Azərbaycan Qran Prisində əsas yarış başladı
2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin final yarışına start verilib.
Publika.az">Publika.az xəbər verir ki, bu gün yarışın əsas mərhələsi baş tutacaq.
Belə ki, yarışın 3-cü günündə saat 15:00-17:00-da F1 pilotlarının Qran Pri uğrunda mübarizəsi davam edəcək. 51 dövrənin yekununda qalib bəlli olacaq.
"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.
Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/saat təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı


















.jpg)
.webp)

















