Qətllər və edam cəzaları necə biznesə çevrildi? – Orqan ticarəti haqqında ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Qətllər və edam cəzaları necə biznesə çevrildi? – Orqan ticarəti haqqında ŞOK FAKTLAR

Adətən donor orqanını aylar, hətta illərlə gözləmək lazım olur. Amma indiki halda onu Çində bir neçə gün ərzində tapmaq mümkündür.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çində orqanların köçürülməsi üzrə əməliyyatlar on minlərlə əməliyyatı və milyardlarda dollar vəsaiti özündə birləşdirir.

Əsas mənbə yerli həbsxanalar, donorlar isə məhbuslardır. Bu sistem artıq sirr deyil. Onun mövcudluğunu yerli həkimlər və hakimiyyət etiraf edir. Hələ 2010-cu ilin əvvəlində transplantasiyaya nəzarət edən dövlət komitəsinin başçısı Xuan Szefu etiraf edib ki, orqan əməliyyatlarının təxminən 60 faizində ölüm cəzasına məhkum edilən məhbuslardan istifadə olunur.

Bu, hüquq müdafiəçilərinin kəskin etirazına səbəb olub. Hökumət buna son qoyacağına söz verdi. Amma bu yaxınlarda açıqlanan hesabatlara görə, Pekin verdiyi sözü yerinə yetirməyib. Bundan başqa, iş yalnız rəsmi edamlarla məhdudlaşmır, çünki onlar donor orqanlarına olan tələbatı ödəmirlər.

Hüquq müdafiəçilərinin məlumatına görə, repressiyaların qurbanları, hər şeydən əvvəl dini və etnik qrupların nümayəndələri orqanların mənbəyi olur. Onlardan biri də qadağan olunmuş “Falunqun” dini sektasıdır. Sektanın nümayəndələri 1990-cı illərin sonlarından təqib edilir. Çində orqanların köçürülməsi haqqında məruzələrdən birinin müəllifi olan İtan Qatman qeyd edir ki, insanları faktiki olaraq orqanlara görə öldürürlər.

“Falunqun”un milyonlarla davamçısı öz inamlarından imtina etmək istəmirlər. Hakim partiya üçün bu o deməkdir ki, onlarla qazanmaq olar. Bu, insanların istismarı deyil, bu, siyasi soyqırımdır”, - məruzəçi bildirib.

Transplantasiyaya nəzarət edən dövlət komitəsindən bildirirlər ki, qanun məhbusları donorluq hüquqlarından məhrum etmir. Qeyd edilir ki, əgər onlar öz cinayətlərinin bağışlanmasına nail olmaq istəyirlərsə, onları həvəsləndirmək lazımdır.

Amma bu, hətta nəzəriyyədə də mübahisəlidir. Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, barmaqlıqlar arasında olan insanların vəziyyəti azad seçimə mane olur. Assosiasiya onların orqanlarından istifadə olunmasına qarşı çıxır. Təşkilat qeyd edir ki, yalnız Çində insanlardan orqanların kütləvi götürülməsi dövlət səviyyəsində həvəsləndirilir.

Çində donor orqanlarına tələbat böyükdür. Donor orqanlarına ildə təxminən 1,5 milyon pasiyent ehtiyac duyur. Amma könüllü donorluq (bir donordan orta hesabla 1-2 orqan) və hətta edamlar onun cüzi hissəsinin tələbatını ödəyir. Könüllü donorluq qeyri-populyardır: 2015-ci ildə təxminən 2,5 min insan könüllü olaraq orqanını qurban etməyə razılaşıb. Edamların dəqiq sayı isə məlum deyil. Amma hüquq müdafiəçiləri hesab edirlər ki, il ərzinə bir neçə min edamdan söhbət gedir.

Yalnız rəsmi məlumatlara görə, Çində ildə təxminən 10 min orqan köçürülür. Hüquq müdafiəçiləri isə bu rəqəmin 60-100 min arasında dəyişdiyini bildirirlər. Bu rəqəmlər haradan götürülür? Hər şeydən əvvəl ayrı-ayrı klinikalar üzrə məlumatların analizindən. Bəzi klinikaların özləri statistikanı dərc edirlər. Böyük klinika olan “Tyanszine”də il ərzində təxminən altı min orqanın köçürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm