Nida Xəbər
Putin Qarabağda böyük müharibəyə hazırlaşır – ƏMR VERİLDİ
Rusiya müdafiə naziri Sergey Şoyqunun Cənub Hərbi
Dairəsini gücləndirməklə bağlı əmri bəzi məsələləri gündəmə
gətirdi, xüsusilə “Putin yeni müharibəyə hazırlaşır” sualı önə
çıxdı.
Publika.az xəbər verir ki, Şoyqu bu əmri verməsinə Ukraynanın
cənub-şərqindəki vəziyyətin və Şimali Qafqazda beynəlxalq terror
qruplaşmalarının fəallaşmasının zərurət yaratdığını açıqladı. Lakin
bu rəsmi bəyanatı başqa cür də oxumaq mümkündür: Rusiya Ukrayna və
Qafqazda yeni müharibəyə hazırlaşır.
Strateji şəraitin tədqiqatı mərkəzinin direktoru, rusiyalı
politoloq İvan Konovalov da ölkəsinin mediasına müsahibəsində
Kremlin yeni müharibələrə hazırlıq gördüyünü deyib.
Onun sözlərinə görə, Cənub Hərbi Dairəsi Rusiyanın yeni
tarixində döyüşə bilən ən güclü ordu birləşməsidir:
“Nəzərə alsaq ki, SSRİ dağılandan sonra Rusiya ən çox cənub
istiqamətindən təhdidlərlə qarşılaşıb, o zaman, bu hərbi dairəni
gücləndirmək zərurəti başa düşüləndir”.
Politoloq qeyd edib ki, Sergey Şoyqunun bəyanatı Ukraynanın
cənub-şərqində yeni vətəndaş müharibəsinin başlaya biləcəyinə
işarədir.
“Yeri gəlmişkən, Rusiya təkcə Cənub Hərbi Dairəsini yox, Qara
dənizdəki hərbi donanmanı və Qərb Hərbi Dairəsini də
möhkəmləndirir”, - deyə o bildirib.
İ.Konovalov hesab edir ki, Rusiya Ukraynada, eləcə də
Qafqazda yeni müharibənin ola biləcəyi təhlükəsinə
hazırlaşır:
“Ukraynada müharibə real görünür. Qafqazda isə müharibənin
Dağlıq Qarabağ münaqişə zonasında baş verməsi gözləniləndir.
Həmçinin, Moskva Qərb Hərbi Dairəsini möhkəmləndirərək, oradan gələ
biləcək təhlükələri önləməyi düşünür. Görünən odur ki, Moskva bütün
cəbhələrdə böyük müharibəyə hazırlaşır”.
Asif
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi






.jpg)





























