Xüsusi
Köln Universitetinin azərbaycanlı alimi MARAQLI FAKTLARI AÇDI: O insanların 75 faizi... - FOTO
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, radiologiya və neyroradiologiya sahəsində dünyada bir çox ilklərə imza atan, Köln Universiteti klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, eyni zamanda Almaniyada insult xəstələrində beyin əməliyyatları keçirən həmyerlimiz - Nuran Abdullayev 23 Aprel tarixində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxışları ilə yadda qaldı. Tədbirdə iştirak etmək üçün Almaniyadan vətənə qayıdan N.Abdullayev həm səfərinin məqsədi, həm Alyansının gördüyü işlərdən, həm də yola saldığımız pandemiyanın sonrakı fəsadları barədə Publika.az-a danışıb.
Müsahibəni təqdim edirik:
- Nuran həkim, ilk zəfər qurultayının Şuşada keçirilməsinin nə kimi əhəmiyyəti var? Belə bir böyük tədbirin Şuşada baş tutması onun dünyadakı nüfuzuna hansı formada təsir göstərəcək?
- Həm mənəvi, həm də tarixi dəyərləri özündə əks etdirən Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan tarixində mühüm hadisədir. Bu tarixi günü daha da özəl edən onun məhz Şuşada keçirilməsidir. Çünki Şuşa bizim Vətən Müharibəmizin ən şərəfli səhifələrindəndir ki, o, şəhidlərin qanı ilə müqəddəsliyin zirvəsinə ucalmış və Şuşa zəfəri ilə biz özümüzə inamın bərpasını təmin etmişik. Şuşanın həm də dövlətə və dövlətçiliyə sadiq dünya azərbaycanlıları üçün başqa bir önəmli dəyəri də var. Belə ki, Şuşa bizlər üçün həm də müqəddəs olan Ana Vətənin ata vəsiyyətinin icrası ilə bütövləşdiyi tarixi bir məkandır!
Tədbirin Şuşada keçirilməsi həm də bizim milli irsimizə və mədəniyyətimizə nə qədər bağlı olduğumuzun göstəricisidir ki, bunları özündə cəmləşdirən müqəddəs torpaqlarımızı da heç vaxt heç kim bizdən ala bilməz.
Qurultay həm də bizim məkanından asılı olmayaraq bütöv bir xalq və Azərbaycan dövləti olaraq bundan sonra da vəhdət təşkil edən birgə fəaliyyətimizin ən gözəl nümunəsi kimi qəbul edilməlidir. Bundan sonra da yaranan yeni reallıqlarda eyni şəkildə daha da böyük və qüdrətli Azərbaycan naminə fəaliyyətimizin davamı kimi başa düşülməlidir.
- Bu tədbir ölkəmizə və ölkədən kənarda yaşayan həmvətənlərimizə nə qazandırdı?
- Bu tədbir bir daha onu göstərdi ki, bütün dünya azərbaycanlıları da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib və onun xüsusi liderlik xüsusiyyətləri ilə yaratdığı dövlət, xalq və ordu birliyində olmaqdan qürur duyurlar. Bu da öz növbəsində hər zaman ləyaqət prinsipini əsas tutan müstəqil, güclü və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan adına hədsiz qürurvericidir.
src="/storage/files/upload/aa5952e16158efd9ad1929d09b2f879ccf00af50.jpg" style="width: 603px; height: 452.25px;" class="fr-fic fr-dib">
- 44 günlük müharibə zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu günlər hər birimizin həyatına şərəfli səhifələr kimi daxil olub. Tutduğu mövqedən və yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlı həmin zaman əlindən gələni etdi və çox uğurlu işlər görüldü. Mən həmişə bildirirəm ki, dünya sanki yeni bir xalqla tanış olurdu - birlik nümunəsi göstərən, öz haqqını tələb edən, haqq səsini dünyanın dörd bir yanında dayanmadan və çətinliklərə baxmadan ucaldan, ədaləti təmin edən, ləyaqət prinsipini əsas tutan dürüst Azərbaycanla və ya Azərbaycan xalqı ilə... Bütün bunları nəzərə alaraq qeyd edə bilərəm ki, xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti misilsiz idi.
- Ümumiyyəytlə Azərbaycan diasporunun fəaliyyətini İkinci Qarabağ müharibəsindən öncə və sonraya ayırsaq, nə kimi qiymətləndirmə edə bilərik?
- Əsası əyilməz sütunlarla qurulan diaspor siyasətimiz ölkə rəhbərliyinin bu sahədəki zaman-zaman atdığı strateji addımlarla və verdiyi xüsusi tapşırıqlarla daha da ucaldı və özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi, 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib-hazırlanması və icrası, eləcə də diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi yeni inkişaf mərhələsinə keçiddə misilsiz rol oynadı.
Tam əminliklə deyə bilərəm ki, bu gün müstəqil, güclü və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın hər bir sahədə uğurla yürütdüyü siyasəti kimi diaspor siyasəti və onun tətbiqi fəaliyyətindəki son illərdə gördüyümüz inkişafı Vətən Müharibəmizdən sonra özünün tam yeni mərhələsinə qədəm qoyur. Yeni mərhələ, yeni məsuliyyət və o məsuliyyətin doğru daşınması yeni böyük uğurlar imkanı deməkdir ki, bu istiqamətdə də cənab Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında öz prioritetlərini yeni reallıq mərhələsi üçün də bildirdi. Özünəməxsus nizam-intizamla fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu prioritetlər istiqamətində də uğurlu olacağı heç kimdə şübhə doğurmur, çünki o, bugünə qədər qısa bir müddət ərzində diaspor siyasətinin tətbiqində və yeni mərhələyə keçməsində çox ciddi uğurlara imza atdı ki, bu da Azərbaycan və azərbaycanlı adına çox qürur vericidir.
src="/storage/files/upload/06aa2999cbd14f40bf12128915ef09ff436ff5f6.jpg" style="width: 626px; height: 415.247px;" class="fr-fic fr-dib">
- Sizcə, diasporumuz erməni diasporunun yalanlarını ifşa edə və Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilir?
- Əminliklə deyə bilərəm ki, fərqli ölkələrdəki diaspor nümayəndələri və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə son illərdə olan yüksək səviyyəli koordinasiyalı işin təşkili bizim böyük və vahid bir fəaliyyətimizin bariz nümunəsidir ki, bu da erməni yalanlarını ifşa edəcək strateji bir güc deməkdir.
- Nuran doktor, karyeranızda atdığınız ciddi elmi uğurlarla yanaşı, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri olaraq bu sahədə əməkdaşlıq əlaqələrinin inkişafında xidmətləriniz böyükdür. Həm də əminəm ki, bütün bunların arxasında ağır zəhmət dayanır. Bu yolda hansı prinsiplərinizdən heç zaman vaz keçmirsiniz?
- Çox doğru buyurursunuz, görünən işlərin arxasında ağır zəhmət və gün ərzində maksimum 3-4 saat yuxu fasiləsi dayanır. Ümumiyyətlə, həyatda prinsiplər və xarakterlər ən önəm verdiyim şeylərdir. Prinsiplərdən danışırıqsa burada mənim üçün ən önəmlisi məqsədlərinə sadiqlik prinsipidir. Hər adam bacarmaz, xüsusi güc və qabiliyyət tələb edir məqsədlərə sadiq olmaq və ya onu dəyişməmək. Bu həm də xarakterin göstəricisidir. Bu günə qədər bütün çətinliklərə baxmayaraq qarşıma qoyduğum bütün məqsədlərimə sadiq olmuşam.
- Bu yaxınlarda Almaniyadakı Azərbaycanlı Həkimlərin Köln şəhərində keçirilən I forumu çox maraqla qarşılandı. Azərbaycanın və azərbaycanlı həkimlərimizin dünyada tanınması üçün daha hansı işlər görməyi planlaşdırırsınız?
- Bu Forum Azərbaycan tibb tarixində bir ilk idi və bu barədə geniş danışmışam. Bu cür böyük uğurdan sonra dayanmaq doğru olmaz, növbəti proyektlərimizi planlayırıq. Azərbaycanı tibb sahəsində dünyada tanıtmaq üçün isə bir çox təkliflərimiz var, bu məsələdə Azərbaycanda aidiyyatı şəxslər və qurumlardan ciddi maraq gözləyirik ki, onlara dəstək olaq.
- Doktor, icazənizlə tibbi suallara da yer vermək istərdim. İki ildən sonra nəhayət ki, normal həyata qayıdırıq. Məhdudiyyətlərin çoxunun aradan qaldırılması bizi sevindirsə də, xüsusilə Delta və Omikron ştammlarının xəstələrdə ciddi problemlərə yol açdığı yöndə fikirlər var. Sağalan xəstələr postkovid sindromlarından əziyyət çəkdiyini deyir. Bu barədə nə deyə bilərsiniz?
- Bu istiqamətdə ilin əvvəli geniş bir çıxışım olmuşdu. Orada da bildirmişdim ki, 2022-ci ildə effektiv peyvənd alanlar üçün pandemiya bitəcək. Belə də oldu. O ki, qaldı xüsusi ştammlara bu gün üçün onların ciddi təhlükəsindən danışmaq çox tezdir və insanlar bilməlidir ki, onlar bu tip xeyli yeni xəbərlər eşidəcəklər. Əslində bu məsələlər üçün ölkəmizdə COVID-19 siyasətinə və elminə cavabdeh olan şəxslər və ya şəxs müəyyən edilməlidir. Azərbaycan bu məsələdə gecikməməlidir.
Long-COVID vəya postkovid çox ciddi bir məqamlardır ki, onu da Azərbaycanda ciddiyə almaq mütləqdir. Bu məsələ ilə də bağlı yuxarıda qeyd etdiyim şəxslər və ya şəxs mütəmadi olaraq insanları bilgiləndirməlidir. Son elmi tədqiqatı deyə bilərəm ki, xəstəxanaya düşən xəstələrin 75%-i Long-COVID-dən 1 il əziyyət çəkir. Bu bir daha Koronavirus siyasətinin ölkələr üçün niyə əhəmiyyətli olduğunu göstərir.
- Doktor, postkovid sindromlarının ağırlaşmaması üçün nə etməliyik?
- İlkin mərhələdə virusdan effektiv qorunmaq və bəlli effektiv peyvəndlərlə müəyyən formada immunitet yaratmaq ki, virusa yoluxarkən yüngül simptomlarla keçirəsiniz. Bu günə qədər Long-COVID-in qarşısını alan dərman preparatı yoxdur. Ona görə də bir daha bildirirəm ki, ölkələrdə Koronavirus siyasətinin təşkili çox önəmlidir.
src="/storage/files/upload/d9c83f9a77f80a1359cae1dc678ed9191649b8bd.jpg" style="width: 585px; height: 390px;" class="fr-fic fr-dib">
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz