İdman
729 dəqiqəlik “sükut” pozuldu
Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının “quru seriyası” qırılıb.
Publika.az xəbər verir ki, ardıcıl 8 matçda qol buraxmayan ukraynalı legioner “Kəpəz”lə ev oyununun 2-ci dəqiqəsində topu qapısından çıxarıb. Aleksandr Sitnikin qolu ilə Bezotosnının seriyası 729-cu dəqiqədə qırılıb.
1-ci turun avqustun 8-də “Qarabağ”la Qəbələdə keçirilən oyununda (2:2) qol buraxan qapıçı sonuncu dəfə həmin matçın 83-cü dəqiqəsində rəqiblərinin sevinməsinə şahid olmuşdu. Riçard Almeydanın qolundan sonra AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qol buraxmayan qolkiper “İnter”lə görüşdə (1:2) iştirak etməyib. Ardınca “Sumqayıt” (1:0), “Rəvan” (3:0), “Xəzər Lənkəran” (6:0), “Neftçi” (1:0), “Zirə” (0:0) və AZAL (0:0) da onun qapısına yol tapa bilməmişdi.
“Kəpəz”lə görüşdə seriyası qırılan Bezotosnı Azərbaycan çempionatlarının 23 illik tarixində 14-cü nəticəyə imza atıb.
Ümumiyyətlə isə 1992-ci ildə start götürən yarışda qeydə alınan 17 göstərici Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi adlayıb.
Bezotosnı son 4 mövsümdə bunu bacaran yeganə təmsilçimizdi. Ölkə çempionatında sonuncu belə seriya 2012/13 mövsümündə qeydə alınıb. Həmin vaxt “Qarabağ”ın qapıçısı Boyan Pavloviç fərqlənib.
Azərbaycan çempionatlarının ən uzun “quru seriyaları”
1. Nizami Sadıqov (“Turan”) - 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) - 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) - 971
4. Camaləddin Əliyev (“Qarabağ”) - 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) - 952
6. Elxan Həsənov (“Neftçi”) - 943
7. Boyan Pavloviç (“Qarabağ”) - 828
8. Dmitri Kramarenko (“Karvan”) - 798
9. Dmitri Kramarenko (“Neftçi”) - 772
10. Rauf Mehdiyev (“Olimpik”) - 746
11. Elşən Poladov (“Bakı”) - 744
12. Nadir Şükürov (“Dinamo”) - 741
13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) - 735
14. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) - 729
15. Kamran Ağayev (“Xəzər Lənkəran”) - 720
16. Camaləddin Əliyev (“Qarabağ”) - 700
17. Rauf Mehdiyev (“Olimpik”) - 676
Qeyd: Mötərizədə futbolçunun klubu, legionerlərdə isə əvvəl ölkəsi, sonra klubu əks olunub.
-
Magazin105:45
Bu da Röya Ayxandan "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ