Dünya
Saakaşvilidən ŞOK İDDİA: “Boris Nemtsov dedi ki, İvanişvili...”
“Gürcüstanda vəziyyətin gərginləşməsi Bidzina İvanişvilinin maraqlarına cavab verir”.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Tiflisdə "Milli Hərəkat" partiyasının liderlərindən biri, millət vəkili Givi Tarqamadzenin avtomobilində baş verən partlayışı şərh edərkən deyib.
Saakaşvili sosial şəbəkədəki səhifəsində yazdığı statusunda 2015-ci ilin fevralında Moskvada vurulan Rusiya müxalifətçisi Boris Nemtsovun ona etdiyi xəbərdarlığı xatırladıb.
“Boris Nemtsov İvanişvilinin həyatı haqqında yaxşı bilirdi. O, Kiyevdə məni xəbərdar edirdi ki, İvanişvili və ətrafındakı güclər müvəffəqiyyət qazanmaq üçün istənilən zorakılığa qadirdirlər. İvanişvili pul qazandığı 1990-cı illərin Rusiyasını çox pis bilir. Hakimiyyəti itirmək İvanişvili (“Gürcü arzusu” koalisiyasının qeyri-formal lideri hesab olunur –red.) üçün hər şeyə bərabərdir və o, hakimiyyəti üçün sona qədər mübarizə aparacaq. Buna görə də qeyri-sabitlik onun maraqlarına daxildir. Yaxın günlərdə biz sakitliyə riayət etməli və oliqarxın caynaqlarından azad olma planını yerinə yetirməliyik”, - Saakaşvili yazıb.
Givi Tarqamadzenin avtomobili dünən axşam yerli vaxtla 21:45-də partladılıb. Partlayıcı qurğu avtomobilin arxa hissəsinə qoyulmuşdu. Tarqamadze və sürücüsü yungül bədən xəsarətləri alıb. Partlayış nəticəsində yoldan keçən 4 nəfər də yaralanıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Deputat hadisəyə sui-qəsd cəhdi kimi baxır və əmindir ki, avtomobil məsafədən idarə olunan qurğu vasitəsi ilə partladılıb.
“Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb", - o, deyib.
Hadisədən dərhal sonra müxalifət hakimiyyəti ittiham edərək ölkədə ağır seçkiqabağı vəziyyətin yarandığını açıqlayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ömər Dağlı
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm








.jpg)

.jpg)



.jpg)













.png)




