Ölüləri basdırmayan, onlarla bir yerdə yaşayan MÜSƏLMAN ÖLKƏSİ - FOTO/VİDEO
Bizi izləyin

Yolçu

Ölüləri basdırmayan, onlarla bir yerdə yaşayan MÜSƏLMAN ÖLKƏSİ - FOTO/VİDEO

İndoneziyanın təbiəti o qədər valehedicidir ki, yerli sakinlərin evində aylarla ölü saxlaması, çimizdirməsi, ruhlarla yatıb-durması turistləri zərrə qədər qorxutmur. Əksinə ekzotika və macəra axtarışında olanların marağına səbəb olur. Bəs bu qəribə ölkə daha nə ilə səyahət həvəskarlarını özünə cəlb edir?

Əgər bu səbəbləri öyrənmək istəyirsinizsə, sizi Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində İndoneziyaya virtual səyahətə dəvət edirik. Gəlin çoxillik tarixi olan maraqlı, sirli və gözəl ölkəni birlikdə gəzək. Odur ki, yolçu yolda, gözlər isə yazıda gərək...

İlk növbədə qeyd etmək lazımdır ki, dünyanın qəribə ənənələri və bənzərsiz mədəni abidələri, qədim sivilizasiyası və insan əlinin korlamadığı təbiətlə məhz burada tanış olmaq mümkündür. İndoneziya zəngin və mürəkkəb tarixi olan ölkədir. Dünyada sahəsinə görə 16-cı yerdədir. 17 mindən çox adadan ibarət olan İndoneziya ən böyük arxipelaqıdır. Ölkənin paytaxtı Yava adasındakı Cakarta şəhəridir. İndoneziya tektonik cəhətdən fəal ərazidə yerləşdiyinə görə ərazisində Krakatua və Tambora da daxil olmaqla 150-dən çox aktiv vulkan var.

İndoneziyada əsas gəlir mənbəyi turizmdir. Hökumət yeni turistlərin cəlb olunması üçün hər cür tədbirləri görməyə hazırdır, bunun üçün ekzotik tur siyahısını hər il bir az da genişləndirir. Bu səbəblər ekzotik istirahət həvəskarlarını artıq neçə ildir ki, İndoneziyanı seçməyə vadar edir. Son məlumatlara görə, turistlər üçün cəlbediciliyi baxımından və davamiyyət səviyyəsinə görə ölkə dünyada dördüncü mövqedə yerləşir.

Möhtəşəm budda kompleksi

Картинки по запросу Боробудур

İndoneziya özündən induizm, buddizm və islam dinlərinin abidələrini birləşdirən məbəd memarlığının nadir beşiyidir. Möhtəşəm budda kompleksi - Borobudur e.ə. IX əsrdə dördtərəfli nəhəng piramidalar şəklində tikilən ən böyük məbəddir. Borobudur Budda kompleksi Vişna, Şiva və Braxma allahlarına həsr olunmuş dünyada ən iri dini tikililərindən biridir ki, günümüzədək qorunub saxlanılıb. Min il əvvəl Merapi vulkanından sonra insanlar bu yerləri tərk edib. 800-cü illərdə inşa edildiyi düşünülən bu möhtəşəm məbəd vulkan partlaması nəticəsində uzun əsrlər unudulub. Lakin nəhəng memarlıq kompleksi yalnız 1815-ci ildə, demək olar ki, vulkan külü və tamamilə cəngəlliklərlə örtülmüş halda tapılıb. Yarım əsr keçəndən sonra YUNESKO-nun himayəsi altında onun əsaslı bərpasına başlanılıb. Qazıntıları zamanı budda kompleksinin digər maraqlı materialları da tapılıb, onları Borobudur kompleksinin ərazisində yerləşən eyniadlı muzeydə görmək olar. Məbədi sübh tezdən ziyarət etmək daha yaxşıdır. Çünki budda kompleksi doğan günəşin şüaları altında çox füsunkar görünür.

Qeyd edək ki, İndoneziya əhalisinin böyük əksəriyyəti - 87 faizi müsəlmanlardır, xristianlar əhalinin 7 faizini təşkil edir. Yerdə qalan isə hinduizm və başqa dinlərin nümayəndələridir. Ümumiyyətlə bu gün İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan bu ölkədə İslam dini qılınc və hərb gücünə deyil, tacirlərin vasitəsilə yayılıb.

Картинки по запросу Боробудур

Tanrılar adası

Tanrıların adası Bali

Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Dünyada Bali adası qədər cəlbedici olan çox az yer tapılar. Bali Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus adadır. Bu ada dünyada həm də tanrıların adası kimi məşhurdur. Sanskrit dilində əmin-amanlıq və sülh mənasını verən Bali xüsusən iyul və avqust aylarında turistlərin üstünlük veridiyi istirahət məntəqəsidir. Çünki bu aylarda temperatur 28-30 dərəcə olur. Həm dənizdə çimə bilir, həm də rütubət çox az olduğu üçün tərləmirsiniz. Günəş adasında əbədi mavi səma və okean, ağ qumlu çimərliklər və təbiət İdoneziya mədəniyyəti ahəngdar şəkildə uzlaşır, insanlar isə Allahların vətənində sülh və əmin-amanlıq tapır. Bali həm də tropik cəngəlliklər, göllər və vulkanik dağ zirvələri, hindqozu ağacları, qədim məbədlər, geniş düyü terrası deməkdir. Bali adası həm də ona görə müqəddəs sayılır ki, burada insanlar sadə şeylərə sevinməyə bacarırlar.

Tanrıların adası Bali

Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-ayağa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalını xatırladır. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin “Min bir gecə” nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir. Okeanın sahilində yerləşən dəbdəbəli hotellərdə, dünyadan ayrılan Ubud çimərliklərində insan özünü tapır və həyatın gözəlliyini öyrənir. Bu ərazilərdə çoxlu yoqa mərkəzləri fəaliyyət göstərir.

Elizabet Hilbertin yaşadığı ev

Убуд, Бали, Индонезия

Özünü dərk etmək, xoşbəxtliyi tapmaq üçün dünyanın müxtəlif yerlərinə yollanan tanınmış jurnalist Elizabet Hilbertin hekayələri haqqında demək olar ki, hər bir qadın eşidib. Onun marşrutunun üçüncü bəndi müqəddəs Bali adasını ziyarət etmək idi. Jurnalist uzun illər axtarışında olduğu məhəbbət və daxili harmoniyaya bu adada qovuşur. Elizabet Ubud şəhərciyində yaşayıb. Hərçənd, deyilənə görə, onun yaşadığı ev indi baxımsız vəziyyətdədir və onu icarəyə götürmək olmaz.

Mənəvi rahatlıq axtaranlar karmasını meditasiyalarla təmizləmək üçün Ubudda toplaşır, onlara “Ye. Dua et. Sev” əsəri əsasında çəkilən filmin amerikalı pərəstişkarları yoldaşlıq edir.

Yeri gəlmişkən, sözügedən film məhz bu adada lentə alınıb. Bir çox turistlər adaya Culiya Robertsin təcrübəsini təkrar etmək və zahirən Xavyer Bardema kimi yaraşıqlı bir kişi ilə tanış olub ömrünün sonuna qədər burada yaşamaq ümidi ilə gəlir... Ümumiyyətlə, sözügedən filmin Bali adasına turist axının çoxalmasında böyük rolu olub.

Fəaliyyətdə olan vulkanları gəzmək

Вулкан Бромо, Ява, Индонезия

Yava adasındakı Bromo vulkanı populyar turist əyləncə məntəqəsidir. O, “Tengger Bromo Semeru National Park” parkının və digər vulkanların yaxınlığında yerləşir. Bromo və Semer vulkanı görünüşünə görə, dünyada ən cəlbedici vulkanlardan biridir. Onun zirvəsinə müstəqil şəkildə çıxmaq olar. Yol lava dənizi vasitəsilə məbədin yanından keçir, daha sonra isə kraterin kənarlarına pillələrlə yuxarı qalxırsınız.

Похожее изображение

Əgər dağa dırmaşmağa tənbəllik edir, amma eyni zamanda mənzərələri görmək istəyirsinizsə, onda Penancakan dağına ekskursiya üçün açıq cip götürün. Həmçinin Bromo yaxınlığında günü 15 dollara olan hotellərin birində gecələmək olar. Bu rahatdır, çünki ən yaddaqalan gəzintiyə hələ hava işıqlanmamış başlamaq yaxşıdır.

Nəhəng vulkanik göldə qayıqda gəzmək

Sumatra adasında isə öz miqyası ilə heyrətə salan böyük Toba gölü var. Toba dünyada vulkanik mənşəli ən böyük göldür. Bəzi qiymətləndirmələrə görə o, təxminən 69000-77000 il əvvəl eyni adlı vulkan püskürməsi nəticəsində yaranıb. Onun sahəsi 1700 kvadrat km-dir, maksimal eni 30 km, dərinliyi isə bəzi yerlərdə yarım km-ə çatır. Bir neçə gününüzü göldə keçirsəniz, peşman olmarsınız: bir qədər vulkan sularda üzün, qayıqda gəzin və yerli Batak qəbiləsinin ənənələri ilə tanış olun. Gölün lap mərkəzində, Samasir adasında yerləşən hotellərin birində gecələmək də olar.

Картинки по запросу toba lake

Dinozavrların “qohumları” ilə görüşün

Вараны Индонезии

Komod, Rinça və Padar adalarında məhv olmuş dinozavrların əcdadları sayılan komodo əjdahaları yaşayır. Əslində bu, üç metr uzunluğu və 100 kq-dan yuxarı çəkisi olan ən qorxunc nəhəng kərtənkələrdir. Bu qəribə məxluqlar ağacları bir zərbə ilə sındırır. Onlar marallar, qabanlar və hətta timsahlarla qidalanır. Yağlı yeməkdən sonra yırtıcı 3 aya qədər yeməksiz də qala bilər. Bütün bu adalarda təxminən üç min əjdaha yaşayır.

Dirilərin arasında yaşayan ölülər

İndoneziyada yaşayan Toraja adlı etnik qrup üçün cənazə mərasimi həyatın olduqca vacib hissəsi sayılır. Ümumiyyətlə, ölülərlə birlikdə yaşamaq ənənəsi dünyanın heç bir yerində yoxdur. İndoneziyanın Tana Toraja bölgəsində yas mərasimi əsl toyu xatırladır. Yasda musiqi, rəqs və qonaqlar üçün yemək-içmək təşkil edilir. Beləliklə, ölünün yaxınları ölüyə öz təşəkkürünü bildirmiş olurlar. Ailənin ölü üzvü geyimlərə bükülərək aylarca evin altında saxlanılır. Torajanlar ölən ruhun, dəfn olunduğu günə qədər onlarla bərabər olduğuna inanırlar. Ölən adamın cəsədi dəfn üçün hazır hala gəldiyində isə tabutu mağaranın içinə yerləşdirirlər. Mağaranın girişinə adamın heykəli qoyulur. Bəzən bu hazırlıq həftələrlə, aylarla və hətta ilərlə də davam edə bilir. Bu müddət ərzində ölüyə xəstəymiş kimi davranıb onunla danışırlar. Mərasim təşkili hazır olduqdan sonra ölünün çürümüş meyiti tabuta qoyulub ya basdırılır, ya da qayadan, mağarada asılır. Onlar ölünün bu şəkildə oyanacağına inanırlar.

Keçmişə səyahət

Картинки по запросу Lorentz national park

Lorents Milli Parkı Cənub-Şərqi Asiyada ən böyük milli parkdır. Bu parkda sayı ildən-ilə azalan ibtidai qəbilələr yaşayır. Buraya xüsusilə ektozika axtarışında olan səyyahlar maraq göstərir. Qəbilə sakinlərinin qəribə görünüşü qorxutsa da, yaxın tanışlıqdan sonra ilkin təəssürat yox olur. Gələcək illərdə əfsanəyə çevriləcək bu yerləri ziyarət ömür boyu xatirlərinizdən silinməyəcək.

Suların fatehi olun

Серфинг в Куте, Индонезия

İndoneziya və sörfinq bir-birindən ayrılmaz anlayışlardır. Hind okeanı qıpqırmızı riflərlə birləşərək gözəl dalğalar yaradır. Təcrübəli sörfinqçilər məhz buranı seçir, naşı olanlara da sörfinq dərsləri almaq üçün İndoneziya adalarına gəlmək tövsiyə olunur. Lövhəyə çıxın okeandan zövq alın. İlk baxışda qəddar və azğın görünən dalğalar sizi acizanə şəkildə öz köpüyü üzərində daşıyacaq və yeni sahibinin qarşısında itaətlə yeni cığırlar açacaqlar.

Sörfinq üçün ən yaxşı vaxt maydan sentyabra qədərdir. Bu aylarda çimərliklər və su təmiz, dalğalar isə güclü və böyük olur.

Cənnət həzzi...

Картинки по запросу Гили Траванган, Гили Мено Гили Эйр

Lomboka şimal-qərb sahilləri yaxınlığında üç sehrli və həyat ritminə görə tamamilə fərqli adalar yerləşir: səs-küylü və bütün qayda-qanunlardan uzaq Qili Travanqan, sakit Qili Meno və möhtəşəm Qili Eyr adası. Adaları birləşdirən ümumi cəhətlər də var: ağappaq qumlu çimərlikləri, kristal kimi saf suları və heç nə ilə müqayisə olunmayan rahatlıq hissi... Bütün bunlar adanı cənnət adlandırmağa imkan verir.

Похожее изображение

Bu adalarda demək olar ki, hotellər, nəqliyyat və yüksək sivilizasiya yoxdur, yalnız mavi və saf sular, un kimi ağappaq qumlar və “Banunti” şokoladındın reklam çarxında gördüyümüz bənzərsiz mənzərələr.

Spa-salonları

Dünyanın en iyi 10 SPA merkezi

Yerli kurrot məntəqələrin daha bir üstünlüyü SPA prosedurları sayılır. Onlar bütün ziyarətçilərə təkcə salonlarda deyil, həm də çoxsaylı hotellərdə qonaqlara təklif olunur. Asiya ölkələri arasında “Spa ölkəsi” adı da elə İndoneziyaya məxsusdur. Bali masajını etmədən vətənə dönməyin. Əks halda buna görə ömrünüzün sonuna qədər qınaq obyekti olarsınız. Bali adasına getmək və masaj etməmək olmaz. İstər Spa-salonlarında, istərsə də günəş vannası qəbul edərkən həm ucuz qiymətə, həm də saatlarla davam edən bir masaja “yox” deməyin. Turistlər xüsusilə ayaq masajını tövsiyə edir. Masajdan sonra özünüzü nəinki yüngül və gümrah hiss edəcək, həm də bütün ağrılardan xilas olacaqsınız. Bir neçə saatlıq uçuşdan sonra bu, sizə məlhəm kimi təsir göstərəcək.

Unikal dadlar

Hər bir ölkənin özünəməxsus meyvələri var. İndoneziya bu baxımdan unikaldır. Xüsusilə qəhvələrinə diqqət yetirin. Çünki dünyanın ən bahalı Kopi Luvak qəhvəsi məhz İndoneziyada yetişdirilir. Qəhvənin özəlliyi ondadır ki, onu palmalardan adi kənd camaatı toplamır, o qəhvə yeyən luvak adlı qəribə heyvanların nəcisindən əldə edilir.

Картинки по запросу copi luvak

Bali adasını nəinki İndoneziyanın və Asiyanın, həm də dünyanın yaşıl möcüzəsi hesab edirlər. Bu da əsassız deyil. Adada insanı cavanlaşdıran onlarla mineral su mənbələri, canlı orqanizmi həmişə gənc saxlayan, onu qocalmağa qoymayan və vitaminlərlə zəngin bitki növləri, meyvələr, tərəvəzlər var. Bu da İndoneziya mətbəxini dünyanın ən zəngin mətbəxlərindən birinə çevirir.

Картинки по запросу bali food

Yeri gəlmişkən, kulinarlar kəndi sayılan Tabanda turistlərə müxtəlif cür qəlyanltılar təklif edilir. Onların bəzilərində əsas inqrediyenti kimi torpaqdan istifadə olunur. Doğrusu indoneziyalının gündəlik adi yeməyi çətin ki, turistlərin ağız dadına uyğun gəlsin. Lakin narahat olmayın ki, adalar ölkəsi dəniz məhsulları boldur. İndoneziyada bütün dəniz məhsullarını sınaqdan keçirə bilərsiniz. Həm qiymətlər çox ucuzdur, həm də ləzzətlidir. İstənilən restoranda kalmar, krevetka, xərçəng, istridiyə qədər bir çox dəniz məhsullarını fərqli souslarla dadmaq olar. İndoneziyada yerli xalqın əsas yeməyi və ən əsas dolanışıq mənbəyi isə düyüdür.

Картинки по запросу indonesian food

İndoneziyadan özünüzlə nə gətirə bilərsiniz?

İndoneziyada bacarıqlı sənətkarların əllə hazırladığı parçalar dünyada çox məşhurdur. Ümimiyyətlə, bu ölkədə ən adi suvenir mağazalarında həqiqətən qiymətli nüsxələri tapmaq olar. Əgər Bali dünyanın məşur rəssamların adası kimi tanınırsa, onda Ubud onun rəsm qalereyası sayılır. Müxtəliflik və işlərin səviyyəsi bu əsərlərin alınması zəruriliyinə şübhə yeri qoymur.

Ağac üzərində oyma sənəti üzrə balililərin tayı-bərabəri yoxdur. Sənətkarlar müxtəlif kəsici alətlərlə hər gün yumşaq ağacdan yüzlərlə əl işləri və qəhvəyi tiokandan əsl sənət nümunələri hazırlayır.

Modapərəst xanmlara ekzotik ölkənin zərgərlik əşyalarını nəzərdən keçirməyi təklif edirik. Mağazalarda siz mütləq Çelukski mədənlərindən çıxarılan gümüşdən hazırlanmış çox gözəl bəzək əşyalarına rast gələcəksiniz.

Танах Лот, Индонезия

P.S. Çox gəzən çox bilər deyiblər. Ümid edirik ki, virtual olsa da, bugünkü səyahətimizdən razı qaldınız və yeni faktlarla tanış ola bildiniz. Növbəti səyahitimizdə görüşənədək...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm