İdman
Onların ağlına bələdik - Reallıq hissindən uzaqdırlar
Azərbaycan Premyer Liqasında 15-ci tura dekabrın 6-da start veriləcək. Tur iki gün ərzində keçiriləcək.
Publika.az 15-ci turun afişasını təqdim edir.
Onların yeri “Qarabağ” deyil?
Avroliqa təmsilçilərimiz ilk oyun günündə meydana çıxacaqlar. “Qarabağ” “İnter”i qəbul edəcək. Sözsüz ki, Qurban Qurbanovun yetirmələri müflisləşmiş “Bankirlər”lə oyun havasında deyillər. “Köhlən atlar” “Anderlext”lə oyuna kökləniblər. “Qarabağ”ın hələ də qrupdan çıxmaq şansı var və böyük ölçüdə taleyi öz əlindədir. Ən azı səfərdə “Anderlext”ə qalib gəlib, Londondan xoş xəbər gözləmək lazımdır. Bu baxımdan yanaşsaq, “İnter”in “Qarabağ”dan xal almaq şansı var. Digər tərəfdən isə onu da nəzərə almaq lazımdır ki, “Köhlən atlar” ötən tur “Neftçi”yə də məğlub olub. İki dəfə dalbadal məğlub olmaq çempionun nüfuzuna xələldir. Qurbanovun meydana əsas və ya ehtiyat oyunçuları buraxacağını deyə bilmərik. Amma “Qarabağ”ın ehtiyat oyunçuları acından ölən “Bankirlər”ə qalib gələ bilmirsə, onda gedib birinci dəstədə top qovsunlar. Onların yeri “Qarabağ” deyil.
Statistika nə deyir?
“Qarabağ” son 20 qarşılaşmada 1 dəfə uduzub. Ağdamlılar son 5 oyunda da 1 dəfə qələbə qazanıb. “İnter” 8 ildir səfərdəki 13 matçda qalib gəlməyib.
Qarabağ – İnter: 44 oyun, 19 qələbə, 15 heç-heçə, 10 məğlubiyyət, top fərqi – 49:28.
Qriqorçukun yerində olsaydıq...
Avroliqadakı digər təmsilçimiz “Qəbələ” Lənkərana səfər edəcək. Demək olar ki, tamamilə gənclərin ümidinə qalan “Xəzər Lənkəran”la oyun “Qəbələ” üçün “Krasnodar”la qarşılaşma öncəsi baş məşq sayılmalıdır. Ancaq ola bilsin ki, Roman Qriqorçuk bu qarşılaşmada əsasən yerli futbolçulara şans versin və “gedin, lənkəranlı gənclərlə bacarın” desin. Qriqorçukun yerinə olsaydıq, elə belə də edərdik. Edərdik ki, “Qəbələ”nin yerli futbolçuları niyə oynamır” deyib, haray çəkənlərə yerlilərin nəyə qadir olduğunu göstərək. Amma güman ki, ukraynalı mütəxəssis Lənkəranda “Krasnodar”la oyunda güvənəcəyi taktiki sxemi sınaqdan keçirəcək. Ona görə də meydanda limitin tələb etdiyi qədər - 5 yerli futbolçu olacaq. Bütün hallarda, “Qəbələ” üçün “Xəzər Lənkəran” yox, “Krasnodar”la oyunda qələbə daha vacibdir. “Qəbələ” çox rahatlıqla çempionatda 2-ci pilləni tutacaq. Amma “Krasnodar” Bakıya nə qədər arxayın gəlsə də, onlara qalib gəlmək güc tələb edəcək. Qalibiyyət isə mütləq lazımdır. Həm qrup mərhələsində ilk qələbəni qazanmaq, həm də Azərbaycanın reytinqinə xal əlavə etmək baxımından.
Statistika nə deyir?
Son 3 qarşılaşmada “Qəbələ” qalib gəlib. “Xəzər Lənkəran” iki oyundur qol vura bilmir.
Xəzər Lənkəran - Qəbələ: 27 oyun, 13 qələbə, 6 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 36:30.
“Neftçi” üçün 6 xallıq oyun
İlk oyun günündə ən prinsipial qarşılaşma “Neftçi” ilə “Zirə”nin arasında gözlənilir. Əsgər Abdullayevin gəlişindən sonra qələbələri sıralayan “Ağ-qaralar” üçün bu oyunun çox böyük əhəmiyyəti var. “Neftçi” üçün bu qarşılaşmanı 6 xallıq oyun hesab etmək olar. “Ağ-qaralar” rəqibindən 5 xal geridədir. Xal fərqini əritmək, medallar uğrunda mübarizəyə qoşulmaq üçün “Neftçi” “Zirə”yə mütləq qalib gəlməlidir. Elə qəsəbə komandasının da iddiasının hansı çərçivəyə sığdığı bu oyunda bilinəcək.
Statistika nə deyir?
İkinci dəfə qarşılaşacaq komandaların ilk oyununda “Zirə” 2:0 hesabı ilə qalib gəlib.
Vay Tərlan Əhmədovun halına
İkinci oyun günündə ən prinsipial qarşılaşma autsayderlərin arasında olacaq. Sonuncu yerdə qərarlaşan “Rəvan” ən yaxın qonşusunu - AZAL-ı qəbul edəcək. “Rəvan” qalib gəlsə, “Təyyarəçilər”lə xal fərqini aradan qaldıracaq. AZAL-ın məğlub olacağı təqdirdə, Tərlan Əhmədovun postundan qovulma ehtimalı da var. Heç kimin ciddi mütəxəssis kimi qəbul etmədiyi Bəhmən Həsənovun gəlişindən sonra “Rəvan” dirçəlib. Bu dirçəliş AZAL-ın tam çöküşü ilə nəticələnsə, vay Tərlan Əhmədovun halına. Azərbaycanlı klub rəhbərlərinin ağlına bələdik. Onlar reallıq hissindən uzaqdırlar.
Statistika nə deyir?
Son 3 qarşılaşmada 1-dən çox qol vurulmayıb. “Rəvan” son 7 qarşılaşmada yalnız 1 qələbə qazanıb. AZAL son iki, “Rəvan” öz meydanındakı axırıncı 2 matçda qol buraxmayıb.
Rəvan – AZAL: 13 oyun, 5 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 17:17.
Bu hədəfin ən asan bəndi nədir?
“Sumqayıt” - “Kəpəz” oyunu gəncəlilər üçün çox vacibdir. Daha doğrusu, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün. Lənkəranda kubok mübarizəsini uduzan mütəxəssis “əsas hədəfimiz çempionatdır” demişdi. Bu hədəfin ən asan bəndi isə “Sumqayıt”a qalib gəlməkdir. “Kəpəz” bu qarşılaşmada məğlub olsa, Dinyevin kubokdakı məğlubiyyətə görə kəskin tənqid olunacağı şəksizdir. “Sumqayıt” isə “Neftçi”yə müəmmalı məğlubiyyətdən sonra yalnız kubok qarşılaşmasında qalib gəlib. Özü də birinci dəstə komandasına. Klubun düşərgəsində ab-havanın yaxşı olmadığı hər kəsə bəllidir. Müəmmalı məşqçi dəyişiklikləri komandada intriqa müharibəsinin getməsindən xəbər verir.
Statistika nə deyir?
Bu komandaların əvvəlki oyunlarında meydan sahibi olan tərəf məğlub olmayıb. “Sumqayıt” isə evdə ümumiyyətlə xal itirməyib.
Sumqayıt - Kəpəz: 9 oyun, 4 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 12:11.
Premyer Liqa, 15-ci tur
6 dekabr
16:00 Xəzər Lənkəran – Qəbələ
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
“Xəzər Lənkəran” mərkəzi stadionu
16:00 Neftçi – Zirə
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“Bakcell Arena”
18:30 Qarabağ – İnter
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Gülağa Cabarov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
7 dekabr
17:00 Sumqayıt – Kəpəz
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
“Kapital Bank Arena”
20:00 Rəvan – AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bayıl Arena”
-
Magazin105:45
Bu da Röya Ayxandan "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ