Xüsusi
Əfsanəvi “Karvan”ın prodüseri: Parapsixoloq diplomum var
Uzun illər ABŞ-da yaşayıb fəaliyyət göstərən, əfsanəvi “Karvan” qrupunun prodüseri Sevinc Kərimovanın Publika.az-a müsahibəsini təqdim edirik:
- Sevinc xanım, əfsanəvi “Karvan” qrupunun prodüserisiniz. İki gün unudulmaz konsert verdiniz. Təbrik edirəm!
- Təşəkkür edirəm. Bəli mən həmçinin bu konsertin quruluşçu rejissoru və ideya müəllifi oldum. Böyük xoşbəxtlik idi ki, nəyahət bütün iştirakçılarımız Vətəndə görüşdü. Hərəmiz dünyanın bir ucunda yaşayırıq. Hələ də inana bilmirəm ki, görüşə bildik, ən önəmlisi isə konsertimiz belə gözəl keçdi. Almaniya, Britaniya, Amerika, Türkiyə, ən əsası Azərbaycandakı üzvlərimiz birləşdi. Bu, nostaljinin ən şirin nümunəsi idi. Maraqlısı odur ki, həm ilk, həm də son konsertimiz eyni məkanda baş tutdu.
- Belə coşqulu konsertdən sonra növbətini planlaşdırırsınız?
- Bu bizim 30 illiyimizə həsr olunmuş final konserti idi. Düşünmürəm ki, bundan sonra yeni tədbir planlaşdıraq. Amma qismət...
src="/storage/files/upload/7867315a254c9a2ce6e38546010fe80e2d2f8169.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Tamaşaçılarınız, pərəstişkarlarınız məmnun qaldılar. Bəs sizin təəssüratlarınız necədir?
- Dediyiniz kimi əsas da tamaşaçıların emosiyalarıdır. Siz bəyənmisinizsə, demək biz ikiqat xoşbəxtik. Biz dünya səviyyəsində göstərməyə çalışdıq ki, belə zövqlü musiqimiz var. 30 il sonra cəmi iki gün məşq və konsert. Bu özü böyü uğurdur. Amma 6 aydır ki, onlayn şəkildə işlərə başlamışdıq.
- 30 ildir ki, qürbətdə yaşayırsınız...
- “Karvan” qrupu dağılandan sonra 14 il Türkiyədə yaşadım. Son 16 il isə Amerikada Los-Ancelesdə məskunlaşmışam. Vətəndən uzaqdayıq. Təbii ki, darıxırıq, amma həyatım da, işim də artıq Amerikadadır. Əslində “Karvan”ın konserti Azərbaycana gəlmək üçün ideal səbəb idi.
- İdeya necə yarandı?
- Konsert haqqında düşünəndə qrup üzvləri məndən ssenari qurmağımı istədilər. Məqsədimiz o idi ki, 30 il öncəyə, “Karvan”ın ilk illərinə geri dönək. Köhnə Bakı, həmin dövrün bulvarını canlandırmağa çalışdıq. Düşünürük ki, buna nail ola bildik.
-Şübhəsiz.
-Kompüter qrafikasını Kanadanın tanınmış şirkəti ilə həll etdik. Səsyazma Qazaxıstanda baş tutdu. Xoreoqrafiyanı Azərbaycanda sistemiləşdirdik. Və konsert üçün son iki gün bütün komanda ilə məşqlərimiz oldu. Sonda isə unudulmaz iki konsert.
src="/storage/files/upload/9f888e0448b437d5a165c10aa4fcff95dc84cf2c.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
-Azərbaycanlı prodüserin ABŞ-da günləri necə keçir?
Amerikadakı həyatım Azərbaycandakından fərqlənmir. Həyat yoldaşım Mikayıl Vəkilov bəstəkardır. O, həmçinin sevimli qrupumuzun əksər mahnılarının müəllifidir. İki övladım var. Qızım ailəlidir. 2 övladı var. Amerikanın məşhur fotoqraflarındandır. ABŞ-ın nüfuzlu jurnalları ilə çalışır. Oğlum Rüstəm isə Hollivudda rejissor kimi fəaliyyət göstərir. Yəni, kənardan sadə görünən yaradıcı həyatımız var. İndi layihəmiz üçün Bakıdayam. Səfərimiz ömrüm boyu yadımda qalacaq. Amma artıq evə qayıtmaq vaxtıdır.
-Artıq ev ABŞ-dır eləmi?
-Təəssüf ki, bəli.
-Sevinc xanım bilirəm ki, çox maraqlı fəaliyyət sahəniz var. Bu barədə bizə geniş məlumat verməyinizi istərdim.
- Bəli. Diaqnostika isə məşğulam. Mən 4 dəfə kliniki ölüm keçirmişəm. Onda sonra bu sahəyə üz tutdum. Psixi və psixoloji xəstəliklərin kökünü araşdırıb, müalicə edirəm. İnsanların enerjisini bərpa edib, ağır xəstəlikləri sağaldıram. Bura tək depressiya, psixi sarsıntılar deyil, həm də immun sisteminin pozulması da aiddir. Siyahı çox uzundur. Hətta dövrümüzdə çox yayılan panik ataklar, mənşəyi bilinməyən ağrılar da daxildir. Dəqiq səbəbi enerjiylə müalicə edirəm. Keçmişdəki incikliyimiz, keçirdiyimiz ağır stress, travmalarımız bu ağrılara, pozuntulara yol açır. Parapsixologiya da məhz bu sahəni dərindən tədqiq edir. Məruz qaldığımız psixoloji şok, qorxu, ətrafımızdakılardan eşitdiyimiz hər neqativ söz, aqressiya, inciklik auramızı zədələyir.
- Əminəm.
- Böyük psixoloji travmalar çakralarımızı bağlayır. Vaxt keçdikcə bütün bu faktorlar enerjimizi dəlik-deşik edir. Bütün mənfi təsirlər də o dəliklərdən biosahəmizə dolur və bədənimizi çürüdür. Auramızın məhvi 80 faiz cadu, stress, psixoloji şok, digər hallarda isə bədnəzərdən asılıdır.
src="/storage/files/upload/79e69f7d3560234af5ff5795c3d8ece0998f474a.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Yəni cadu və bədnəzərə inanmalıyıq?
- Təəəccüblənə bilərsiniz. Amma həm bədnəzər, həm də cadu bizə mənfi təsir edən enerji növləri sayılır. Ruhumuz da, bədənimiz də bu gərginlikdən sarsılır. Həyatımızdakı problemlərin də, uğursuzluqların da, ümumilikdə xaosun kökü budur.
- Sevinc xanım, çox maraqlı məqamlardan danışdınız. Bəs bu işi xüsusən də ABŞ kimi ölkədə gerçəkləşdirmək üçün qanuni icazəniz var?
- Əlbəttə lisenziyam olmasa, işləyə bilməzdim. Pasientlərim də mənə inanmaz. 30 ildir ki, bu sahədəyəm, parapsixoloq, enerqoterapevt diplomum var. Hətta Türkiyədə yaşayanda öz klinikam vardı. Dünyanın hər yerindən pasientlərim gəlirdi. İndi isə öz ofisimdə çalışıram. Onlayn pasientlərim daha çox olur.
src="/storage/files/upload/22f639031f2ae46a5f290df84156954516f39ba1.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Bildiyim qədər reiki fəsləfəsi ilə məşğulsunuz. Mən də bu sahə ilə maraqlanıram. Bəlkə daha geniş məlumat verəsiniz.
- Bəli reiki dərsləri tədris edirəm. Dünyanın hər yerindən tələbələrim var. Reiki həyatını yaxşılaşdırmaq məqsədilə enerjini bir məcraya yönəltmək deməkdir. Uzaq məsafədən reiki enerjisi ötürmək və müalicə qabiliyyətim var. Uğur qazanacağına öncə özün inanmalısan. İnanmaq insana çox şeyi öyrədir. Mənim də əsas missiyam insanlara özlərinə kömək etməyi öyrətməkdir.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz