Məşhur aparıcı tamam başqa bir obrazda: “Dilbərlə daha çox yaşadım” - VİDEO
Bizi izləyin

Xüsusi

Məşhur aparıcı tamam başqa bir obrazda: “Dilbərlə daha çox yaşadım” - VİDEO

11 il əvvəl AzTV-də yayımlanan MAG verilişində qarşımıza çıxan qıvrımsaçlı, gülərüzlü aparıcı Turanə Hüseynli son bir ildir ki, özünü aktrisa kimi sınamağa qərar verib.

Publika.az-a müsahibə verən televiziya ulduzu həm həyat yolundan, həm də film təcrübəsindən söz açıb.

- Turanə xanım, aparıcılıqdan aktrisalığa keçid necə baş verdi?

- Əslində aparıcılıqdan aktrisalığa keçid illər əvvələ dayanır, daim rejissorlardan təkliflər alırdım. Məlum məsələdir ki, simam və üz quruluşum, həm də kameranın məni sevməsi buna imkan verir və rejissorların diqqətini cəlb edirdi. Serial və filmlərə təkliflər alırdım, sadəcə olaraq aparıcı olduğum nöqtəni çox sevirdim, ona xələl gəlməməsi və reputasiyamın korlanmaması üçün qəbul etmirdim. İki il əvvəl tarixi bir filmə təklif aldım, pandemiya ilə əlaqədar olaraq filmin çəkilişlərinə başlanmadı. Bu təklifi qəbul etmişdim, hətta aktyorluq və danışıq dərsləri almağa başlamışdım. İlk istək məndə bu təklifdən sonra yaranmışdım. Çünki layihəyə və komandaya çox güvənirdim. Ondan sonra yenə də heç bir təklifi qəbul etmədim, ta ki, ötən il çəkilən “Xosrov və Şirin” serialına qədər.

“Xosrov və Şirin” serialı həm İctimai Televiziyanın, həm Mədəniyyət Nazirliyinin ortaq layihəsi olması, həm rejissorların daha əvvəlki işlərini tanımağım məni təşviq etdi. Düşündüm ki, bu layihədə özümü görə bilərəm. Təklif olunan “Şəkər” obrazı məni çox cəlb etmişdi. Beləliklə, özümü aktrisa kimi ilk debütumu həyata keçirdim.

src="/storage/files/upload/f627e26daab560f3ada335c5577412f71ea33188.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Başqa həyatları oynamaq sizə qazandırır?

- Bu suala cavab vermək üçün sözün həqiqi mənasında bir aktrisa kimi bişməliyəm, çox rol oynamalıyam. “Xosrov və Şirin”də Şəkərə özümdən bəzi nüasnları qatmışdım.

Emil Quliyevin “Həmrəylik” filmindən Nara obrazını canlandırmışam. Nara məqsədləri və istəkləri olan azərbaycanlı bir xanımdır, bir münasibətdən gözləntiləri var. Onun reaksiyaları və davranışları tam azərbaycanlı xanımı əks etdirirdi.

- “Xosrov və Şirin”də mənfi rolda idiniz. “İfşa”da necə bir qadını canalndırmısınız?

- “Xosrov və Şirin”də mənfi obrazda olduğumu deməzdim, serialı sona qədər izləyənlər görə bilər ki, onun da bir hekayəsi var. Oyunlarında da bir məqsədi var idi, qardaşının qisasını almaq üçün bu yola çıxmışdı. Təbii ki, qadın olması zaman-zaman onu emosional davranmağa məcbur edirdi.

Ən fərqli obrazım isə hazırda ARB kanalında yayımlanan “İfşa” serialında Dilbər obrazıdır. Polis, baş leytnant Dilbər Əsgərovanı canlandırmışam. Dilbər Əsgərova daha çox məndə olan, bəzən ortaya çıxardığım soyuq və məntiqlə hərəkət edən bir qadındır. Dilbər daha cəsur, daha mərd, daha mübariz keyfiyyətlərə malikdir. Bu günə qədər ən çox hiss etdiyim obraz Dilbər oldu. Həm də çəkiliş prosesi uzun olduğu üçün Dilbərlə daha çox yaşadım.

- Layihənin çəkilişləri necə keçdi?

- Həyatımda iki ağır çəkiliş olubsa, onun biri “İfşa-Çətin hədəf” serialı ilə bağlıdır. 45 gün ümumi çəkiliş oldu, mən 40-da iştirak etdim. Serial qışda çəkilmişdi, 20-24 saat nazik geyimdə olurduq. Hətta çəkiliş prosesində bizimlə birlikdə iştirak edən polis əməkdaşları baxıb deyirdi ki, nazik geyimdə bu soyuğa necə dözürsünüz? Həqiqətən çox soyuq idi, amma bütün gücümü səfərbər etdim, limitlərimi zorladım. Və nə qədər çətin bir işindən öhdəsindən gələ biləcəyimi özümə sübut etdim. Bu, uzun müddət xəstələnməyimə də səbəb oldu, 5-6 gün sistem altında yatdım. Başqa bir səhnədə ölümlə üz-üzə qalmışdım, az qalsın boğulub öləcəkdim. Ümumilikdə çox maraqlı xatirələrlə yadda qalan təcrübə oldu.

src="/storage/files/upload/9e0e6ecbca0070fee94a6e0edc4903b0db8c09b5.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Rejissorların rəğbətini qazana bilmisiniz?

- Bu barədə heç bir fikrim yoxdur, ən doğrusunu özləri deyə bilər.

- Rəssamlıq, aparıcılıq, aktrisalıq və mətbuat katibi... Bilmədiyimiz daha hansı istedadlarınız var?

- Mənim üçün aparıcılıq və mətbuat katibi vəzifəsi istedad deyil. Bunlar üzərində çalışaraq qazandığım iş bacarıqlarıdır. İstedadım uşaq vaxtı məşğul olduğum incəsənət sahələridir ki, orda özümü istedadlı hesab edirəm. Aparıcılıq zamanla inkişaf edən, həm də üzərində çalışdığım və sevdiyim əsas işimdir.

Aktrisalıqda da istedadlı olub-olmadığımı hələ bilmirəm. Bu da müəyyən təcrübə və təhsillə daha çox inkişaf etdirəcəyim bir sahədir.

- Bütün bu bacarıqlar Turana Hüseynlinin universal insan olmasından xəbər verir, ya hələ də özünü tapa bilməməsindən?

- Kifayət qədər özümün fərqində olan və özümü tapmış bir insanam. Özünü bir çox sahələrdə sınamaq və çalışmaq o deməkdir ki, həyatın içində mənə təqdim olunan bütün şansları dəyərləndirməyə çalışıram. Bacardığım sahələrdə məşğul olmaqdan çox böyük zövq alıram. İndiyə qədər zövq alaraq işləmədiyim heç bir iş olmayıb. Harda olmuşamsa, sevərək çalışmışam, yox əgər yarımçıq saxlamışamsa, o, mənim üçün bitib.

Hər kəsin bir xarakteri var. Bəzi insanlar bir işdə 20 il işləyirlər, bu, onların seçimidir, o demək deyil ki, onlar sıxıcıdır. Bu, onların özləri üçün cızdığı bir yoldur. Çoxşaxəli, dinamik, bir yerdə dayanmağı sevməyən, beynimdə daim yeni işlər canlandıran bir insanam. Nə istədiyimi bilirəm və 5 il sonra harda olacağımı görürəm. Bu gün olduğum nöqtədə yaşadığım və gördüyüm bütün işlər 3 il əvvəl arzuladığım hədəflər idi və məqsədyönlü şəkildə bu gün bu arzularımı reallaşdırmışam. Hər şey qarışıq görünsə də, seçimlərim və qərarlarım beyimdə çox dəqiqdir.

- Bu qədər çoxfunksiyalı və universal bir insan olmağın bir sirri var?

- Var, sizi bu sahələrə yönləndirən ananız olmalıdır! Uşaqlıda anam və atam təhsilimizə xüsusi diqqət ayırıb. Getdiyim yerlərdə mənə həmişə dəstək olublar. Rəssamlığa yazılmaq istəmişəm, yazdırıblar, skripka öyrənmək istəmişəm, yenə aparıblar, sonra pianino, rəqs və s. Bunlar uşaqlığımın mənə qazandırdığı bacarıq və keyfiyyətlərdir.

- Həyatınızın qəhrəmanı kimdi?

- Qəhrəman seçməyi sevmirəm, bəlkə 5 il sonra fikrim dəyişəcək... Adətən müsahibələrimə baxıb deyirəm ki, aaa indi belə fikirləşmirəm. Ölkəmizdə və dünyada çox bəyəndiyim, müxtəlif sahələrdə ilhamlandığım həm qadın, həm də kişilər təbii ki, var. Amma qəhrəmanım hər il daha da inkişaf etdiyini göstərmək istədiyim – özümdür. 5-10 sonra təsəvvür etdiyim nöqtədə gördüyüm Turanədir! Ona çatmaq üçün ondan ilhamlanır, enerji alır və onun üçün çalışıram.

- Öz ayaqlarının üstündə dura bilən qadını güclü edən tərəfləri hansılardır?

- Həmişə güclü sözünü qadınlar üzərində eşirdik, “güclü kişi” ifadəsini heç eşitməmişəm. Qadın hüquqlarını arzulayırıqsa, onun üzərinə bu qədər güc yükləməyin tərəfdarı deyiləm. İnsan gücündən söhbət gedə bilər. Əslində güclü olmağımızın səbəbi qarşımıza çıxan maneələrdir. “Sən bacarmazsan”, “Sən qızsan, edə bilməzsən”, “Qız uşağının filan yerdə nə işi var” kimi fikirlər nəinki ölkəmizdə, ümumiyyətlə, dünyadakı qadınların daim üzləşdiyi təzyiqlərdir. Bəlkə buna görədir ki, biz normadan daha çox güc toplayırıq ki, birinci o maneələri dəf edək, qalan enerjimizlə də arzu və hədəflərimizi reallaşdıraq.

src="/storage/files/upload/3d40ab282e976e4917f2a6e0d339fdf52b59a29a.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Həyatınızın ən böyük itkisini necə yaşamısınız?

- Mənə görə ən böyük itki odur ki, insan öz qanından və canından olan doğmalarını itirir. Həyatımıza gələn və gedən digər insanlar hansısa bir missiya üçün gəlir və gedirlər. Bunu itki yox, qazanc hesab edirəm. Çünki kimsə gəlir və gedirsə, bizə nə isə qazandırır. İş və pul itirmək mənim üçün heç önəmli deyil. İtirərsən, sonra yenidən qazanarsan.

- MAG verilişə yeni başlayan Turana Hüseynli ilə indiki halı arasında fərq nə qədərdir?

- Fərq – 11 yaş və saçlarda yeni yaranan ağ tellər. Və daha müdrik Turanə var. İstər-istəməz 11 il ərzində həyata baxışım dəyişib. Göz ifadəm və gülüşüm belə dəyişib. Çünki 11 il ərzində çox şeylər yaşanılıb. Peşəkar tərəfdən baxanda, böyümüşəm, daha ağıllı, səbirli və xarakterli olmuşam. Buna baxmayaraq, həyatımın bütün mərhələlərində olan Turanəni də çox sevirəm.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm