Xüsusi
“Bu yaşda ömrünüzün sonuna qədər...” Məşhur neyroloq beyini gücləndirməkdən danışdı
Vendi Suzuki Nyu York Universitetinin İnteraktiv Tədqiqat Laboratoriyasını uğurla idarə edir və fiziki fəaliyyətin beyin sağlamlığına birbaşa təsiri barədə kitablar yazır. O, aerobik məşqlərin diqqətimizi, yaddaşımızı və idrak qabiliyyətimizi necə yaxşılaşdırdığını öyrənir. Mütəxəssis düşüncə tərzinizi dəyişdirə və həyatınıza təsir edə biləcək orijinal məşq texnikası hazırlayıb. O, kəşflərini “Beynə aşiq olan qəribə qız. Neyrologiya bilikləri daha cəlbedici, xoşbəxt və daha yaxşı olmağa necə kömək edir” əsərində ətraflı izah edib.
22 iyul Ümumdünya Beyin Günündə ən çox satılan kitabın müəllifi beyin sağlamlığı ilə bağlı vacib tövsiylər verib. O, beyin fəaliyyətini və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək bir neçə əsas qaydanı bölüşüb.
Publika.az ekspertin müsahibəsini təqdim edir:
- Həyatı yaxşılaşdırmağa kömək edəcək bəzi təcrübələrinizi bölüşə bilərsinizmi?
- Bildiyim ən vacib “layfhak” (Life hack - problemi ən sadə və ən sürətli şəkildə həll etməyinizə kömək edən bəzi hiylə və ya faydalı məsləhətlər deməkdir) odur ki, fiziki fəaliyyəti müntəzəm olaraq həyatınıza daxil etməyin bir yolunu tapmalısınız. Bunu elə edin ki, əyləncəli olsun: əgər ictimailəşməyi sevirsinizsə, o zaman dostlarınızla çölə çıxın, yalnızlığa üstünlük verirsinizsə, mənzərəli parkda gəzin. Bir nevroloq kimi sizə deyə bilərəm ki, bu, sizə böyük enerji və təkan verəcək, həyatınız daha sağlam və xoşbəxt olacaq.
- Hansı qidalar beyin fəaliyyətinə faydalı təsir göstərir?
- Bədən üçün faydalı olan hər şey beyin üçün də faydalıdır. Tərəvəz, meyvə, balıq və yağsız ətlə zəngin rasion demək olar ki, hər kəs üçün uyğundur. Sağlam yağları da unutmayın. Ən yaxşısı Aralıq dənizi qidalanma sistemidir.
- Fiziki fəaliyyət beyin fəaliyyətinə necə təsir edir? Məşq nə zaman daha təsirli olur?
- Bütün aerobik məşqlər beynimizə müsbət təsir göstərir. Ürək ritmini artıran fiziki fəaliyyətlər faydalıdır, amma bu o demək deyil ki, marafon qaçışına çıxmalısınız. Evdə təşkil etmək asan olan sadə məşqlər belə öz bəhrəsini verə bilər. Məşq etmək üçün ən yaxşı vaxt nə vaxtdır - sualının cavabı: istənilən vaxt! Heç bir şey etməməkdənsə, iş gününün ortasında ən azı 10 dəqiqənizi fiziki fəaliyyətə həsr etməyiniz daha yaxşıdır. İdman neyrotransmitterlərin sərbəst buraxılmasını, əhval-ruhiyyəyə müsbət təsir edən və beyin gücünü artıran amilləri stimullaşdırır. Səhər məşqlərə vaxt ayırsanız, bütün gün beyin müsbət enerji dalğasında olacaq.
- Bəs seks beyin fəaliyyətinə necə təsir edir?
- Seks beyin üçün faydalı olan endorfin, neyrotransmitter, ümumiyyətlə əhval-ruhiyyəni yaxşılaşdıran digər hormonların da buraxılmasına səbəb olur. Daimi cinsi əlaqə mütləq sağlam həyat tərzinin vacib hissəsidir: beyninizi sağlam və xoşbəxt saxlayacaq.
- Otuzdan sonra beyni necə formada saxlamaq olar?
- Düşünürəm ki, 30-40 yaş arasında beyin sağlamlığının qeydinə qalmaq xüsusilə vacibdir. Məhz bu yaşda ömrünüzün sonuna qədər dəyişməyən vərdişlər yaranır. Bu intervalda özünüz üçün sizə ən yaxın olan, uzun illər həyatımızın bir hissəsinə çevriləcək müntəzəm fiziki fəaliyyət formasını seçməlisiniz. Daimi məşq beyni formada saxlamağa kömək edəcək və bu, rifaha, əhval-ruhiyyəyə, konsentrasiyaya birbaşa təsir göstərir. Aktiv olmaq həqiqətən beyin funksiyasını yaxşılaşdıra bilər. Həyat tərzində müsbət dəyişikliklər beyni gələcəkdə yaşla bağlı yarana biləcək problemlərdən qoruyacaq.
- Sosial şəbəkələr və texnologiya beyinə necə təsir edir?
- İnsan təbiətcə cəmiyyətə cəlb olunur. Beynimizin böyük bir hissəsi digər insanlarla əlaqə saxlamağa və cəmiyyətin siqnallarını anlamağa kömək edən proseslərdə iştirak edir. Doyurucu sosial həyatla məşğul olmaqla bəzi idrak funksiyalarını aktivləşdirirsiniz.
Texnologiya əladır, bizə faydalı məlumatları tez və asanlıqla əldə etməyə kömək edir. Amma bu, asılılıq yarada bilər. Bundan əlavə, smartfonlar yuxu ritmlərinin pozulmasına səbəb olur ki, bu da ümumi sağlamlıq üçün yaxşı hal deyil. Sosial mediada neqativ xəbərlərə rast gəlməl stress və narahatlıq səviyyələrini artıra bilər. Bəli, texnologiya həyatımızı çox asanlaşdıra bilər, lakin biz ondan sağlamlığımıza zərər verməyəcək şəkildə istifadə etməyin yolunu tapmalıyıq. Vəziyyətə nəzarət edin, vaxtınızı smartfonunuza yox, beyninizin inkişafına sərf edin!
Aytən Məftun
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO