Dünya
Rusiya bu üç ölkədə münaqişə hazırlayır – İDDİA
“Rusiya Belarus və Qazaxıstanda münaqişələr hazırlayır. Moskvaya yeni “qeyri-sabit” ölkələr lazımdır”.
Publika.az xəbər verir ki, bunu “Espresso” nəşrinə müsahibəsində Üçtərəfli əlaqə qrupunun siyasi yarımqrupunda Ukraynanın keçmiş nümayəndəsi Roman Bezsmertnıy bildirib.
“Belorusda Qrodnensk və Brest qərb dünyası kimi təqdim edilir, çünki onlar katoliklərdir. Şərqdəki Homelski, Vitebsk və Minsk “rus dünyası” kimi təqdim edilir və orada tez-tez “rus dünyası” vərəqələri meydana çıxır”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstanda vəziyyətdən daha pisdir, çünki şimal ərazilərdə rusdilli vətəndaşlar üstünlük təşkil edir: “Bildirilir ki, Kreml onsuz da vəziyyəti yırğalamağa çalışacaq. Bu haqda Belarus və Qazaxıstanın özündə də artıq çoxdan danışırlar. Putinə qeyri-sabitlik lazımdır. Qazaxıstanda vəziyyətin gərginləşdirilməsi, Özbəkistan, Belarus və Ukraynada müharibə Kremlin səhmlərini qaldırır. Kreml bununla da hamıya lazımlı olur”.
Roman Bezsmertnıy daha əvvəl bildirib ki, Rusiyanın təcavüzü halında Belarus ordusu müqavimət göstərməyəcək.
Ömər Dağlı
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama
-
Dünya05:15Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi
-
ABŞ02:19ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi - Mühərrik sıradan çıxıb
-
Qoroskop01:20Günün ulduz falı: Bəzi qərarları yenidən dəyərləndirməli olacaqsız
-
Region2 Sentyabr 23:35Qara dənizdə şübhəli cisimlər aşkarlandı - Türkiyə ordusu məhv etdi


































.jpg)