ABŞ
Rusiya qaranlığa qərq olacaq, ordusu iflic ediləcək - ABŞ-ın QORXUNC PLANININ DETALLARI
Amerika xüsusi xidmət orqanları Rusiyanın energetika sistemlərinə zərərverici proqram təminatını tətbiq etmək cəhdlərini gücləndirib.
Publika.az xəbər verir ki, bu haqda Amerika hökumətindəki mənbələrə istinadən “The New York Times” qəzeti bildirib.
Nəşrin məlumatına görə, ABŞ 2012-ci ildən Rusiyanın elektrik enerjisi şəbəkələrinin kontrol sistemlərinin işini sadəcə müşahidə edirdi. İndi isə Vaşinqtonda başqa strategiyanı seçiblər.
“Son bir il ərzində bu hərəkətlər daha çox təcavüzkar xarakter alıb. Biz daha əvvəllər düşünə bilmədikləri miqyaslarda işləyirik”, - qəzet xüsusi xidmət orqanlarının yüksəkvəzifəli nümayəndələrindən birinin sözünü sitat gətirib.
Nəşr bildirir ki, beləliklə, ABŞ-da Rusiyaya xəbərdarlıq etməyi hesablayırlar. Bundan başqa, zərərverici proqram Vaşinqton və Moskva arasında ciddi münaqişənin başlanması halında istənilən vaxt kiberhücumu təşkil etməyə imkan verəcək.
Rusiya sistemlərinə zərərverici proqramın tətbiqi Rusiyanın dayandırılmasının mexanizmi kimi baxılır.
Nəşr yazır ki, ABŞ-ın Rusiyanın energetika sisteminə müdaxilə etməyi bacarıb-bacarmadığı hələ məlum deyil. Məqalənin müəllifi sonda “Rusiyanı qaranlığa qərq etmək və ya onun Silahlı Qüvvələrini iflic etmək mümkündürmü” sualını qoyub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)

















.jpg)
.jpg)

