Dünya
“Bu, xərçəng şişidir” – Putinə SSRİ xəbərdarlığı
“Kreml Rusiya xalqını sakitləşdirmək və Qərb ölkələrini sanksiyaları ləğv etməyə məcbur etmək məqsədi ilə ABŞ-a ultimatum verdi”.
Publika.az xəbər verir ki, bu fikirlə Gürcüstanın İlya Dövlət Universitetinin professoru, jurnalist Oleq Panfilov Ukraynanın “Obozrevatel” kanalının birbaşa efirində çıxış edib.
“Hər şey Rusiya əhalisini sakitləşdirmək üçün daxili təbliğata yönəldilib. Sanksiyalar Rusiya iqtisadiyyatını iflasa çatdırdı. Ultimatumun verilməsi göstərir ki, Rusiya prezidenti Vladimir Putinin arqumentləri qalmayıb”, - o, deyib.
Oleq Panfilovun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət otuz il əvvəl Sovet İttifaqının ətrafında yaranan vəziyyəti xatırladır: “Sanksiyalar özünün dağıdıcı komponentlərinə görə Sovet İttifaqına qarşı tətbiq olunan məhdudiyyətləri xatırladır. 2014-cü ildə sanksiyalar qəbul olunanda Putin və onun ətrafı anlamalı idilər ki, bu, yalnız başlanğıcdır. Əgər Ukrayna və Suriyada döyüşi dayandırılmasa, Krım qaytarılmasa, sanksiyalar davam edəcək. Sanksiyaların dağıdıcı gücü 2-3 il sonra başlayır. Bu, xərçəng şişi kimidir. Rusiyanı Sovet İttifaqının taleyi gözləyir”.
Qeyd edək ki, Rusiya prezidenti izafi döyüş məqsədli plutoniumun zərərsizləşdirilməsi barədə ABŞ-la bağlanmış müqaviləyə xitam verib. Vaşinqton tərəfindən bir sıra şərtlər yerinə yetiriləcəyi halda müqavilə bərpa edilə bilər. Dünən Vladimir Putin tərəfindən Dövlət Dumasının müzakirəsinə təqdim edilmiş qanun layihəsində belə deyilir.
Qanun layihəsində bildirilir ki, müqavilə ötən dövr ərzində “şəraitin köklü surətdə dəyişməsi”nə gətirib çıxarmış səbəblər aradan qaldırıldıqdan sonra bərpa oluna bilər. Xüsusilə, ABŞ 2000-ci il sentyabrın 1-dən NATO-ya üzv olmuş ölkələrdə hərbi infrastrukturu və hərbi kontingentin sayını ixtisar etməli, “Maqnitski qanunu”nu və Rusiya subyektlərinə, fiziki və hüquqi şəxslərinə qarşı tətbiq edilmiş bütün sanksiyaları aradan qaldırmalı, bu məhdudiyyətlər və Rusiyanın əks tədbirləri üzündən Rusiyaya dəymiş zərəri kompensasiya etməli, izafi plutoniumun geridönməz zərərsizləşdirilməsi üçün dəqiq plan təqdim etməlidir.
Ömər Dağlı
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO











.jpg)






















