Nida.az
Yeni ittifaq üçün “Qarabağ düsturu” – “Troya atı” işə düşdü
Ermənistanda hakim Respublika Partiyasının üzvü, keçmiş
deputat Viktor Dallakyan yeni partiya yaratmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti
yazıb.
Dallakyan vaxtilə müxalifətdə olan "Ədalət" partiyasının sədri idi,
lakin sonradan o hakim partiyasının sıralarına qatıldı.
"Keçmiş deputat hakim partiyasının sıralarını tərk edərək, "İnkişaf
naminə dönüş" adlı yeni partiya yaratmaq qərarına gəlib. Bu partiya
Serj Sarkisyana müxalifət olacaq. Həmçinin, partiya Rusiyadan
maliyyələşəcək", - deyə qəzet yazıb.
"Lragir" saytı yazır ki, Putin Ermənistan siyasətini yeniləyir.
Hansı ki, aprel müharibəsindən sonra Ermənistandakı proseslər
Kremlin ürəyincə olmadı: "Ermənistan Rusiyanın forpostu rolunu
oynayır. Lakin görünür Kreml əlavə variantlar da hazırlayır. Əgər
hakimiyyət yanlış yol tutarsa, onun yerinə gələ biləcək güc də
Putinin əlində olmalıdır. Burada Rusiya-Türkiyə yaxınlaşması da
özünü göstərir".
Qeyd edək ki, Türkiyə-Rusiya yaxınlaşmasından sonra bölgədə
Türkiyə-Rusiya-Azərbaycan-İran formatının yaranması gündəmə gəlib.
Region ölkələri Ermənistanı da bura qoşmaq niyyətindədir. Xüsusilə
Rusiya İrəvanı bu orbitin içində görmək istəyir. Lakin bunun üçün
əvvəlcə Dağlıq Qarabağ problemi həll olunmalı, Bakı və İrəvanın
eyni formatda təmsil oluna biləcəyi şərait yaradılmalıdır. Ankara
da Ermənistanı münaqişənin həllinə razı salmaq istiqamətində
addımlar atıb. Lakin Sarkisyan rejiminin təmsil olunduğu "Qarabağ"
klanı bu prosesə qarşıdır. Görünür, Rusiya Sarkisyanın Qərblə
anlaşa biləcəyi ehtimalına qarşı özünə bağlı yeni siyasi partiyalar
yaradır.
Sarkisyanın Karen Karapetyanın baş nazir gəlməsindən sonra
hakimiyyəti təhvil verməyə hazırlaşdığı haqda da məlumatlar var. O,
münaqişənin həllini uzatmaqla ərazilərin qaytarılmasını öz ayağına
yazmaq istəmir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Erməni politoloq Ara Papyan da bu prosesləri şərh edərkən,
"1994-cü ildə Bişkek protokolundan sonra ərazilərin
verilməsi məsələsi aktual olub. Əvvəlcə ərazilərin qaytarılması
əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə
ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son qoyulur", -
deyə o qeyd etmişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Hesab etmək olar ki, Rusiya Ermənistan siyasətini dəyişdirməklə,
həm də münaqişənin həllini sürətləndirmək niyyətindədir. Hansı ki,
regionu itirməmək və Qərbin bura daxil olmasının qarşısını almaq
üçün buna məcburdur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Asif
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi






.png)

























.jpg)

