Xüsusi
Azərbaycanlıları bir çətir altında toplamaq üçün... - Mikayıl Oyta
Şimallı, Cənublu Azərbaycanı gözü kimi sevən, bütöv Vətənimizi uzaq Avstraliyada təbliğ edən növbəti müsahibimiz Mikayıl Oytadır.
Publika.az diaspor fəalı, hüquqşünas Mikayıl Oyta ilə müsahibəni təqdim edir:
- Mikayıl bəy, sizi Avstraliyadakı soydaşlarımız yaxşı tanıyır. Bəs ölkəmizdəki həmvətənlərinizə necə təqdim edək?
- Əslən Təbrizliyəm. 1988-ci ildə Güney Azərbaycandan Avstraliyaya mühacirət etmişəm. Elə burada da ailə qurdum. 90-cı illərdən başlayaraq Şimali Azərbaycanımız işğaldan azad olundu. Bu, artıq parlaq gələcəyin təməli demək idi. Azadlığımıza nəinki Azərbaycanda, həm də vətənimizdən lap uzaqlarda yaşayan biz qəriblər də eyni şəkildə sevindik. Çünki bu bizim nəinki mədəni, həmçinin siyasi, iqtisadi dirçəlişimizin bünövrəsi idi.
- Avstraliyada Azərbaycan diasporunun əsası həmin illərdə qoyuldu?
- Əslində o dövrədək də birlik idik. O illərdən etibarən qolumuzu daha çox çırmayıb işə başladıq. Bilirsiniz ki, qəlbi vətənlə, Azərbaycanla döyünən 40 milyondan çox güneylimiz var. Bu həm keyfiyyət, həm də kəmiyyət baxımından çox yüksək göstəricidir. 2 əsr öncə qardaşı qardaşdan ayıran siyasi oyunlar bizim qəlbimizə çox ağır yaralar vurub. Biz Vətən həsrətimizi nəsillərdən-nəsillərə ötürmüşük tarixən. Arazın o tayından bu tayına olan həsrət körpüsü qəlbimizi çox yorub. Odur ki, müstəqil Azərbaycanın qürurunu biz də yaşadıq. Nə qədər çətin olsa da, ölkəmizlə rabitə yaratmağa çalışdıq. Bu gün isə artıq güclü diaspor qura bilmişik.
src="/storage/files/upload/fd96a4835558cf37335b72b99d287f0d0e7cd331.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Hətta torpaqlarımız işğalda olanda çox işlər gördünüz.
- Erməni işğalı Azərbaycanımızın ən böyük yaralarından idi. Xocalı faciəsi hər birimizin ürəyində qara bağ idi. Biz həmin dövrlərdə bir sıra tədbirlər həyata keçirdik. Azərbaycanın haqq səsini Avstraliyada ucaltmağa başladıq. 2000-ci illərdən etibarən isə Azərbaycan diaspor komitəsilə sıx əməkdaşlıq qurduq. Azərbaycandan Avstraliyaya diplomatlar gəldi. Konsertlər, tədbirlər bir-birini əvəzlədi. Bu günədək də fəaliyyətimiz bu yöndədir.
- Bildiyim qədərilə Avstraliyada yaşayan həmvətənlərimizə hüquq müstəvisində də dəstək olursunuz.
- Avstraliyada hüquq şirkəti qurmuşam. Biz burada iqtisadi və siyasi sahələr üzrə qanunla çətinliyi olan həmvətənlərimizə dəstək olmağa çalışırıq. Amma xidmətimiz tək bununla bitmir. Başqa millətlərə, elə avstraliyaylılara da yardım edirik. Bununla azərbaycanlıların yardımsevər xalq olduqlarını təbliğ edirik. Biz fərq qoymuruq, həm cənublu, həm şimallı həmvətənlərimizin hamısını eyni dərəcədə sevirik. Çünki bir xalqın övladlarıyıq. Çətin durumda olan qardaşlarımıza hər cür dəstək göstəririk.
src="/storage/files/upload/7f0a0b5d810a4adc8bb21a20072ddf67c0a0fe34.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Azərbaycanlıları bir çətir altında toplamaq üçün var gücümüzlə çalışırıq. Bizim övladlarımız qürbətdə böyüyür. Milli kimliklərini unutmağa qoymuruq. Mən Diasporla İş üzrə Dövlət Komitəsinə, xüsusən də Fuad Muradov başda olmaqla bu qurumun bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm ki, bizimlə sıx ünsiyyət saxlayır. Layihələrimizə dəstək olurlar.
- Amma əminəm ki, problemləriniz də az deyil.
- Bu, mütləqdir. Ən böyük problemimiz Avstraliyada çox güclü təşkilatlanmış erməni diasporudur. Bu barədə çətinliyimiz çox olub. Xüsusən də qarşındakı qüvvə aqressiyanı və yalanı təmsil edirsə, işin ikiqat ağırdır. Mən onları dağıdıcı qüvvə adlandırıram. Təxribatları ilə Avstraliya vətəndaşlarını Azərbaycanla üz-üzə qoymağa çalışırlar. Saxta "artsax"ın yasını tuturlar.
- Yəni zəfərlə bitən 44 günlük müharibəmiz əslində güclü informasiya savaşımızın başlanğıcı idi.
- Əlbəttə. Biz "Qarabağ Azərbaycandır" həqiqətini Avstraliyada qərəzsiz tanıtmaq üçün əsasən KİV-lərə üz tuturuq. Televiziya, radio, qəzetlərlə əməkdaşlıq edirik. Biz işimizi sakit, təmkinlə, faktlara əsaslanaraq edirik ki, aramızdakı fərq bilinsin. Həqiqətin bağırtıya ehtiyacı yoxdur. Odur ki, Azərbaycan diasporuna qarşı heç bir yerdə mənfi reaksiya görmürük. Biz eyni zamanda Avstraliyanın da milli mənafeyinə xidmət edirik. Bu da çox önəmlidir.
- Məsələn, nə kimi işlər görürsünüz?
- Gəlinən vacib faktı vurğulayım. Hazırkı iqtidara dəstək veririk. Hətta səsvermələrdə də fəal idik. Bilirsiniz, buna görə təşəkkür də etdilər. Qalib hakimiyyət dəfələrlə icmamızla görüşüb, öz himayəsini bizdən əsirgəməyib. Biz əslində Avstraliya ilə Azərbaycan arasında sülh körpüsü rolunu oynayırıq.
src="/storage/files/upload/1c180c99207bfb2f39bdc173cc4c191fee4f505f.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Mikayıl bəy, Avstraliyadakı soydaşlarımızın ən çox ehtiyacları nəyədir?
- Burada demək olar ki, 40 min azərbaycanlı yaşayır. Onların 3 mini şimallı, 37 mini isə güneylidir. Arzu edirəm ki, tezliklə Sidneydə Azərbaycan Evi fəaliyyətə başlasın. Bu, mütləqdir. Hazırkı hədəfimiz bu istiqamətdədir. Çox istərdim ki, evimizin açılışından sonra məktəbimiz də fəaliyyətə başlasın ki, balalarımız milli ruha sadiq olsunlar. Biz də onlara dilimizi, mədəniyyətimizi aşılayaq.
-
Magazin225 Noyabr 23:30
İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdi - FOTO
-
Hadisə25 Noyabr 23:00
Bakıda tiktoker qız onu söyən kişini tapıb ayağını öpdürdü - VİDEO
-
Rəsmi xronika25 Noyabr 22:38
İlham Əliyev Trampa zəng etdi
-
Hadisə25 Noyabr 21:40
“Bəy hamamı”nda yanğın oldu - VİDEO/YENİLƏNDİ
-
Hadisə25 Noyabr 20:45
İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
-
Magazin125 Noyabr 20:25
Müğənnilərimizin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ: bir gecədə 100 min manat... - SİYAHI
-
Səhiyyə25 Noyabr 19:00
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
-
Nəqliyyat25 Noyabr 18:55
17 yolda tıxac var - SİYAHI