ABŞ
ABŞ KİV-i Pentaqona çağırış etdi: Rusiyanın bu silahı...
ABŞ-ın “The Wall Street Journal” qəzetinin jurnalisti Müdafiə Nazirliyini (Pentaqon) hərbi strategiyasını yenidən nəzərdən keçirməyə çağırıb.
Publika.az xəbər verir ki, jurnalist Tomas Grove hərbi strategiyanın yenilənməsinin zəruriliyini Rusiyanın “Triumf” S-400 zenit-raket kompleksləri ilə izah edib.
Onun sözlərinə görə, anti-təyyarə raket sisteminin tətbiqi ABŞ aviasiyası üçün təhlükədir. Jurnalist qeyd edir ki, Rusiyanın hava hərbi müdafiəsi ABŞ-ın havada hökmranlığını təhdid edir.
Mütəxəssis S-400 komplekslərini “güclü bir anti-təyyarə qalası” adlandırıb. Bundan əlavə, onun sözlərinə görə, komplekslərin Çin, Türkiyə, Hindistan və Səudiyyə Ərəbistanı kimi ölkələrdə populyarlığı NATO ölkələrini narahat edir.
Beləliklə, jurnalist bildirir ki, S-400 rəqib dövlətləri geosiyasi üstünlüklərdən və sərbəst hərəkət etmə qabiliyyətindən məhrum edir.
Grove bildirib ki, potensial hədəfləri izləmək və gizli təyyarələri aşkar etmək qabiliyyətində olan Rusiyanın anti-raket sistemi ABŞ-ın “Patriot” kompleklərini böyük ölçüdə üstələyir. Bundan başqa, Rusiya kompleklərinin radar monitorinq sisteminin effektivliyi qeyd olunur.
Ömər
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)

.jpg)
















.jpg)


