Xüsusi
Hər zaman özümü türk hiss etmişəm - İbrahim Diavara
“Azərbaycanla tanışlığım təsadüfən “Yahşi cazibe” serialını izlədikdən sonra baş tutdu”.
Bu sözləri Publika.az-a müsahibəsində fransız fəal diaspor nümayəndəmiz İbrahim Diavara bildirib.
- İbo, sizi sosial şəbəkələrdən “İbo Kardeş” kimi tanıyırıq.
- Adım İbrahim Diavaradır. 34 yaşım var. Fransada doğulub böyümüşəm. Elə burada da yaşayıram. Belə deyim, özüm Fransa vətəndaşı olsam da, atam seneqallı, anamsa mavritaniyalıdır.
- Türk dilinə sevginiz haradan qaynaqlanır?
- Uşaqlığımdan bəri Türkiyəni çox sevirəm. Parisin türk məhəlləsində böyümüşəm. Hər zaman özümü türk hiss etmişəm. Belə bir atalar sözü var ki, insan türk doğulmur, türk kimi yaşayır. Azərbaycanla tanışlığımsa təsadüfən “Yahşi cazibe” serialını izlədikdən sonra baş tutdu. Anladım ki, türkçülük təkcə Türkiyə ilə sərhədlənmir. Azərbaycanı yaxından tanıdıqca aşiq olmağa başladım. Bu gün həm Türkiyəni, həm də Azərbaycanı öz vətənim kimi sevirəm. Bəlkə də həm bakalavr, həm də magistr təhsilimi türk dili üzrə almağımın əsas səbəbi elə budur.
src="/storage/files/upload/263434693_1560697534308639_2755752764053797118_n.jpg?_nc_cat=102&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=By7DdY5RfysAX8oRYsV&_nc_ht=scontent.fgyd4-2.fna&oh=00_AT-RcGP3SG_15-1p0MavMS01A1fdjyttz1af_vLRrSi5nw&oe=62775DEA" alt="Peut être une image de 2 personnes, aliment et intérieur" class="fr-fic fr-dii">
- Sizi Parisdə Azərbaycan dili dərslərində fəal iştirakınızdan tanıyıram.
- Bəli. Azərbaycan mədəniyyətini çox sevirəm. Elə buna görə də dilinizi daha gözəl mənimsəmək üçün INALCO-da Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti dərsləri almağa başladım. Azərbaycan haqda olan biliyimi təkmilləşdirməyə başladım. Mən Azərbaycanla Türkiyəni bir-birindən ayrı təsəvvür etmirəm. Bir millət, iki dövlət anlayışı tamamilə doğrudur. Çox sevinirəm ki, Fransadakı Azərbaycan diasporu da məni özlərindən ayırmır. 2011-ci ildən bəri Qarabağ işğalı haqda fransız ictimaiyyətini maarifləndirmək üçün çalışıram.
src="/storage/files/upload/274410895_1619285718449820_2757439768737625635_n.jpg?_nc_cat=111&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=p0AHgzXdL1EAX_waEBE&_nc_ht=scontent.fgyd4-3.fna&oh=00_AT_jlMaj4Rp9qPOclzKd00-L402lngOLB6fyjJcBN-KgOA&oe=62778502" alt="Peut être une image de 3 personnes, monument et plein air" class="fr-fic fr-dii">
- Ölkəmizdə olmusunuz?
- 2016-cı ildə Azərbaycana 10 günlük səfər etdim. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gəlmişdim. Əsas səbəb də azərbaycanca ən yaxşı tələbə seçilməyim idi. Bakı, Qəbələ, Lahıc və İsmayıllıda oldum. Azərbaycan xalqı istiqanlı və qonaqpərvərdir. Amma ən çox Şəkini sevdim. Məni görən hamı təəccüblənirdi ki, Afrika kökənli bir oğlan azərbaycanca necə danışa bilər. Kral kimi qarşılandım desəm, az olar. Özümü evimdə hiss edirdim. Mənə göstərilən sevgi və qayğı üçün bir daha əziz xalqıma təşəkkür edirəm.
- Sizi Qarabağda da gözləyirik.
- Mütləq gələcəm.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


