Region
Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
Hazırda Ermənistanda təxminən 150 türk iş adamı var, onlar İrəvanın mərkəzindəki otellərdə qalırlar və bu gün iqtisadi forumda iştirak edəcəklər.
Publika.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb. Nəşr məlumatı dəqiqləşdirmək üçün İqtisadiyyat və Xarici İşlər nazirliklərinin əməkdaşları ilə əlaqə saxlayıblar və bu cavabı alıblar:
“Bu günlərdə şöbəmiz tərəfindən təşkil edilən və ya işgüzar dairələrin iştirakı ilə heç bir tədbir keçirilmir. Əlavə məlumat üçün Ermənistan Sənayeçilər və İş Adamları Birliyi ilə əlaqə saxlayın".
Birliyin icraçı direktoru Eduard Kirakosyan məlumatı təsdiqləyərək qeyd edib ki, Ermənistana gələn iş adamları Türkiyənin şərq və qərb bölgələrindəndir. O, bu gün keçiriləcək forumla bağlı məlumatı təkzib etməyib və “Niyə Türkiyədən?” sualına sualla cavab verib: “Bəs niyə Türkiyədən yox?”
Daha sonra o, iş adamlarının qrant proqramı çərçivəsində gəldiyini və forumun dəqiq gündəliyinin olmadığını qeyd edib. O, müxtəlif sektorlardan - sənaye, tekstil və s. sahələrdən iş adamlarının gəldiyini bildirib. Hökumətin bu forumla əlaqəsi olub-olmadığını soruşduqda, Kirakosyan "yox" cavabını verib.
O, forumdan sonrakı gün, 4 sentyabrda Kompleksdə sərginin olacağını və açılışında nazirin də iştirak edəcəyini və forum zamanı erməni və türk iş adamlarının əlaqə quracağını, əməkdaşlıq imkanlarını müzakirə edəcəyini bildirib.
Kirakosyan həmçinin qeyd edib ki, forum haqqında məlumat Ermənistandakı bütün iş adamlarına göndərilib və təxminən 120 erməni iş adamı görüşlərdə iştirak etməyə və birgə müzakirələr aparmağa razılıq verib. Forum İrəvandakı “Holiday Inn” otelində keçiriləcək.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)


























