Xüsusi
Fəxri Xiyabanı zəbt edən Cümhuriyyət düşmənləri: onları siz də tanıyın - REPORTAJ
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 102 il ötür. Bu, həm də o deməkdir ki, Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsinin 102-ci ili tamam olur. 102 il əvvəl müstəqilliyimizin yaddellilər tərəfindən sonlandırılmasında canfəşanlıq göstərən yerli və xarici bolşeviklərin uyuduğu ən mötəbər məzarlığa – Birinci Fəxri Xiyabana yollandıq.
Burada 102 il bundan əvvəl və ondan sonrakı illərdə hansı “fəal mübariz”lərin uyuduğunu Publika.az-ın obyektivindən oxucularımıza da göstərmək istədik.
Biz Birinci Fəxri Xiyabanın qapısından içəri girəndə içəridəki xadimələr məzarların kənarındakı güllərin qulluğunda durmuşdular. Yazın bu oğlan çağında bülbüllərin xoş avazlı nəğmələri mənə qarışıq duyğuları xatırlatdı. Əvvəlcə bülbüllərin səsindən, günəşin sümüklərimi isidən istiliyindən həzz almağa çalışdım. Amma alınmadı. Birdən xəyalımda 102 il əvvəl canlandı, günəşli, güllü-çiçəkli, bülbülün qəmli avazının müşayiəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu xatırladım. Yavaş addımlarla Fəxri Xiyabanın ehtişamı arasında itib-batmış, təbii ağac kollarının “üzünü örtdüyü” qəbirlərə yan aldım.
Bu gün onların “qələbə” günü olsa da, müstəqil Azərbaycanda onları xatırlayan yoxdur. İnsanlarımız həmin məzarların üzərinə döyülmüş adları çoxdan tarixin arxivlərinə göndəriblər. Söhbət Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində böyük rol oynayan bolşeviklərdən gedir. Onların bir çoxu elə sovet hakimiyyətinin ilk illərində dəyirmanına su tökdükləri imperiya tərəfindən qətlə yetiriliblər. Bəziləri 1937-ci ilin repressiyasından canlarını qurtara bilməyiblər. Bir çoxları isə sovet dövrünün “qırmızı kölgəsi” altında uzun bir ömür yaşayıblar. İndi də Azərbaycan xalqının tarixində mühüm rol oynamış siyasət, mədəniyyət, ictimaiyyət xadimləri ilə eyni xiyabanda uyuyurlar.
Bəs sovet hakimiyyətinin qurulmasında fəallıq göstərən, ilk cümhuriyyətimizi yıxan və Fəxri Xiyabanda əbədi məskən salmış bu “simalar” kimlərdir?
Fəxri Xiyabanda qarşısında dayandığım ilk qəbir bolşevik Mirfəttah Musəvinindir. Gəlib-gedəni yoxdur. Yan-yörəsindəki qəbirlərdən fərqli olaraq onun məzarının üzərində gül-çiçək dəstələri də qoyulmayıb. Bəlkə də ailəsi repressiyaya məruz qalanlardandır və ya indi ailə üzvləri də belə bir şəxsin məzarını ziyarət etməyə utanırlar? – deyə içimdən bir sual keçir. Amma mənə toxunan onun "demokl" qılıncına oxşayan başdaşı üzərindəki yazı oldu: “Müsavat qatillərinin əli ilə öldürülmüş Mirfəttah Musəvi”. 1918-ci ildə Kommunist partiyasına üzv qəbul olunur və bir il sonra AXC-nin hüquq-mühafizə orqanları tərəfindən cəsusluq fəaliyyətinə görə öldürülür. 30 ildir müstəqil olan bir dövlətdə yaşayırıq. Olmazdımı ki, “Müsavat qatilləri” sözünü “Müsavat fədailəri” ifadəsi ilə əvəzləyək? Bəlkə bu qəbirləri başqa yerə köçürməliyik? Yoxsa tarixin bir parçasıdır – deyib olduğu kimi saxlamalıyıq? Müzakirəni oxucularımın ixtiyarına buraxıram.
Növbəti qəbir isə Həşim Əliyevindir. Onun da üçbucaq silindiri xatırladan qəbrinin üzərində bir cümlə yazılıb: “Müsavat qatillərinin əli ilə öldürülüb”. Özü də bu bolşevik müsəlman adət-ənələrinin əksinə olaraq üzü qibləyə deyil, qiblənin tam əksinə basdırılıb. Onun ölümü də cümhuriyyət dönəmində olub. Çox güman ki, 1915-ci ildən kommunistlərin sıralarına qoşulan bu şəxs də AXC əleyhinə casusluq edənlərdəndir. Onun da məzarının gəlib-gedəni, gülü-çiçəyi yoxdur. Ağac kolları çevrəsini elə əhatə eləyib ki, diqqət etməsən, yanından keçib gedərsən...
src="/storage/files/upload/9fb6233c24867e96eb651c57b28fd927fcd7eae4.jpg" style="width: 481px; height: 216.45px;" class="fr-fic fr-dib">
Digər məzar isə daha “məşhur” bolşevikindir – Əli Bayramovundur. Onun da məzarının üzərinə yazılıb ki, “Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülüb”. Məzar daşında Əli Bayramovu tərifləmək də bolşeviklərin yadından çıxmayıb. İşğalçılar onu “alovlu bolşevik” kimi təqdim ediblər. 1920-ci ildə məhv edildiyini də məzar daşından oxuyuruq.
1904-cü ildən Sovet Kommunist Partiyasının üzvü olan Ağayev Bəhram Cəfər oğlu isə əvvəlkilərdən daha uzunömürlü olub. 1956-cı ilə qədər yaşaya bilib. Hətta Stalin represiyasından da qurtulmağı bacarıb.
src="/storage/files/upload/f86e46e854cf29205af722ec1f44c48363ffe9dd.jpg" style="width: 490px; height: 221.455px;" class="fr-fic fr-dib">
Qasım İsmayılovun qəbrinin qarşısına çatanda başım hərlənir. 1943-cü ildən 2018-ci ilə qədər doğulduğum kənd kağız üzərində bu bolşevikin adını daşıyıb. 2018-ci ildə Şəmkirin Qasım İsmayılov kəndinin adı Ağlavaşlı olaraq dəyişdirilib. Onu 1922-ci ildə SSRİ qurulan il güllələyiblər. Amma bu dəfə müsavatçılar yox, əks-inqilabçılar. Qəbrinin üzərində belə yazılıb. Onu da deyim ki, uzun illər Goranboy rayonunun adı da onun “şərəfinə” Qasım İsmayılov rayonu adlandırılıb.
Azərbaycanda Sovet Hakimiyyətinin qurulması uğrunda fəal mübarizlərdən biri – Yusif Qasımovun məzarı da Birinci Fəxri Xiyabandadır. O da öz əcəli ilə ölənlərdəndir. Birinci Fəxri Xiyabana “layiq bilinsə” də məzarının durumu ondan xəbər verir ki, gəlib gedəni, ruhuna “Fatihə” oxuyanı yoxdur. Heç sinədaşının üzərində qurumuş qərənfil də gözə dəymir. Görünür, elə 1957-ci ildən Fəxri Xiyabanda kimsəsiz məzar kimi daşlaşıb qalıb.
src="/storage/files/upload/85a5cc1abe9399a5e125a7af518c49a3eaad52d7.jpg" style="width: 497px; height: 224.654px;" class="fr-fic fr-dib">
İosif Alekssandrov da inqilabçı kommunistlərdəndir. 1968-ci ildən burada – Fəxri Xiyabandadır. Məzarı solub, onu mən gələndə qohumları yox, Fəxri Xiyabanın xadimləri ziyarət edirdilər. Məzarın böyür-başını təmizləyirdilər. İvan Qandyurin də 1982-ci ildən burada uyuyanlardandır. Sovetlərin fəal mübarizlərindən olub. Azərbaycanın ilk diplomatlarından, hətta Atatürkün də dostu olan “menşeviklər” fraksiyasından İbrahim Əbilovla yanaşı uyuyurlar. Digər bir məzar isə Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda fəal mübarizlərdən olan Maştağalı Məmməd Məmmədyarovundur. O, 1917-ci ilin sonunda S.Martikyan, M.Plşakov, A.Baqdasarovla birlikə qırmızı qvardiyanın təşkilində fəal iştirak edib. Bakıda əhaliyə qarşı qırğının dövründə Azərbaycan milli qüvvələrinin "İsmaliyyə" binasında yerləşən qərargahına hücum edən dəstələrdən birinə M.Məmmədyarovun rəhbərlik etdiyi qeyd olunur. Bunun səbəbini M.Məmmədyarov özü həmin hadisələrdə iştirakı haqda yazır: "1918-ci ilin mart hadisələri baş verən zaman bizim qızıl qvardiyamız sayca hələ az idi. Mart hadisələri günlərində Maştağa mollaları məscidlərdə bolşeviklərə qarşı "müqəddəs müharibə" elan edirdilər. Onlar deyirdilər ki, dindarların düşməni olan bolşevikləri öldürmək günah deyil, deyirdilər ki, kim bolşevik Məmmədyarovu öldürsə, cənnətə düşəcək. Bundan sonra Maştağa qoçusu Əzizin başçılığı ilə bir dəstə adam mənim mənzilimi mühasirəyə aldı və məni həbsxanaya saldılar". Bu sətirlər 1967-ci ildə nəşr olunan "Sovet hakimiyyəti uğrunda" adlı kitabdandır.
src="/storage/files/upload/eb4e01353316b53dd399a35076a57b5f63bd2a6a.jpg" style="width: 500px; height: 225.369px;" class="fr-fic fr-dib">
Bəs bu cür cəlladların, canilərin məzarları birinci Fəxri Xiyabanda bu millətin fədailəri ilə yanaşı durmalıdırmı? 26 Bakı komissarının sümüklərinin aparılıb şəhərdən kənarda basdırıldığı kimi onları da eyni ssenari ilə buradan təmizləmək olarmı?
Millət vəkili Aydın Mirzəzadə ilə söhbətləşdik. Bildirdi ki, onların məzarlarını Fəxri Xiyabandan çıxarılmasını düzgün hesab etmir: “Fikrimcə, bu qəbirlərə dəymək olmaz. O da tariximizin bir hissəsidir. Qəbirə qarşı hərəkət adətlərimizə ziddir. Fəxri Xiyabana gedən biləcək ki, bu kimdir, o biri kim olub. Hətta qəbirlərinin üzərinə yazılan ifadələrin də özü bir tarixdir. Hər kəs bu gün Müsavat partiyasının ötən əsrin əvvəllərində qurulan cümhuriyyətimizdə hansı rolu oynadığını yaxşı bilirlər. Oraya ziyarətə gedənlər həmin bolşeviklərin qəbirlərinin üzərindəki sətirləri oxuyub ona inanacağını düşünmürəm. Mən buna inanmıram. Artıq tariximiz olduğu kimi öyrənilir. Gənclərimiz də tariximizi yaxşı bilirlər. Belə bir söz var, heykəllərə qarşı mübarizə aparmayın. Bir az həssas məsələdir”.
Bəs sizcə o məzarlar Fəxri Xiyabandan götürülməlidirmi? Yoxsa, tarix olduğu kimi ağlı-qaralı olmalıdır?
Allah Cümhuriyyətimizi quranlara rəhmət, onu yıxanlara lənət eləsin!
P.S: Mən Fəxri Xiyabandan ayrılanda sovet casusları ilə yanaşı uyuyan görkəmli alim Lütfi-Zadənin məzarı önünə bir qrup tələbə gəldi. Əllərində güllərlə, çiçəklərlə...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi