxları boş zamanında uzanıb dincələndə mən idman zalında tər tökürəm. Nəticədə kim nədən daha çox zövq alırsa, onu əldə edir.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...