Xüsusi
Meyxana sənət deyil? - 3 milyon adam bizə əl çalır – MÜSAHİBƏ

Publika.az meyxanaçı Kərim Abi ilə müsahibəni təqdim edir:
- Son günlər meyxana həm sosial şəbəkələrdə, həm də KİV-də tənqid obyektinə çevrilib. Bunun səbəbi nədir?
- Fikrimcə, meyxananın tənqidi ilə bağlı işlədilən arqumentlər tutarlı deyil. Bu barədə sosial şəbəkələrdə də video paylaşmışam. Həmin şəxslər deyir ki, meyxananı kriminal, avara, narkoman, şiddətə meyilli cəmiyyət yaradıb. Ötən il Türkiyədə xeyli sayda qadın qətlə yetirilib. Türklər meyxanaya qulaq asırlar?! Niyə öldürüblər həyat yoldaşlarını?! Yaponiyada “Yakudza”, İtaliyada “Siciliya” kimi dünyanın ən hegemon mafiya qruplaşmaları var. Əllərində dünya siyasətinə belə müdaxilə edəcək qədər milyardlarla pul var. Onlar Rəşad Dağlıya qulaq asır?! Tənqidçilər avtoxuliqanlığa meyil yaratmaqda da bizi günahlandırırlar. Məgər ərəblər də meyxanaya qulaq asaraq drift edir?! Onlar başa düşməlidir ki, meyxana cəmiyyəti yaratmır, əksinə, cəmiyyət meyxananı yaradır.
- Meyxananı avara qrupların qulaq asdığı bir musiqi kimi dəyərləndirənlərə nə demək istərdiniz?
- Alimlər, müəllimlər sağlam cəmiyyət formalaşdırmağın, təhsil sistemindəki boşluqları aradan qaldırmağın yolunu axtarmaqdansa, yapışıblar meyxananın yaxasından. Mən və ya mənim qardaşım niyə elə deyilik?! Mən meyxana deyirəm, qardaşım da meyxanaçı ilə bir evdə yaşayır. O, niyə avara deyil? Mən özüm də ssenarist-redaktor işləyirəm. Yəni tənqidçilərin metodları düzgün deyil. Bəli, meyxana ola bilər ki, hansısa yerdə, hansısa məsələ ilə əlaqədar formalaşmamış bir gəncə yanlış məlumat verə bilər. Amma bizi elə tənqid edirlər ki, sanki başdan-ayağa səhvik. Axı çox yaxşı nümunələrimiz var. Vətənpərvərlik haqqında meyxana deyəndə biz onu dinləyən gənclərə vətənpərvərlik ruhunu aşılamış oluruq. Sosial şəbəkələr vasitəsilə bir çox gənc mənə yazır və bildirirlər ki, meyxanaya qulaq asdıqdan sonra Nizamini, Füzulini, Sabiri oxumağa başlayıblar. Bu gəncləri də biz yaratmışıq. Meyxananı tənqid edənlərlə razı olduğum və razı olmadığım məqamlar var. Onların mübarizə metodlarını bəyənmirəm.
- Bu gün meyxananın vəziyyəti sizi qane edir?
- İndiki meyxana atmosferi məni qane etmir. Amma vəziyyəti qane edir. Çünki gənc meyxanaçılar var və yaxşı meyxana deyirlər. Bundan sonrakı 15-20 ilə daha nikbin baxmağımıza şans yaradırlar. Ümumilikdə isə çalışırıq ki, bəzi çatışmazlıqları aradan qaldıraq və şiddətli tənqidlərə məruz qalmayaq. Bizi tənqid edən şəxslərə zəng vurub müsahibə alsanız, onların 90 faizi fikrini düzgün ifadə edə bilməz. Bizi bəyənmirlər, lakin özləri Azərbaycan dilində normal danışa bilmir. Onlar başa düşməlidir ki, 100 il də çalışsalar, meyxana yoxa çıxmayacaq.
- “Meyxana sənət deyil” deyənlərə cavabınız nədir?
- Bunu deyənlərin şəxsinə hörmət edirəm, lakin fikirləri ilə razılaşmıram. “Folk” xalq deməkdir. Mənə 2 milyon xalq qulaq asırsa, mən necə xalqın deyiləm? Bəli, ədəbiyyatda folklor deyiləndə meyxana göstərilmir, aşıq sənəti nümunə gətirilir. Gəlin, müqayisə edək. Azərbaycanda hansı folklor sənətinin meyxana qədər dinləyicisi var? Səlim müəllimin də dediyi kimi, meyxananı deyən sənətkardırsa, deməli, meyxana sənətdir. Düzdür, elə meyxanalar var ki, onlar sənət deyil, ola da bilməz. Fikrimcə, tənqid edən şəxslər elə arqumentlər səsləndirməlidir ki, həmin arqumentlər onların fikirlərini dəstəkləsin. Deyirlər, meyxana sənət deyil. Meyxana necə sənət deyil ki, 3 milyon adam bizə əl çalır.

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır