İdman
İlin futbolçusu Almeyda, komandası “Qəbələ” - FOTO (YENİLƏNİB)
Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunan "İlin Qalibləri" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, "Report"un informasiya dəstəyi ilə "Qafqaz Point" otelində təşkil olunan mərasimdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılıblar.
Qaliblər bunlar olub:
"İlin idman xadimi": Sadıq Sadıqov - "Neftçi" İdman Klubu İctimai
Birliyinin idarəetmə aparatının rəhbəri ("Bakı 2015" I Avropa
Oyunlarında "Neftçi" İdman Klubunun digər klublardan çox - 16
idmançısı medal qazandığı üçün)
"İlin futbolçusu": Rahid Əmirquliyev - "Xəzər Lənkəran"ın kapitanı,
Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox
oyun keçirdiyi üçün)
"İlin idmançısı" (digər növlər üzrə): Rəsul Çunayev (yunan-Roma
güləşçisi, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya
çempionu)
"İlin əcnəbi futbolçusu" (bütün növlər üzrə): Riçard Almeyda -
"Qarabağ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın
Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi
olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə
qazanmasındakı xüsusi roluna görə)
"İlin komandası" (futbol və digər növlər üzrə): "Qəbələ" futbol
komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində
ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün),
Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu
üçün)
"İlin baş məşqçisi" (futbol və digər növlər üzrə): Roman Qriqorçuk
("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına
vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə
Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, Dünya
Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi
üçün)
"İlin mətbuat katibi" (futbol və digər növlər üzrə): Anar Hacıyev
("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)
"İlin idman jurnalisti": İlkin Fikrətoğlu (ATV)
Həmçinin, idman jurnalistləri arasında münasibətlərin
möhkəmləndirilməsindəki xidmətlərinə görə tanınmış jurnalist Mehman
Süleymanova "Həmrəylik Kuboku" təqdim edilib, eləcə də ÇEMPİON
yarışmasının qalibi Vüsal Süleymanov təltif olunub.
-
Qoroskop01:40Günün ulduz falı: Lüks əşyalara olan meyliniz artacaq
-
Magazin100:15Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı
-
Hadisə27 Fevral 22:58Azərbaycanda şagirdlər zəlzələyə belə yaxalandılar - Anbaan video
-
İnanc27 Fevral 21:31Ramazanın 10-cu gününün duası - İftar və imsak vaxtları
-
Dünya27 Fevral 19:50Britaniya diplomatlarını İrandan təxliyə etdi
-
Hadisə27 Fevral 19:45Şamaxıda üçüncü dəfə zəlzələ oldu
-
Sosial27 Fevral 19:10FHN bu oteldə nöqsanlar aşkarladı - Video
-
Hadisə27 Fevral 18:40"Ginnesin rekordlar kitabı"na düşən azərbaycanlı faciəvi şəkildə öldü - Foto























.jpg)








.jpg)




