Xüsusi
Norveçlilər bu faciə haqda az məlumatlıdır - Məşhur yazıçı
Norveçin paytaxtı Oslo şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri və sərgi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “CAN” diaspor təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan anım tədbirində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Türkiyə, Pakistan, Bosniya və Herseqovina, Qazaxıstan və Şimali Makedoniyanın bu ölkədəki səfirləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları arasında azərbaycanlı qızın taleyindən bəhs edən kitab yazan norveçli ictimai xadim, yazıçı Terye Holmedal (Terje Holmedal) da olub.
Yazıçı bildirib ki, 3 il müddətində Azərbaycanda yaşasa da, Xocalı faciəsi haqda geniş məlumatı olmayıb.
- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda yaşadığım 3 il ərzində Xocalı faciəsi haqda az eşitmişdim. Ancaq onu bilirdim ki, Bakıda 20 Yanvar dəhşəti törədilmişdi.
Təəssüf ki, norveçlilər bu faciə haqda az məlumatlıdır. Düşünürəm ki, daha çox təbliğat aparmaq lazımdır. Bunun üçün müxtəlif üsulları, xüsusən də Qərb insanının unutmayacağı üsulları sınamaqda fayda var.
Tədbir çox böyük həssaslıqla təşkil olunmuşdu. Xüsusən də səs-küylü Oslonun məkanlarının birində Şervin Nəcəfpur Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edən məqamda çox qəhərləndim. Tədbir boyu kitabımı səfirlərə, rəsmi qonaqlara təqdim etdim. Ümumiyyətlə, Azərbaycan və Qarabağın məcburi köçkünlərinin qəlbimdə xüsusi yeri var.
- Elə kitabınız haqda da yenidən qısa məlumat verməyinizi istərdim.
- Qarabağdan məcburi köçkün düşən çoxlu insan tanıyıram. Kitabımda da qeyd etdiyim kimi, bu ərazidə yaşayan insanlar olduqca savadlı və sənətsevər olurlar. Dəfələrlə bu fakta şahidlik etmişəm. O gözəl, istedadlı insanlardan biri də Lalə idi. Lalə bizim ailənin ən yaxın dostlarındandır. Bir gün norveçli jurnalistlə Lalənin müsahibəsini təşkil etdim. O, öz həyatını nəql etdikcə düşündüm ki, bu hekayəni kitaba çevirmək lazımdır. Nə az, nə çox 12 ildən - hətta təqaüdə çıxandan sonra bu arzumu gerçəkləşdirməyə qərar verdim. Laləyə zəng edib planımdan bəhs etdim. İnanın, çox xoşbəxt oldu. Beləliklə, Cəbrayılda doğulan Lalənin simasında məcburi köçkünlərin həyatından bəhs edən kitab ərsəyə gəldi. Lalə çox çətin dövrdə, hərbi vəziyyətin gərgin olduğu illərdə dünyaya gəlmişdi. Ailəsi ağır vəziyyətli günlərdən sonra evindən qaçqın düşmək məcburiyyətində qalır. Məskunlaşmaq, yenidən həyata adaptə olmaq problemləri ucbatından Lalə 12 yaşından tez məktəbə gedə bilmir. Bu cəsur qız anasına və müəllimlərinə bildirir ki, yaşıdları ilə bir sinifdə oxuyacaq. Hər kəs bu fikrin absurd olduğunu desə də, güclü xarakterə malik qəhrəmanım bir cümlə ilə problemə nöqtə qoyur: Mən bacaracağam!
- Xalqımıza bəslədiyiniz sevgi və səmimiyyət üçün təşəkkür edirəm.
- Doğmalıq üçün təşəkkürə ehtiyac yoxdur.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var